Bakıda qadını maşın vurdu - vəziyyəti ağırdır

Bakıda qadını maşın vurdu - vəziyyəti ağırdır

Gecə saatlarında paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində qadını maşın vurub.

BiG.AZ oxu.az-a istinadən xəbər verir ki, təxminən 35-40 yaşlarda, şəxsiyyəti hələlik məlum olmayan qadın yol kənarı ilə gedərkən "Hyundai" markalı avtomobil tərəfindən vurulub. Sürücü qadını xəstəxanaya çatdırıb.

Xəstəxanadan verilən məlumata görə, qadının vəziyyəti ağırdır.

Qeyd edək ki, sürücü Sabunçu polisi tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 231 Tarix: 16.03.2019



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol