Son 10 ildə törədilmiş ən ağır qətliamlar (SİYAHI)

Son 10 ildə törədilmiş ən ağır qətliamlar (SİYAHI)Dünən Yeni Zellandiyada törədilən qətliamda ölənlərin sayı 50-yə çatıb. Ölkədə iki məsciddə törədilən terror tarixin ən ağır hadisəsi kimi dəyərləndirilir. Daha əvvəl də dünyanın fərqli yerlərində ibadətgahlara hücum təşkil olunub.

BiG.AZ qaynarinfo-ya istinadən son 10 ilin ən ağır terror hadisələrini təqdim edir:

Almaniya, 2018-ci il, Yeni il gecəsi: Bottrop və Essen hücumları

2018-ci ilin son günündə 50 yaşlı Andreas N. Almaniyanın qərbindəki Ruhr bölgəsində avtomobilini bilərəkdən miqrantların üzərinə sürüb. Hadisə nəticəsində 4 nəfər ölüb, 20-dən çox insan isə yaralanıb. Cinayətkar Bootropda uşaqlı bir suriyalı və əfqan ailəni hədəf alıb. Daha sonra cinayətkar Essen şəhərinə qaçıb və burda da avtomobili avtobus dayanacağında dayanan piyadaların üzərinə sürüb və özünü irqçi sözlərlə müdafiə edib. Hücum terror olaraq dəyərləndirilib.

Kanada, 2017-ci il: Qvebekdə məscidə hücum

Kanadanın Qvebek bölgəsində İslam Mədəniyyət Mərkəzində namaz qılan 6 nəfər hücum zamanı qətlə yetirilib, 18 nəfər isə yaralanıb. Ölkənin baş naziri Castin Trudeau hücumu ibadət zamanı müsəlmanlara qarşı törədilmiş terror adlandırıb və qınayıb.

ABŞ, 2017-ci il: Şarlotsvildə radikal sağçılara hücum

ABŞ-ın Virciniya ştatında yerləşən Şarlotsvildə radikal sağçıların mitinqində avtomobil aksiya iştirakçılarının arasına girib. Hadisə nəticəsində 10 nəfər ölüb, 33 nəfər yaralanıb. Cinayəti törədən 20 yaşlı bir gənc olub.

İngiltərə, 2017-ci il: Finsböridə məscidə hücum

19 iyun 2017-ci ildə 47 yaşlı bir şəxs Londonun şimalındakı Finsböri məscidinin yaxınlığında avtomobillə cinayət törədib. Hücum nəticəsində 1 nəfər ölüb, 10 nəfər isə yaralanıb. Ölən və xəsarət alanlar Ramazan Bayramı münasibəti ilə ibadətə gələn müsəlmanlar olub. Cinayətkara ömürlük həbs cəzası verilib.

Son 10 ildə törədilmiş ən ağır qətliamlar (SİYAHI)Almaniya, 2016-cı il: Münhendə ticarət mərkəzinə silahlı hücum

Münhendə Olimpiya Ticarət Mərkəzində törədilən hadisədə azı 10 nəfər ölüb. Hücumu təşkil edən 18 yaşlı tələbə, hadisənin ardından intihar edib. O, binada 60 dəfə atəş açıb.
Son 10 ildə törədilmiş ən ağır qətliamlar (SİYAHI)ABŞ, 2015-ci il: Çapel Hildə sui-qəsd

3 tələbə Şimali Karolinadakı Çapel Hilldəki evlərində 46 yaşlı qonşuları tərəfindən vurularaq öldürülüb. Qətliamı törədən Kreyq H.-ın sosial şəbəkə hesabına özünü dinə qarşı olan biri kimi təqdim etdiyi və silah şəkli paylaşdığı məlum olub. Öldürülən 2 qızın atası Məhəmməd Əbu Salha qızlarının dinlərinə görə öldürüldüklərindən əmin olduğunu deyib.
Son 10 ildə törədilmiş ən ağır qətliamlar (SİYAHI)Norveç, 2011: Breivik qətliamı

Radikal sağçı olan norveçli terrorçu Anders Breivik 22 iyul 2011-ci ildə təşkil etdiyi 2 hücumda 77 nəfəri öldürüb. Onun qurbanları əsasən gənclər idi. Bu hadisə II Dünya Müharibəsindən sonra Avropa tarixinə ən qanlı hadisə kimi düşüb. Hökumət binalarının yerləşdiyi ərazidə bombalı hücum gerçəkləşdirən Breivik Utoya adasında da gəncləri hədəf alıb. Hücumlarını ən incə detallarına qədər hesablayan terrorçu manifestində çoxmədəniyyətliliyi və Avropanın islamlaşmasını dayandırmaq istədiyini yazıb. Ona 21 il həbs cəzası verilib.

Son 10 ildə törədilmiş ən ağır qətliamlar (SİYAHI)Almaniya, 2009-cu il: məhkəmə salonunda bıçaqlanraq öldürülən hamilə qadın

Əczaçı Mərvə əl Şərbini həyat yoldaşı ilə birgə Almaniyanın Drezden şəhərində yaşayırdılar. O, 2009-cu ilin 1 iyulunda məhkəmə salonunda irqçi nifrətin qurbanı olub. O zaman Şərbini 3 aylıq hamilə idi. Bu cinayət Almaniyada ilk islamafobik məzmunlu cinayət hesab edilir. 31 yaşlı qadın məhkəmədə ifadə verdikdən sonra alman-rus qarışıqlı Aleksandr V. tərəfindən ordaca bıçaqlanaraq öldürülüb. Qatilin bıçağı məhkəmə salonuna necə keçirdiyi hələ də məlum deyil. Eynilə həyat yoldaşına kömək etməyə çalışdığı üçün ərinin də nə üçün vurulduğu bilinmir. Yaralanan şəxs hazırda oğlu ilə birgə Kanadada yaşayır. Hadisənin baş verdiyi 1 iyul hər il Almaniyada müsəlman irqçiliyinə qarşı simvolik bir gün kimi qeyd olunur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1239   Tarix: 16 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988