Hüseyn Dəryanın qızı nə istəyir?

Hüseyn Dəryanın qızı nə istəyir?Fevralın 20-si mərhum reper Hüseyn Dəryanın birinci evliliyindən olan qızı Ayşə "Bizimləsən" proqramına müraciət etmişdi.

Səbəbi ziyarətinin məğzi isə ondan ibarət idi ki, Ayşə Dəryanın Sona İbadovadan olan evliliyindən dünyaya gələn Cahangirin onun qardaşı olmasına inanmaması idi. Buna görə də o, qohumluğun DNT analizi ilə sübut olunmasını istəyirdi. Ayşə hələ də məqsədinə doğru can atır.

16-17 yaşlarında səlist və yaşından iki dəfə böyük danışıq tərzi ilə tamaşaçıların əlini üzündə qoyan Ayşə bildirir ki, Cahangir onun qardaşı deyil. İddia edir ki, Sona onları aldadır. O, hətta bildirib ki, reper sağlığında dəfələrlə Ayşəyə Cahangirin onun qardaşı olmadığını söyləyib. Amma nədənsə, biz Hüseyn Dəryanın oğlu ilə olan kadrlarına baxdığımız zaman bu videolarda heç bir ögey münasibət sezməyib, əksinə, fəxarət və səmimi hisslər görmüşük.

Üstəlik, onun çıxıb DNT analizi tələb etməsi isə absurd haldır. Ona görə ki, ortada heç bir miras yoxdur. Əgər Dəryadan dəryaları dolduracaq zinət əşyaları, cah-cəlallı villalar, auksionda alınmış sənət əsərləri qalsaydı, haradasa Ayşəyə haqq vermək olardı. Deyərdik ki, bütün şou çıxılmaz vəziyyətdə qalmış bir qızcığazın öz haqqını tələb etmək uğrunda mücadiləsidir.

İkinci absurdluq isə ondan ibarətdir ki, Sonanın da dediyi kimi, ondan bunu yalnız Hüseyn Dərya tələb edə bilər. Heç efirdə çıxıb, Cahangirin onların qardaşı oğlu olmadığını iddia edən bibisinin də buna haqqı yoxdur.

Sona isə bütün bunların fonunda cəmi bir dəfə açıqlama verdi və DNT analizindən boyun qaçırdı. Halbuki qarşı tərəfin haqsız olduğunu sübut etmək istəyən insan bu analizi verib, saqqız kimi uzanan məsələni yoluna qoya bilərdi. Bəlkə də "qadınlıq qüruruna sığışdırmır" deyəcəksiniz, ancaq hər gün efirdə riyakar kimi büruzə verilməyin qarşısını yalnız bu cür alardı. Həm də yada salsaq ki, Sona özü də mediadan qaçan insan deyil, dəfələrlə verilişlərdə qonaq olub. Amma etmədi, icazə verdi ki, Ayşə onu atasının ruhuna hörmətsizlik etməkdə günahlandırsın.

Bu məqamda isə Ayşə unudub ki, Dəryanın ruhuna hörmətsizlik Sonanın DNT analizi verməməsi yox, onun çıxıb efirdə atasını aldadılmış, yaxud ata olma funksiyasını itirmiş kimi təqdim etməsidir.
Ayşə onu da unudub ki, atasının ölümündən beş il keçir və illər sonra içindəki eqonu təmin edib, Cahangirin onun qardaşı olmamasını sübut etməyə çalışması reperin ruhuna hörmətsizlikdir.

Özünə qardaş, arxa-dayaq istəyən kəs, mənəvi və ya bioloji fərq etmir, atasının "oğlum" deyə xitab etdiyi şəxsə, qayğı göstərməli, onu başqalarından qorumalıdır. Efirə çıxıb, anasını əxlaqsız kimi təqdim edib, onu digərlərinin gözündə alçaltmağa çalışmamalıdır.

Güman ki, Ayşə özünə qardaş yox, şou axtarır. Əks halda, bunu gizli şəkildə də həll edə bildiyi halda, ictimailəşdirməməli idi. Görünür, o, Cahangirə olan diqqət və qayğını, az yaşına rəğmən məşhur olmasını qəbul edə bilməyib və içindəki hissləri belə büruzə verib.

Bütün bunlardan sonra Ayşənin yadına "Sirkə nə qədər tünd olsa, öz qabını çatladar" atalar sözlərini salmaq istəyirəm. Cahangir onun qardaşı olsa da, olmasa da, Ayşə özünə qardaş qazanmayacaq. Çünki hər iki halda, Cahangiri itirdi. Bəlkə də haqlı olsa da, özünü haqsız vəziyyətə saldı və eyni zamanda insanların gözündə də xüsusi bir imic formalaşdırdı.

Dəryanın qızı "dil-dil ötməli", kimisə yanlış addımlarında ittiham etməli deyil, öz qardaşı olmadığı halda belə, Cahangiri bağrına basmalı idi.

