Sevgilisi məmura 8 martda "Porsche" bağışladı, onu çıxılmaz vəziyyətə saldı

Sevgilisi məmura 8 martda "Porsche" bağışladı, onu çıxılmaz vəziyyətə saldı
Tatarıstan Respublikasının İnvestisiya inkişafı agentliyinin rəhbəri Taliyə Minullina Beynəlxalq qadınlar günü münasibətilə ona bağışlanmış "Porsche" avtomobilindən imtina edib.

BiG.AZ virtualaz.org-a istinadən xəbər verir ki, qadının sözlərinə görə, maşın ona sevgilisinin hədiyyəsidir.

Məmur jurnalistlərə bildirib ki, sevgilisindən maşını satmağı xahiş edib. "Hədiyyə ediblər, bəli. Amma mən götürmədim", - o deyib.

Qadının sözlərinə görə, ona hazırda şəxsi avtomobil lazım deyil: daim işdədir, tez-tez ezamiyyətlərə gedir. "İqtisadi cəhətdən bu, məqsədəuyğun deyil! Ona tapşırdım ki, maşını satsın və Tatarıstana sərmayə qoysun. Bu, mənim üçün ən böyük hədiyyə olar", - Minullina qeyd edib.

Bildirildiyinə görə, bahalı hədiyyə haqqında qadın məmur ilk dəfə jurnalistlərə deyil, məşhur teleaparıcı Leonid Yakuboviçə danışıb. "Pole çudes" verilişinin aparıcısını Tatarıstana respublika hökumətində işləyən qadınları təbrik etmək üçün çağırıbmışlar. Yakuboviç qadından doğrudanmı onun bu cür bahalı hədiyyə bağışlayan sevgilisinin olduğunu xəbər alıb. "Əlbəttə. "Porsche" bağışlayıb, amma onu necə qeydiyyatdan keçirəcəyimi bilmirəm. Çünki mənə olmaz", - Minullina cavab verib. Buna qarşılıq olaraq Yakuboviç qadın məmurdan sevgilisinin ünvanını istəyib.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Maraqlı Oxunub: 2591 Tarix: 10.03.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol