Şəhid oğlu olan bəydən ibrətamiz addım: Toy libasında Xiyabana gəldi və... - VİDEO+FOTOLAR

Şəhid oğlu olan bəydən ibrətamiz addım: Toy libasında Xiyabana gəldi və... - VİDEO+FOTOLARDünən, 17 mart 2019-cu il tarixində Qazax rayon Daş Salahlı kəndində yaddaqalan və əlamətdar toy mərasimi keçirilib.

BiG.AZ xəbər verir ki, bu kənddən olan Şəhid Fidat Məmmədovun oğlu Ulvi Məmmədov ailə həyatı qurub.

Mərasimdə kənd əhli, F.Məmmədovun cəbhə yoldaşları, bəyin ürək və gərək dostları iştirak ediblər. Şəhid oğlunun özünə etdiyi toyu unudulmaz və möhtəşəm edən bəyin təşəbbüsü və dostlarının dəstəyi ilə həyata keçirilən bir xoşməramlı, eyni zamanda təsirli, qürurverici, duyğulu bir hadisə olub.
Şəhid oğlu olan bəydən ibrətamiz addım: Toy libasında Xiyabana gəldi və... - VİDEO+FOTOLARBelə ki, bəy gəlin gətirən zaman toy kortejinin evə deyil, Şəhidlər Xiyabanına yol almasını istəyib. Və bu istəkdən sonra bəyin dostları şəhid oğlunun arzusunu yerinə yetirərək toy kortejini şəhidlər xiyabanına sürüblər. Lakin təkcə gəlin maşını Şəhidlər Xiyabanına daxil olub, sonra səbəbkarlar maşından düşərək toy libasında başda F.Məmmədov olmaqla 12 qəhrəmandan ibarət olan Daş Salahlı şəhidlərini ziyarət ediblər.
Şəhid oğlu olan bəydən ibrətamiz addım: Toy libasında Xiyabana gəldi və... - VİDEO+FOTOLARBəy və gəlin, bəyin qohum-əqrəbası və dostları şəhid məzarları üstünə qərənfillər düzüblər. Cəmi Şəhidlərimizin ruhuna dualar oxunub, salavatlar çevriləndən sonra kortej yola düzələrək evə gəlib. Bəy və gəlinimiz Şəhidin ocağına qədəmlərini yenə də bəy və dostlarının təşəbbüsü ilə sifariş verilən dahi Məhəmməd Hüseyn Şəhriyarın "Azərbaycan" şeirinə bəstələnən mahnı ilə sədaları altında basıblar.
Şəhid oğlu olan bəydən ibrətamiz addım: Toy libasında Xiyabana gəldi və... - VİDEO+FOTOLARVə bütün məclis əhli ayağa qalxaraq bu GÜLLƏRİ alqış atəşinə tutublar. Bundan başqa F. Məmmədovun silahdaşları, çiyindaşları da mərasimdə aktiv iştirak ediblər.
Şəhid oğlu olan bəydən ibrətamiz addım: Toy libasında Xiyabana gəldi və... - VİDEO+FOTOLARSəbəbkarlara xeyir-dua verdikdən sonra onlar da "Azərbaycan" mahnısını sifariş verib bəylə gəlini və ümumən F.Məmmədovun ailəsini rəqsə dəvət ediblər.
Şəhid oğlu olan bəydən ibrətamiz addım: Toy libasında Xiyabana gəldi və... - VİDEO+FOTOLARBundan sonra bəyin dostları da çıxışlar edərək bu, milli və vətənpərvər ovqatı düz toyun sonuna qədər davam etdiriblər.
Bəyin ən aktiv dostarından olan Həsənov Qara "Sherg.az"a açıqlamasında qeyd edib ki, o, bu toya məxsusi hazırlaşıb:

"Bu yurdda, bu ocaqda toyun olmasını səbirsizliklə gözləyirdik. Bura elə bir kişinin, elə bir qəhrəmanın həyatı, yurdudur ki, burada insan yalnız qürur duya bilər, yaxşı mənada təsirlənə bilər. F. Məmmədov peşəkar döyüşçü olaraq bu vətən və xalq yolunda sözün həqiqi mənasında son damla qanına qədər savaşıb. Böyük rəşadətlər və inanılmaz döyüş nümunələri göstərib.
Və "Malış" ləqəbli bir əsgəri düşmənin əlindən alaraq onu əsirlikdən xilas edib. Bu döyüş zamanı ağır yaralanıb. Yəni son damla qanına qədər vuruşub. F. Məmmədov öz qanını, canını bu torpaqdan, bu millətdən, bu vətəndan əsirgəməyən qəhrəman bir kişi olub. Sənə kişi deyirəm eee, qardaş ! Belə bir ifadə var: torpağa su qatarsan, palçıq olar, qan qatarsan vətən olar. Fidat əmim və digər qəhrəmanlarımız bu torpağa öz qanlarını qataraq Vətənə çeviriblər.