DNT analizi ilə sübut etməyin fərqi yoxdur, bax, o zaman, həqiqətən də insanlar onun haqda "Ayşə Hüseyn Dəryanın qızıdır" ifadəsini işlədəcəkdi...

Bütün bunlardan belə bir nəticəyə gəlirik ki, Hüseynin rahatlığını istəyən hər iki xanım, ölmüş bir insanın məşhurluğundan istifadə edərək, gündəmdə qalmağa çalışır.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 2667   Tarix: 15 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

Aktrisa Hande Erçel ilə münasibətinə son qoyan iş adamı Hakan Sabancı yeni eşqə yelkən açıb. Axşam.az türk mediasına istinadən xəbər verir ki, Hakanın adı bu dəfə Mahmut Orhanın keçmiş sevgilisi ilə hallanıb. Ayrıldıqdan sonra Hakanın adı bir neçə xanımla hallanıb. Amma hər dəfə o, xəbərləri təkzib edib

07.12.2025 624
.

Azərbaycan ilk dəfə Ermənistana xal verdi

"Uşaq Avroviziya 2025" mahnı müsabiqəsində Azərbaycandan verilən xallar açıqlanıb. Axşam.az xəbər verir ki, ölkəmizin adından 12 xal İtaliyaya verilib. Müsabiqədə ilk dəfə Azərbaycan Ermənistana xal verib. Ermənistanın çıxışı Azərbaycan tərəfindən 3 xalla dəyərləndirilib. Xallar Leyla Adıgözəlzad

13.12.2025 254
.

Afət toyunda bu gəlinliyi GEYİNƏCƏK - VİDEO

Xəbər verdiyimiz kimi, jurnalist və aparıcı Afət Rahilqızı yaxın zamanda meyxanaçı Fərhadla ailə qurmağa hazırlaşır. xəbər verir ki, cütlük artıq gəlinlik mağazasında olub. Afət toyda geyinəcəyi gəlinliyi də seçib. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Aparıcının sevincli halları izləyiciləri

13.12.2025 632
.

Aysel mini ətəkdə GÖZ QAMAŞDIRDI - FOTOLAR

"Avroviziya" təmsilçilərimizdən olan Aysel Adıgözəlzadənin (Teymurzadə) sosial mediada paylaşımı ilə maraq doğurub. xəbər verir ki, ifaçı yeni görüntülərini instaqram hesabında paylaşıb. Zərifliyi və gözəlliyi ilə diqqət çəkən sənətçinin paylaşımına təriflər yağdırıblar. Aysel mini geyimi il

00:08 595
.

"Survivor 2026" iştirakçıları bəlli oldu - FOTO

"Survivor 2026"da könüllülər komandasında iştirak edəcək kişi iştirakçıların adları bəlli olub. xəbər verir ki, bu barədə Acun Ilıcalı son paylaşımında qeyd edib. Könüllülər komandasında iştirak edən kişi iştirakçılar Engincan Tura, Eren Semerci, Erkan Bilben, Onur Alp Çam, Ramazan Sarıdır

00:21 332
.

Xanımı və oğullarının fotosunu paylaşdı

Aktyor Kamran Ağabalayev oğulları və xanımının fotosunu paylaşıb. Axşma.az xəbər verir ki, aktyor paylaşıma "Mənim ürəklərim" qısa şərhini yazıb. Qeyd edək ki, K.Ağabalayevin 2 oğul övladı var

13.12.2025 306
.

Sevgilisini tək buraxmadı

Türk aktrisa Hazal Subaşı sevgilisi Oğuzhan Koçu tək buraxmayıb. OLAY yazır ki, cütlük Oğuzhan Koçun baş rolunu canlandırdığı "Bugün güzel" filminin qala gecəsinə birgə qatılıb. Koçun Hazal Subaşını öpməsi kameralara yansıyıb. Pərəstişkarları onların sevgi dolu görüntülərini bəyənib

10.12.2025 521
.

"Kurtuluş Orhan"da daha bir aktyor - Foto

"Kurtuluş Orhan" serialına yeni aktyor daxil olacaq. Axşam.az xəbər verir ki, ekran işində Emre Kızılırmak rol alacaq. O, layihədə "Hector" obrazını canlandıracaq. Qeyd edək ki, serialda "Orhan bəy"i Mərt Yazıcıoğlu canlandırır

07.12.2025 456
.

Nadir Qafarzadə baba oldu

Müğənni Nadir Qafarzadə baba olub. Axşam.az xəbər verir ki, sənətçinin nəvəsi dünyaya gəlib. Qafarzadə Axşam.az-a açıqlamasında bildirib ki, oğul nəvəsi olub. Qeyd edək ki, müğənninin oğlu Loğman Əntiqə adlı xanımla ailəlidir. İfaçının ikinci övladı Əziz də bu il ailə qurub

10.12.2025 744
.

TOP MP3