"Elçin 2 il əvvəl həyat yoldaşından boşanıb, Ayselə "Porshe"ni alan..." - Vəkil danışdı

"Elçin 2 il əvvəl həyat yoldaşından boşanıb, Ayselə "Porshe"ni alan..." - Vəkil danışdıSon günlər media gündəmini zəbt edən müğənni Aysel Əlizadənin də adı hallan ailə münaqişəsi ilə bağlı ittiham olunan iş adamı Elçin Nəcəfovun vəkili iddialara münasibət bildirib.

Vəkil Xəyal Bəşirov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, müvəkkili E.Nəcəfov və Turanə Nəcəfova 2004-cü ildə rəsmi nikaha daxil olublar, 2 il əvvəl isə rəsmi olaraq boşanıblar: "Elçin Nəcəfovun ailəsinin nikahını pozan müğənni Aysel Əlizadə deyil. Bu iddia əsassızdır, elə olsaydı, onlar bu iki il ərzində evlənərdilər. Hazırda Aysel Türkiyədə, Elçin isə Bakıda yaşayır. Bu da sübut edir ki, bu iki şəxsin ən azından bu gün münasibəti yoxdur".

X.Bəşirov uşaqların qəyyumluğu ilə bağlı da danışıb: "Ali məhkəməyə qədər uşaqların anada qalması qərarı qüvvədə olub. Məhkəmə prosesi zamanı böyük uşağın 9 yaşı var idi, ama indi 11 yaşı var. 2018-ci il oktyabrın 1-də Zeynəbin 10 yaşı tamam oldu, qərar isə oktyabrın 18-də verildi. Qanunvericiliyə görə, uşağın 10 yaşı tamam olduqdan sonra özünün fikir mütləq dinlənilməli və nəzərə alınmalıdır. Amma Ali Məhkəmədə bu nəzərə alınmayıb. Zeynəb aşağı isntansiya məhkəmələrində də anasından qorxduğunu, onu istəmədiyini deyib. İndi də atası ilə qalmaq istədiyini bildirir. Sadəcə həmin zaman 10 yaşı tamam olmadığı üçün fikri nəzərə alınmayıb. Uşağın 10 yaşı tamam olduqdan sonra biz yeni iddia qaldırdıq və hazırda Nərimanov rayon məhkəməsində iş gedir. Zeynəbin anasına verilməsinin icra olunmamasına gəldikdə isə biz yeni iddia qaldırdığımız üçün qərarın icra olunması məcburi dayandırılıb. Bu qanunun tələbidir.

Qarşı tərəf icra məmurlarının öhdəliklərini yerinə yetirmədiyini deyir, ama həmin məmurlar Elçin Nəcəfovdan 15 gün ərzində 10 min manata yaxın aliment tutub qarşı tərəfə ödəyiblər".

Vəkil müvəkkilinin biznesi və varidatı haqda da açıqlama verib: "Elçin Nəcəfovun avtosalonu yoxdur, sadəcə obeyekt icarəyə götürüb işlədir. Maşınını satmaq istəyən şəxslərin avtomobillərini həmin salona qoyaraq satışını təşkil edir. Onun tikinti şirkəti olması, Ayselə "Porshe" alması yalan məlumatdır. Elçin Nəcəfov milyonçu deyil, o maşın da Ayselin özünündür. Məhkəmədə mülkiyyətin bölüşdürülməsi zamanı da Elçin Nəcəfovun varidatı rəsmi olaraq ortaya çıxdı. Cəmi iki əmlak müəyyən olundu. Bakıdan kənarda yerləşən torpaq sahəsi və "kupça"sı olmayan mənzil var idi. Biz qarşı tərəflə razılığa gəldik ki, Turanə Nəcəfovaya bir mənzil alınacaq və bununla da barışıq sazişi imzalandı".

Qeyd edək ki, T. Nəcəfova dünən "Səni axtarıram" verilişində müğənni Aysel Əlizadənin həyat yoldaşı Elçinlə münasibəti olduğunu və onu ailəsini dağıtmaqda ittiham etmişdi.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 6181   Tarix: 16 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523