Şeyx bu şəxslərin azad edilməsi üçün müraciət edibmiş - SİYAHI

Şeyx bu şəxslərin azad edilməsi üçün müraciət edibmiş - SİYAHIPrezident İlham Əliyevin ötən gün imzaladığı əfv sərəncamı ilə azadlığa qovuşanlar arasında dindarlar da var.

BiG.AZ xəbər verir ki, bu gün "Nardaran hadisələri"nə görə və ondan sonra həbs edilən Zülfüqar Mikayılzadə, Elman Ağayev, Elxan Həsənov, Ruzi İsmayılov, Rasim Cәbrayılov, Elvin Bünyatov, Lәtif Әhmәdov, Qorxmaz Cәlalov, həmçinin Taleh Bağırovun lideri olduğu Müsəlman Birliyi Hərəkatının sədr müavini Elçin Qasımov, Әlimxan Hüseynov, "Azadxeber" saytının baş redaktoru Nicat Əliyev da azadlığa buraxılıb.

Modern.az-ın əldə etdiyi məlumata görə, dindarların əfvi üçün Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Prezident yanında Əfv Komissiyasına müraciət edib. Komissiya əfv sərəncamı üçün məhkumların siyahısını hazırlayarkən şeyxin müraciətini nəzərə alıb. Ölkə başçısı da bu müraciəti dəyərləndirib.

Əfv Komissiyasının üzvü, hüquqşünas Əliməmməd Nuriyev deyib ki, Allahşükür Paşazadə hər zaman mərhəmətin və humanizmin tərəfdarıdır:

"Allahşükür Paşazadə təkcə dindarlarla bağlı deyil, digər şəxslər barədə də cənab Prezidentə müraciət edib".

Ə.Nuriyev Şeyxin konkret olaraq kimlər üçün müraciət etməsi haqda əlavə məlumat verməyib:

"Bu barədə ancaq müraciət edən insanlar məlumatlı ola bilər, nəsə söyləyə bilər. Mən hər hansı formada nəsə deyə bilmərəm. Gizliliyi poza bilmərəm. Allahşükür Paşazadə hər zaman cətin vəziyyətə düşənlərin hüquqlarını müdafiə edib. Hər zaman onların azad olunmasının tərəfdarı olub".

Qeyd edək ki, ölkə başçısının dünən imzaladığı əfv sərəncamı ümumilikdə 431 məhkuma şamil olunub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1565   Tarix: 17 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Sərnişin avtobusu aşdı: 34 nəfər yaralandı

Türkiyənin Aksaray şəhərində sərnişin avtobusu aşıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 34 nəfər yaralanıb. Hadisə yerinə çoxsaylı polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Hadisənin baş vermə səbəbi məlum deyil. Yaralılar xəstəxanalara çatdırılıb. Faktla bağlı araşdırma davam edir

12:37 96
.

Dəfnə yarpağının inanılmaz faydaları: Bu haqda nə bilirik?

Bitkilərdən keçmişdən bu günə qədər bütün dünyada müxtəlif məqsədlər üçün geniş istifadə olunur. Bu bitkilər ənənəvi olaraq müxtəlif xəstəliklərin müalicəsində təsirli olurlar. xarici araşdırmalara istinadən xəbər verir ki, dəfnə yarpağı ümumiyyətlə oxşar dad və qida dəyərlərinə malikdir. Tərkibind

02.05.2024 925
.

Azərbaycanda Analar Günü təsis oluna bilər

"Azərbaycanda Analar Gününün təsis olunması məsələsinə baxıla bilər". Bunu "Report"a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib. O bildirib ki, belə günlər başqa ölkələrdə də qeyd edilir:. "Bizim də başqa ölkələrdə olmaya

12:36 353
.

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Kəlbəcər rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Unikal"ın əldə etdiyi məlumata görə, hadisə Qozlu Körpü kəndi ərazisində qeydə alınıb. Belə ki, hərbçiləri daşıyan "VAZ-21015" markalı maşın "Daf" markalı avtomobillə toqquşub. Qəza zamanı "VAZ-21015"də ola

14:02 457
.

Xırdalanda bağça müdirinin "fond pulu" tələb etdiyi iddia olunur - VİDEO

Abşeron rayonu Xırdalan şəhəri 17 saylı uşaq bağçasının müdirinin "fond pulu" tələb etdiyi iddia olunur. xəbər verir ki, bununla bağlı müdir Fəranə Məhərrəmovanın sosial şəbəkələrdə səs yazısı yayılıb. Müdir məcburi şəkildə "fond pulu"nun yığılmasını tələb edir:. "Bu bağça üçü

14:40 277
.

Həmin həkim şəhid anasından üzr istədi - Video

Dünən sosial şəbəkələrdə Vətən müharibəsi şəhidi, "Mixaylo" ləqəbli gizir Mehti Şıxəliyevin anasına özəl klinikada həkim tərəfindən kobudluq edilməsi ilə bağlı məlumatlar yayılıb. "Qafqazinfo" xəbər verir ki, qohumunu müayinəyə aparan ana Şəlalə Şıxəliyevaya nevroloq İbrahim Qulamo

17:18 122
.

Antalyada avtomobillərin toqquşması nəticəsində 16 nəfər yaralanıb

Türkiyədə Antalyanın Manavqat rayonunda eyni şirkətə məxsus iki safari maşınının toqquşması nəticəsində 13-ü turist olmaqla 16 nəfər xəsarət alıb. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Maşınlardan biri yolun sağ tərəfindəki beton dirəyə çırpılaraq yan üstə düşüb. Qəzadan sonra bölgəyə ço

02.05.2024 248
.

Hava ilə bağlı daha bir - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında mayın 5-i axşamdan 7-si səhərədək şimal-qərb küləyinin əsəcəyi, küləyin sürətinin 15-20 m/s, bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, 5-i axşam bəzi yerlərdə yağış yağacağ

17:29 87
.

Sabah bu ərazilərdə qaz olmayacaq

"Nardaran QPS" ölçü qovşağından qidalanan "Hacı Seyfəl" orta təzyiqli qaz kəməri üzərində ölçü qovşağının təftiş olunması və aşkar olunmuş qaz sızmasının aradan qaldırılması, həmçinin Səbail rayonu, Badamdar qəsəbəsinin 3-cü yaşayış massivində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəy

02.05.2024 523