Azərbaycanlı hərbçinin ailəsində xoş gün: 12 ildən sonra...

Azərbaycanlı hərbçinin ailəsində xoş gün: 12 ildən sonra...Bu il Novruz bayramı Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Ömər Ələkbərovun ailəsinə də unudulmaz sevinc hissləri bəxş edib.

BiG.AZ xəbər verir ki, 12 illik həsrətdən sonra onun ailəsində üçəm dünyaya gəlib. Biri qız, ikisi oğlan olan körpələrə erməni vəhşiliyinin qurbanı məsum Zəhranın və Milli qəhrəmanlarımız Mübarizlə Çingizin adları verilib. Körpələr sağlam və gümrahdırlar.

Ömər Ələkbərov Gəncədə anadan olub. Müddətli həqiqi hərbi xidmətini Naxçıvan Muxtar Respublikasında, Ermənistanla sərhəddə ön səngərdə başa vurduqdan sonra həyatını həmişəlik olaraq ordu ilə bağlayıb. Beş ildən çoxdur ki, Vətənə sədaqətlə xidmət edir. Nümunəvi davranışı, nizam-intizamı və döyüş qabiliyyəti, peşəkarlığı ilə silahdaşlarının və komandirlərinin rəğbətini qazanıb. Cəbhə bölgəsində xidmətlərinə görə dəfələrlə mükafatlandırılıb. Hazırda motoatıcı taqım komandirinin müavinidir. Körpələrinin dünyaya gəlməsi 13 yaşında itirdiyi ata-anasının yoxluğunu qismən də olsa, ona unutdurub.

Müdafiə Nazirliyinin rəhbərliyi, Ö.Ələkbərovun xidmət etdiyi hərbi birliyin komandanlığı ailənin bütün problemlərinin həllini öz üzərinə götürüb.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun tapşırığı ilə bir qrup əməkdaş martın 18-də körpələri K.Fərəcova adına Elmi-tədqiqat Pediatriya İnstitutundan təntənəli mərasimlə çıxarıblar.

Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani Müdafiə Nazirliyi rəhbərliyinin, eləcə də bütün hərbi qulluqçuların adından ailəyə gözaydınlığı verib, tibb işçilərinə minnətdarlığını bildirib. Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin mahnı və rəqs ansamblının milli geyimli üzvləri şirinlik paylayıb, üzərlik yandırıblar. Gəncə şəhərində üçotaqlı xidməti mənzilin açarları ailəyə təqdim edilib.

Baş həkim, tibb üzrə fəlsəfə doktoru, dosent Səadət Ələsgərova və tibb elmləri doktoru, həkim Ədilə Hacıyeva Müdafiə Nazirliyinin bu təşəbbüsünü yüksək dəyərləndirib, körpələrin valideynlərini bir daha təbrik edib. O, Azərbaycan əsgərlərinə səmimi salamlarını çatdıraraq Qarabağa zəfər yürüşündə qəhrəman döyüşçülərimizin sıralarında olacaqlarını vurğulayıb.

Kiçik çavuş Ömər Ələkbərov göstərilən diqqət və qayğıya görə Ali Baş Komandana, Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirərək deyib: "Mən Azərbaycan Ordusunun əsgəri olmağımla fəxr edirəm. Arxamızda böyük bir xalqın və cənab İlham Əliyev kimi müdrik Prezidentin, qətiyyətli sərkərdənin durmasından qürur duyuram. Ölkəmizin iqtisadi potensialının dinamik inkişafı nəticəsində Ordumuzun maddi-texniki bazası daha da möhkəmləndikcə bizim - hərbi qulluqçuların sosial müdafiəmiz, xidmət və mənzil-məişət şəraitimiz, ailələrimizə göstərilən qayğı da bir o qədər yüksəlir. Mənə və ailəmə bu gün göstərilən qayğı ümumiyyətlə, hər bir hərbi qulluqçuya göstərilən diqqət və qayğının daha bir bariz nümunəsidir. Bircə o qalır ki, göstərilən etimadı nümunəvi xidmətlərimizlə doğruldaq. Ali Baş Komandanımızı və Müdafiə Nazirliyinin rəhbərliyini əmin edirəm ki, Vətən qarşısında əsgəri borcumu bundan sonra da şərəflə yerinə yetirəcək və ümidləri əməli fəaliyyətimlə doğruldacağam".

