Azərbaycan dindarlarından məsciddə törədilən terrorla bağlı SƏRT REAKSİYA

Azərbaycan dindarlarından məsciddə törədilən terrorla bağlı SƏRT REAKSİYAQafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev Yeni Zelandiyada məsciddə törədilən terror aktı ilə bağlı dünya ictimaiyyətinə müraciət ediblər.

BiG.AZ-ın məlumatına görə, müraciətdə deyilir:

"O Bir Olan Yaradanın adı ilə! Yeni Zelandiyanın Kraystçerç şəhərində məscidlərə silahlı hücum nəticəsində törədilmiş, çoxsaylı insan tələfatı ilə nəticələnmiş terror aktı haqqında xəbər biz, Azərbaycan dindarlarını hədsiz sarsıtdı. Bu dəhşətli terror hadisəsi ilə əlaqədar həlak olanların ailələrinə, yaxınlarına dərin hüznlə başsağlığı verir, terror hadisəsinin qurbanlarına Allahdan rəhmət diləyir, yaralılara şəfa, bütün dünya müsəlmanlarına səbr və dəyanət arzulayırıq.

Müsəlmanlara qarşı reallaşdırılan qətllərin dini mənsubiyyətə görə həyata keçirilməsini islamofobiyanın bariz nümunəsi kimi qiymətləndirir, belə faşist mahiyyətli əməllərin qətiyyən yolverilməz olduğunu bəyan edirik. Hansı məqsəd və niyyət, hədəf və məramla həyata keçirilməsindən asılı olmayaraq insanların milli, dini, irqi mənsubiyyətə görə məhv edilməsi ksenofobiya təzahürü olmaqla insanlıq adına ləkə, mənəvi böhrandır.

Müqəddəs dəyər olan insan həyatına qəsd edən, Allaha xoş getməyən əməllər törədənlərin mənfur niyyətlərindən, bu amansız terror əməlindən son dərəcə hiddətlənir, terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə qınayırıq. Biz dünya ictimaiyyətini belə barbarlıq hallarına, islamofobiya, dini ayrıseçkiliyin müdhiş nümunəsinə sərt və birmənalı münasibət bildirməyə çağırırıq. Müsəlmanlar üçün müqəddəs olan Cümə gününü qara cüməyə çevirmək, Yaradana ibadət edən dinc insanları qətl etməyi qəhrəmanlıq kimi zənn edən islamofob bir düşüncə sahibinin iyrənc hərəkətləri insanlıq adına həqarətdir. Terrorun dini, terrorçunun dini mənsubiyyəti olmur. Lakin xəstə, zəhərlənmiş təfəkkürlə törədilmiş bu hadisə bütün bəşəri bu reallıq barədə bir daha, daha dərindən düşünməyə və daha effektiv addımlar atmağa vadar edir.

Yeni Zelandiyada baş verən bu amansız terror aktı əslində bütün dinlərə, bütövlükdə bəşəriyyətə qarşı yönəlmiş cinayətdir. Bu gün dünyamızın müxtəlif nöqtələrində dini və milli zəmində radikalizm və ekstremizmin tüğyan etməsi, dinlər, məzhəblər arasında toqquşmalar, terrorizm, separatizm, ksenofobiya, İslamofobiya, antisemitizm, din adından sui-istifadə edərək insanların qətl edilməsi kimi çox təhlükəli təzahürlər yaşandığı bir dövrdə bu təhdidlərdən bəşər ailəsi yalnız səylərini birləşdirməklə, müxtəlif dinlər və mədəniyyətlər arasında əməkdaşlıq sayəsində xilas ola bilər. Belə faciəli hadisələr, müqəddəs məkanlarda - məsciddə, kilsədə, sinaqoqda törədilən qeyri-insani aktlar narahat dünyamızda müxtəlif din ardıcıllarının səy və qüvvələrinin birləşdirilməsinin nə qədər önəmli olduğunu bir daha sübut edir.

ƏTRAFLI
Nar.az
XXI əsrdə qloballaşma proseslərinin sürətləndiyi dövrdə terrorizm, ksenofobiya, antisemitizm, islamofobiya, ekstremizm və radikalizmin qarşısının alınmasında, dünyada sabitlik və əmniyyətin bərqərarı üçün dövlət rəhbərlərinin, ictimai və dini liderlərin birgə, davamlı əməkdaşlığı vacibdir. Yeni Zelandiyada baş verən dəhşətli terror aktına dünyanın bir çox liderlərinin, beynəlxalq təşkilatların operativ və prinsipial mövqe nümayiş etdirməsi, heç şübhəsiz ki, təqdirəlayiqdir.

Dünya ictimaiiyyətinin haqlı qınağına səbəb olmuş Yeni Zelandiyadakı hadisə bir daha sübut edir ki, dünyamızın əmin-amanlığı üçün dinlərarası dialoq və mədəniyyətlərarası əməkdaşlıq prioritet olmalı, dinc birgəyaşayışın önəmli şərti olaraq multikulturalizm və dinlərarası tolerantlıq ideyaları əsas götürülməlidir. Belə faciələrin təkrarlanmaması naminə dünya ictimaiyyəti ksenofobiyanın istənilən təzahürlərinin, o cümlədən islamofobiyanın qarşısının alınması üçün əlindən gələni əsirgəməməlidir.