Şəhid oğlu olan bəydən ibrətamiz addım: Toy libasında Xiyabana gəldi və... - VİDEO+FOTOLARƏlbəttə, F.Məmmədov tək bu evin, bu ocaq, bu yurdun deyil, F. Məmmədov bütöv Respublikanındır, türk xalqınındır. Bu mənada hesab edirəm ki, F.Məmmədov kimi böyük şücaətlər göstərərək şəhidlik zirvəsinə ucalanların yalnız doğum günü. Belə ucalıqların ölüm günü olmur. Ona görə ki, bu millət, bu xalq şəhidlərimizi daim dərin ehtiramla yad edir. Onlar bizim bütün varlığımıza hopublar. Şəhidlərimiz bizim düşüncələrimizdə, beyin və qəlblərimizdə taxt qurublar. Mən elə bilirəm ki, şəhidlərimiz dünyanın ən müqəddəs, ən duru, ən saf insanlarıdırlar. Onlar dahidirlər".

Şəhid oğlu olan bəydən ibrətamiz addım: Toy libasında Xiyabana gəldi və... - VİDEO+FOTOLARQ.Həsənov bəy və gəlinin şəhidlərimizi ziyarət etməsindən də söz açdı:

"Əlbəttə, bu fikir Ülvi qardaşımızın daim yaddaşında idi. Toydan bir neçə gün əvvəl mənə və digər dostlarına bildirmişdi. Biz dostlar - Mən, Vüqar, elə sənin özün, Nadir, Xəliddin, Arzu, Amil, Firudin və başqaları Ülvinin bu istəyini gerçəkləşdirməyə bilməzdik. Ona görə də, biz bu işi cani- könüldən təşkil etdik. Əlbəttə, bəyimiz və biz dostlar bu addımımızla bütün dünyaya bir ismarıc verdik ki, Azərbaycanda çox vətənpərvər gənclik yetişib. Bu gəncliyin vətənpərvərlik ruhunu, milli damarını, vətənə olan sevgisini və döyüş əzmini sındırmaq mümkün deyil. Çünki bu vətən bir dəfə məşəqqət yaşayıb.

Biz gənclər bu ağrını ikinci dəfə xalqımıza, vətənimizə yaşatmağa haqqımız yoxdur. Əminəm ki, günü bu saat, bu dəqiqə, bu an Ali Baş Komandan cənab İlham Əliyev irəli komandası verərsə, nəinki bu toyda, bu rayonda olan gənclər ölkənin bütün gəncləri silaha sarılmağa hazırdırlar. Biz bunun ən bariz nümunəsini aprel qələbəmizdə gördük. İnanıram ki, şəhidlərimizin qanını yerdə qoymayacağıq.
Və biz Ali Baş Komandanın o əmrini səbirsizliklə gözləyirik. Vətən daim qorunmağa ehtiyac duyandır. Biz vətəni sevməyi də bacarırıq, onu qorumağı da... Öz adıma və elə sənin də yerinə söz verirəm ki, səfərbərlik elan olunarsa, ən azı 12 nəfər düşməni murdar edəcəm ! Amin ! Sonda bir daha uca Allahdan Ülvi qardaşıma xoşbəxt, firavan və mənalı ömür arzulayıram. Allah Ülvi qardaşımıza bir oğul nəsib eləsin, o da balasına atasının adını qoysun və Fidat əmimin də ruhu şad olsun !"

