Üzeyir müğənnilərin "Youtube" saxtakarlığını ortaya çıxardı

Üzeyir müğənnilərin "Youtube" saxtakarlığını ortaya çıxardı

Müğənni Üzeyir Mehtizadə "Yotube"də trendə düşən ifaçıların saxtakarlığını açıqlayıb.

axşam.az-a istinadən xəbər verir ki, ifaçı bildirib ki, bu gün sinəsinə döyüb, videosu trendə düşdüyünü deyənlərin hamısı onu süni yolla edir:

"Bu işdə düzgünlüklə zəhmət çəkib nəticə gözləyənlər var, amma bəzi fırıldaqçılıqlara görə hazırda Azərbaycan "Youtube" trendində saxtakarlıqlar davam edir. Bilmək istəyirəm ki, tək mən hiss edirəm bu hadisələri, yoxsa siz də görürsünüz? Bu saxtakarlıqda kimlər ki, iştirak edib, haqla nahaqı qarışdırırlar, İnşallah, onlar da əməllərinin nəticəsini görər".

Üzeyir bildirib ki, "Nostalji Mix" adlı yeni layihəsi 250 min baxış toplayıb, amma trendə düşməyib.
https://www.youtube.com/watch?v=UjbmzBqwDoA

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 839 Tarix: 20.03.2019



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol