Gömrükçülərdən daha bir uğurlu əməliyyat: 306 kiloqramdan artıq heroin aşkar edildi

Gömrükçülərdən daha bir uğurlu əməliyyat: 306 kiloqramdan artıq heroin aşkar edildiGömrükçülərin həyata keçirdiyi daha bir uğurlu əməliyyat nəticəsində külli miqdarda, 306 kiloqram 710 qram narkotik vasitə-heroin aşkar edilib.

Dövlət Gömrük Komitəsindən BiG.AZ-a verilən məlumata görə Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan əməliyyat məlumatı əsasında Biləsuvar gömrük postunda İran İslam Respublikasının "Nader Morvarıd Astara" şirkəti tərəfindən Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə Gürcüstanın "Marıana Younes Saeı Dızajyekan" şirkətinə göndərilən "daş bloklar" yükü daşıyan "SCANIA" markalı "43A457-10/43A458-10", "VOLVO" markalı 75A237-10/75A238-10, "VOLVO" markalı 26A951-10/26A952-10 dövlət qeydiyyat nişanlı yük avtomobilləri saxlanılaraq stasionar rentgen qurğusundan keçirilib.

Yoxlama zaman "SCANIA" markalı 43A457-10/43A458-10 və "VOLVO" markalı 26A951-10/26A952-10 dövlət qeydiyyat nişanlı yük avtomobillərinin qoşqularında olan "Daş bloklar" yükünün təsvirlərində şübhəli cizgilər müşahidə edilib.

İİR vətəndaşı Azızıkoshkı Majıd Hassanın idarə etdiyi "SCANIA" markalı yük avtomobilindəki paletlərdən birinə gömrük baxışı zamanı 28 ədəd daş blokların hər birinin daxilində 1 ədəd olmaqla şəffaf rəngli polietilen torbalarda qablaşdırılan, ümumi çəkisi 45 kq 446 qram narkotik vasitə-heroin aşkar edilib.

Bundan sonra həmin avtomobildəki digər daş bloklarda da narkotik vasitələrin olub-olmamasını təkrar yoxlamaq məqsədilə yük avtomobili idxal xəttinə yönləndirilib. Yoxlama yerinə çatarkən sürücü Azızıkoshkı Majıd Hassan qəfildən idarə etdiyi nəqliyyat vasitəsinin surətini artıraraq İran istiqamətinə hərəkət etməyə başlayıb. Gömrük əməkdaşları bunun qarşısını almağa səy göstərsələr də, sürücü yük avtomobili ilə İran istiqamətindəki çıxış xəttində olan "şlaqbaumu" sındıraraq Azərbaycan Respublikasının ərazisini tərk edib. Qanunsuz şəkildə, müvafiq sənədlər olmadan dövlət sərhəddini keçən sürücü İran İslam Respublikasının Biləsuvar gömrük postunun nəzarət zonasının girişində yük avtomobilini darvazanın kandarına çırparaq dayanıb və nəqliyyat vasitəsindən düşüb qaçaraq İran ərazisinə daxil olub.

Bundan sonra nəzarətdə olan İran islam Respublikasının digər vətəndaşı İmanı Rouhollah Alıakbarın idarə etdiyi "VOLVO" markalı 26A951-10/26A952-10 dövlət nömrə nişanlı yük avtomobilinin qoşqusunda olan 15 paletdəki 960 ədəd daş bloklar "HEİMANN" markalı rentgen qurğusundan keçirilərək yoxlanılıb. Yoxlama zamanı 161 ədəd standart ölçülü, düzbucaqlı formalı daş blokların hər birinin içərisində 1 ədəd olmaqla şəffaf rəngli polietilen torbalarda qablaşdırılmaları ilə birlikdə, ümumi çəkisi 261 kq 264 qram təşkil edən narkotik vasitə -heroin aşkar edilib.

Beləliklə, iki yük avtomobilindən aşkar edilən narkotik vasitə-heroinin ümumi çəkisi 306 kq 710 qramdır. Qeyd edək ki, aşkar olunan 306 kq 710 qram heroinin "qara bazar"da dəyəri 21 milyon 500 min manat təşkil edir.

Faktla bağlı araşdırma aparılır.
Gömrükçülərdən daha bir uğurlu əməliyyat: 306 kiloqramdan artıq heroin aşkar edildiGömrükçülərdən daha bir uğurlu əməliyyat: 306 kiloqramdan artıq heroin aşkar edildiGömrükçülərdən daha bir uğurlu əməliyyat: 306 kiloqramdan artıq heroin aşkar edildiGömrükçülərdən daha bir uğurlu əməliyyat: 306 kiloqramdan artıq heroin aşkar edildiGömrükçülərdən daha bir uğurlu əməliyyat: 306 kiloqramdan artıq heroin aşkar edildiGömrükçülərdən daha bir uğurlu əməliyyat: 306 kiloqramdan artıq heroin aşkar edildiGömrükçülərdən daha bir uğurlu əməliyyat: 306 kiloqramdan artıq heroin aşkar edildiGömrükçülərdən daha bir uğurlu əməliyyat: 306 kiloqramdan artıq heroin aşkar edildi


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 554   Tarix: 18 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281