Qeyd edək ki, Məmmədov Fidat Əhməd oğlu 20 dekabr 1959-cu ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olub. 1966-1977-ci illərdə şəhid Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 saylı tam orta məktəbdə təhsil alıb. 1978-ci ildə keçmiş sovetlər birliyi ordusunda hərbi xidmətdə olub. 1980-1981-ci illərdə Bakıda 6 saylı texniki peşə məktəbində təhsil alıb. 1993-cü il yanvar ayının 5-də Ağstafa rayonunun Köhnə Qışlaq kəndində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1815   Tarix: 18 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Mərkəzi Bank sərt pul siyasəti həyata keçirir

Hesablamalar onu göstərir ki, bizim neytral uçot faiz dərəcəmiz 6-7 faiz aralığındadır. Həmin məntiqlə getsək görərik ki, biz hələ sərt pul siyasəti həyata keçiririk çünki, ölkədə uçot faiz dərəcəsi 7.25% dir. BİG.AZ apa-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

01.05.2024 231
.

Milli Məclisin deputatı mandatdan məhrum edilir - MSK təcili toplanır

Sabah Mərkəzi Seçki Komissiyasının iclası keçiriləcək. İclasda Ramin Məmmədovun deputat mandatından məhrum edilməsi məsələsinə baxılacaq. Qeyd edək ki, Prezident İlham Əliyevin 8 aprel tarixli sərəncamı ilə Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib. Ramin Məmmədov 6

01.05.2024 2888
.

Paytaxt sakinlərinə XƏBƏRDARLIQ - Bu gün saat 15:00-dan... - FOTO

Ötən gecədən etibarən paytaxt Bakıda zəif səviyyəli geomaqnit qasırğası müşahidə olunur. BİG.AZ xəbər verir ki, zəif səviyyəli qasırğa ötən gecə saat 00:00-dan etibarən hiss edilməyə başlayıb, bu gün günorta saat 15:00-18:00 aralıqlarında güclənərək yerini orta geomaqnit qasırğasına verəcək. Bu gün saa

01.05.2024 773
.

Qobustan Rayon Mərkəzi Xəstəxanasında nə baş verib?

Qobustan Rayon Mərkəzi Xəstəxanasında qalmaqal yaşanır. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, xəstəxananın işdən çıxarılan bir qrup işçisi məhkəməyə müraciət edib. Onlar rəhbərliyin qərarını qanunsuz hesab edirlər. Məhkəməyə müraciət edənlərin iddia tələbi əmək haqqının ödənilməsi ilə bağlıdır. Qobusta

01.05.2024 298
.

12 min manat aliment borcunu ödəmədi - Həbs edildi

Şəkidə xeyli miqdarda aliment borcunu ödəməyən şəxs cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo" xəbər verir ki, rayonun Aşağı Daşağıl kənd sakini 1988-ci il təvəllüdlü Murad Buludov (şərti) barəsində Cinayət Məcəlləsinin 306.1-ci (məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə

01.05.2024 374
.

İsrailin Rafah şəhərində evlərə hücumu nəticəsində 2 uşaq öldü

İsrailin Qəzzanın cənubundakı Rafah şəhərində evlərə hücum olub. BİG.AZ xəbər verir ki, səhiyyə mənbələrindən alınan məlumata əsasən, hücum nəticəsində 2 uşaq ölüb, xeyli insan yaralanıb. Mənbələrin verdiyi məlumata görə, xəsarət alanlar şəhərdəki "Kuwait Research Hospital"a çatdırılıb. Digə

01.05.2024 129
.

"Poz-Qazan" oyunlarında apreldə 12 böyük uduş qazanılıb

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya" ASC müxtəlif məbləğli böyük uduşlarla şans oyun həvəskarlarını sevindirməyə davam edir. Çoxlarının sevimlisi "Poz-Qazan" oyunlarında aprel ayında ümumilikdə 12 böyük uduş qazanılıb. Ötən ay "Uğurl

01.05.2024 302
.

Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ

Mayın 3-də Yer kürəsini maqnit qasırğası bürüyə bilər. Bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutunun alimləri xəbərdarlıq ediblər. Onlar vurğulayıblar ki, mayın 1-də güclü günəş partlayışı artıq baş verib və 41 dəqiqə davam edib. İnstitutun alimlərinin fikrincə, mayın 2-də Günəşdə "X"

01.05.2024 440
.

Kemal Sunalın həyat yoldaşı evlilik ildönümlərini qeyd edib

Mərhum türkiyəli aktyor Kemal Sunalın həyat yoldaşı Gül Sunal evlilik ildönümlərini qeyd edib. xəbər verir ki, bu barədə Gül Sunal sosial şəbəkədə paylaşım edib. "Kemal, bu gün 30 apreldir. Yaxşı ki, evlənmişik. 30 aprel 1975" ,- deyə o qeyd edib

01.05.2024 383