Bu gün dünyada milli, irqi, dini ekstremizmi önləyə biləcək ən təsirli vasitə nümunəvi qarşılıqlı anlaşma mədəniyyətinin - multikultural həyat tərzinin qloballaşan dünyada təşviq edilməsidir. Azərbaycan dövləti məhz bu humanist məramları bəyan edir, təkcə İslam dünyası daxilində deyil, bütün səmavi dinlər arasında dostluq və qardaşlığın vacibliyini təlqin edir. Azərbaycanın bütün dünyada insan həmrəyliyinə xidmət edən qlobal təşəbbüsləri daha çox dəstək və ardıcıllara malik olarsa, bəşər belə faciələr yaşanmaz.

Biz, Azərbaycanın din xadimləri, bir daha Yeni Zelandiyanın Kraystçerç şəhərində məscidlərə silahlı hücum aktını qətiyyətlə pisləyir, milyonlarla insanın iradəsini ifadə edərək, dünya ictimaiyyətinə müraciət edir, Ulu Yaradanın buyurduqlarına zidd olan, sivil cəmiyyətlərə başucalığı gətirməyən belə halların bir daha təkrarlanmaması üçün bütün zəruri tədbirləri görməyə, dünya ictimaiyyətini öz səylərini daha sıx birləşdirməyə, əlindən gələni əsirgəməməyə çağırırıq. O Bir Olan Yaradanımızdan terror qurbanlarına rəhmət diləyirik.

Uca Rəbbimiz dünyamızı hifz etsin!"


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 522   Tarix: 16 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Paytaxt sakinlərinə XƏBƏRDARLIQ - Bu gün saat 15:00-dan... - FOTO

Ötən gecədən etibarən paytaxt Bakıda zəif səviyyəli geomaqnit qasırğası müşahidə olunur. BİG.AZ xəbər verir ki, zəif səviyyəli qasırğa ötən gecə saat 00:00-dan etibarən hiss edilməyə başlayıb, bu gün günorta saat 15:00-18:00 aralıqlarında güclənərək yerini orta geomaqnit qasırğasına verəcək. Bu gün saa

01.05.2024 773
.

Blinken İsrailə gedib

ABŞ dövlət katibi Entoni Blinken İsrailə gedib. BİG.AZ xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. O bildirib ki, Baş katib Blinken İsraildədir. Miller qeyd edib ki, Blinken Qəzzaya humanitar yardımın çatdırılması prosesinə baxmaq üçün Aşdod limanına gedəcək

01.05.2024 169
.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilib

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilib. APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Media haqqında" Qanuna dəyişiklikdə əksini tapıb. Beləliklə, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi çap mediası subyektinin təsisçisi ola biləcək. Qeyd edə

01.05.2024 175
.

12 min manat aliment borcunu ödəmədi - Həbs edildi

Şəkidə xeyli miqdarda aliment borcunu ödəməyən şəxs cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo" xəbər verir ki, rayonun Aşağı Daşağıl kənd sakini 1988-ci il təvəllüdlü Murad Buludov (şərti) barəsində Cinayət Məcəlləsinin 306.1-ci (məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə

01.05.2024 374
.

Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib. "Report" xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə vəsatətə baxılıb və təmin olunması barədə qərar çıxarılıb. Xatırladaq ki, Qubad İbadoğlu aprelin 22-də Nərimanov Rayon Məhkəməsində keçirilə

01.05.2024 235
.

"Poz-Qazan" oyunlarında apreldə 12 böyük uduş qazanılıb

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya" ASC müxtəlif məbləğli böyük uduşlarla şans oyun həvəskarlarını sevindirməyə davam edir. Çoxlarının sevimlisi "Poz-Qazan" oyunlarında aprel ayında ümumilikdə 12 böyük uduş qazanılıb. Ötən ay "Uğurl

01.05.2024 302
.

COP29-un rəsmi saytı istifadəyə verildi

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) rəsmi saytı istifadəyə verilib. xəbər verir ki, sözügedən saytda COP29-un əhəmiyyəti barədə məlumat verilib. Həmçinin COP29-un Təşkilat Komitəsinin üzvləri barədə məlumatlar yer alıb. Bundan başqa

01.05.2024 192
.

Çində yolun çökməsi nəticəsində 19 nəfər öldü

Çinin cənubundakı Quanqdonq əyalətində torpaq sürüşməsi olub. BİG.AZ xəbər verir ki, yolun çökməsi nəticəsində 19 nəfər ölüb. Milli medianın yaydığı məlumata görə, Meykou şəhərində normadan artıq yağıntının səbəb olduğu torpaq sürüşməsi şəhərlərarası magistral yolun 18 metrlik hissəsinin çökməsinə səbə

01.05.2024 90
.

Hizbullah İsrailin sərhəddə yerləşən tankına raketlə hücum edib

Hizbullah Hərəkatı İsrailin sərhəddəki hərbi tankını idarə olunan raketlə hədəfə aldığını açıqlayıb. xəbər verir ki, Hizbullah tərəfindən verilən açıqlamada Livanın cənubundan İsraillə sərhəddə yerləşən Metula qəsəbəsinə hücumun təşkil edildiyi bildirilib. Açıqlamada İsrailin Metuladakı hərbi tankını

01.05.2024 142