Üçəmlər və valideynləri musiqi sədaları altında Gəncəyə - yeni mənzilə yola salınıblar.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 835   Tarix: 19 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ermənistan polisi Azərbaycanla şərti sərhəddə əməliyyat keçirib: Çox sayda saxlanılan var - VİDEO

Bu gün səhər saatlarından etibarən Ermənistanın Tavuş rayonunun Kirants kəndində etirazçılar yolu bağlayıblar. Məlumatı Ermənistan Daxili İşlər Nazirliyi yayıb. Hadisədən qısa müddət sonra hadisə yerinə polislər cəlb olunublar. Aparılan əməliyyat nəticəsində 31 nəfər saxlanılaraq Tavuş Rayon Polis Bölməsin

10:03 263
.

AFFA nümayəndəsi ilk dəfə Avropa çempionatına təyinat alıb

AFFA-nın vitse-prezidenti və AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Könül Mehtiyeva bu il Almaniyada keçiriləcək Avropa çempionatının final mərhələsinə UEFA tərəfindən təyinat alıb. BİG.AZ AFFA-nın rəsmi saytında istinadən xəbər verir ki, ilk dəfə Azərbaycandan olan nümayəndə belə mötəbər turnir

01.05.2024 270
.

Azərbaycanda yeni peyvənd vurulacaq

Azərbaycanda profilaktik peyvəndlər təqvimində dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı səhiyyə naziri Teymur Musayev əmr imzalayıb. Əmrə əsasən, təqvimə GDT Hib HepB İPV (heksavaksin) peyvəndi əlavə olunub. Təqvim Avropa İttifaqının maliyyə dəstəyi ilə ÜST-nin həyata keçirdiy

11:48 244
.

Sənədsiz evlərlə bağlı YENİLİK - VİDEO

"Bu ilin ilk üç ayı ərzində daşınmaz əmlak üzərində 88 mindən çox mülkiyyət hüququnun qeydiyyatı aparılıb". Bunu "XəzərXəbər"ə açıqlamasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri public hüquqi şəxsinin departament direktoru Lalə Əkbərova deyib. Bu dövrdə qeydiyyata alınan mülkiyyə

01.05.2024 620
.

"Poz-Qazan" oyunlarında apreldə 12 böyük uduş qazanılıb

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya" ASC müxtəlif məbləğli böyük uduşlarla şans oyun həvəskarlarını sevindirməyə davam edir. Çoxlarının sevimlisi "Poz-Qazan" oyunlarında aprel ayında ümumilikdə 12 böyük uduş qazanılıb. Ötən ay "Uğurl

01.05.2024 397
.

"Siyahını mənə atırlar, mən deyirəm bu olar, bu olmaz"

Müğənni Roza Zərgərli baş prodüseri olduğu "Kanal S" televiziyasıyla bağlı açıqlamalar edib. olay-a istinadən bildirir ki, ifaçı "Xəzər axşamı" verilişində aparıcı Mətanət Əliverdiyevanın "Küsülü olduğun bir müğənniylə çəkiliş edilməsinə icazə verirsənmi" sualını cavablandırıb

11:10 474
.

"Azərbaycan beynəlxalq tədbirlərin keçirilməsi baxımından bir nümunədir"

"Bu gün Azərbaycan müxtəlif beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Bu baxımdan COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin nüfuzu üçün olduqca əhəmiyyətlidir. Sözügedən nüfuzlu, qlobal xarakterli tədbirin məhz Bakıda keçirilməsinə dair qərarı bütün dünya ölkələri qəbul etmişdir və beləliklə

01.05.2024 324
.

Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ

Mayın 3-də Yer kürəsini maqnit qasırğası bürüyə bilər. Bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutunun alimləri xəbərdarlıq ediblər. Onlar vurğulayıblar ki, mayın 1-də güclü günəş partlayışı artıq baş verib və 41 dəqiqə davam edib. İnstitutun alimlərinin fikrincə, mayın 2-də Günəşdə "X"

01.05.2024 733
.

COP29-un rəsmi saytı istifadəyə verildi

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) rəsmi saytı istifadəyə verilib. xəbər verir ki, sözügedən saytda COP29-un əhəmiyyəti barədə məlumat verilib. Həmçinin COP29-un Təşkilat Komitəsinin üzvləri barədə məlumatlar yer alıb. Bundan başqa

01.05.2024 280