Bayram öncəsi balıq bazarında canlanma: "Kütümə tələbat artıb, qiyməti bahaşıb" - FOTOLAR

Bayram öncəsi balıq bazarında canlanma: "Kütümə tələbat artıb, qiyməti bahaşıb" - FOTOLARNovruz bayramı və çərşənbələrin gəlişi balıq bazarında da tələbatı artıb. Azərbaycanın bəzi bölgələrinin, xüsusən də Cənub bölgəsinin əsas adətlərindən biri də bayram süfrəsinə balıqdan hazırlanmış ləvənginin qoyulmasıdır. Hətta Cənub bölgəsində nişanlı qızlara aparılan Novruz sovqatının içində balıq ləvəngisi də aparılır, balığın ağzına isə qızıl üzük qoyulur. Bəs görəsən, bayram ərəfəsində balığa tələbat artıbmı? Hansı balıq Novruz süfrəsi üçün daha çox alınır?

BiG.AZ xəbər verir ki, "Yeni Müsavat"ın müxbiri paytaxtın "8-ci kilometr" bazarındakı balıq satışı şöbəsinə baş çəkib.

Üstünə növbənöv balıq düzülmüş piştaxtalar kənardan diqqəti cəlb edir. Bazarda məhsul boldur, alıcılar isə daha aktivdir. Yaxınlaşdıqda piştaxtanın altına düzülmüş ləyənlərdə diri balıqların da olduğunu görürük. Diri balıqların bazara ləyənlərdə gətirilməsinin səbəbi isə insanların təzə balığa olan tələbatıdır.

Alıcıların əksəriyyəti dəniz və çay balıqlarına üstünlük verdiyindən onların qiyməti daha bahadır. Dəniz balıqlarından farelin kiloqramı 10-11 manat , sudak 12-13 manat , xəşəm 15-18 manata satılır. Göl balıqlarının qiyməti isə 5-6 manatdan başlayır.

Balıqçı Seymur Nağıyev deyir ki, son vaxtlar balığa tələbat artıb: "Bayramla əlaqədar ən çox kütüm balığı satılır. Bu baxımdan onun qiyməti bahalaşıb. Bahalaşmanın Novruza qədər davam edəcəyi gözlənilir. Kütümün ən ucuzunun kiloqramı 12 manatdan başlayır. Səbəb isə odur ki, tələbat çoxdur. Təkcə Cənub bölgəsindən olanlar deyil, digərləri də alırlar. Bakılılar da artıq bu adəti mənimsəyiblər".

Balıqçının sözlərinə görə, satışda olan balıqların əksəriyyəti göllərdə yetişdirilir. Həmçinin diri halda satışa çıxarılanların da hamısı göl balıqlarıdır: "Onlara "damba balıqları"da deyilir. Hazırda təbii balıqların çoxu Dağıstandan gətirilir. Bazarda qiyməti tənzimləyən də elə Dağıstandan gətirilən balıqlardır. Əksə halda qiymət çox baha olardı. Bizdə son illərdə balıq kəskin azalıb, Xəzərdən balıq az çıxır. Əvvəl daha çox idi. Kütüm, kefal, sazan əvvəl daha çox olub. İndi bazara gətiriləm bu balıqların 30 faizi yerli məhsuldur, 70 faizi Dağıstandan gətirilir". Satıcı iddia edir ki, Xəzərdə balıqların yerdəyişməsi baş verir və indi əksəri hissəsi Dağıstanın Xəzərətrafı rayonlarında çıxır. Oradan gətirilən məhsul bizim bazarı həqiqətən ucuzlaşdırdı. Onlar olmasaydı, bizim insanlar balıq yeyə bilməzdilər".

Seymur Nağıyev deyir ki, bəzi balıq növləri artıq yoxa çıxıb: "Əvvəllər usac var idi, oku var idi, indi yoxa çıxıb. Berj azalıb, asatrin yox olub, beluqa azdır. Sovet vaxtı beluqa indiki pulla 2.50 manat idi, indi kilosu 50 manatdır. Hazırki digər qiymətlərə gəlincə, kütümün çəkisi balacalar 12, böyüklər 18 manatadır. Bayramda rekord həddə qədər bahalaşa bilər, kiloqramı 30 manata yüksələ bilər. Dağıstandan gətirilən təbii sazanların kiloqramı 5 manat, belamur 6 manat, kefal 7 manatdır. Baha olan yalnız kütümdür, o da bayramla əlaqəlidir".

Satıcıların ümumi rəyinə görə, ən təmiz və ən yaxşı balıq kütümdür: "Çünki "krevetka"dan başqa heç nə yemir, həmçinin süni göllərdə yetişdirilməsi mümkün deyil. Kütüm , kefal və sudakı süni göldə yetişdirmək olmur. Başqa balıqlar isə yetişdirilir. Bazardakı balıqların 60 faizindən çoxu göl balıqlarıdır. Əvvəl qiymətləri bir qədər ucuz idi, indi o da bahalaşıb. Çünki balıq yemləri çox bahadır, göl balıqları da ucuz başa gəlmir. İnsan var ki, təbii balığa üstünlük verir, onu diri gətirmək mümkün deyil. Bəzi insanlar isə diri balığa üstünlük verir, onlar isə yalnız göllərdən tutulub gətirilir. Yeniyetmələr, cavanlar diri olsun deyə göl balığı alırlar".

Qeyd edək ki, bazarda daha çox süni göllərdə yetişdirilən balıqlara rast gəlinir. Bu balıqlar yemlə bəslənir. Sazan, karp kimi balıqların çoxu göl balıqlarıdır. Asetrin, nərəkimilər, qızıl balıq kimi növləri isə yalnız dənizdən tutmaq mümkündür. Yaşlı nəsil hesab edir ki, dəniz balıqları daha dadlı olur.

Bayram öncəsi balıq bazarında canlanma: "Kütümə tələbat artıb, qiyməti bahaşıb" - FOTOLARBayram öncəsi balıq bazarında canlanma: "Kütümə tələbat artıb, qiyməti bahaşıb" - FOTOLARBayram öncəsi balıq bazarında canlanma: "Kütümə tələbat artıb, qiyməti bahaşıb" - FOTOLAR


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1272   Tarix: 10 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan Türkiyədən metal idxalına çəkdiyi xərci 5 %-ə yaxın azaldıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Türkiyədən 124,06 milyon ABŞ dolları dəyərində qara və əlvan metal idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4,9 % azdır. Təkcə noyabr ayında Türkiyə Azərbaycana 9,695 milyo

10:10 123
.

Honkonqdakı güclü yanğının vurduğu zərərin məbləği açıqlandı

Honkonqdakı yaşayış kompleksində baş vermiş güclü yanğının vurduğu zərərin məbləği beş milyard Honkonq dollarını (642 milyon ABŞ dollarından çox) keçib. bildirir ki, bu barədə məlumatı "South China Morning Post" qəzeti faciədən sonra iqtisadi itkilərin qiymətləndirilməsi ilə məşğul olan ekspertlər

18:20 88
.

Kamboca Tailandla bütün sərhəd keçidlərini bağlayıb

Kamboca gərginləşən münaqişə fonunda Tailandla bütün sərhəd keçid mətəqələrini bağlayıb. "Report"un məlumatına görə, bu barədə Kamboca Daxili İşlər Nazirliyi bəyanat yayıb. Nazirlik qeyd edib ki, bu qərar "sərhəddə Tailand tərəfinin Kambocanın suverenliyinə qarşı təcavüz aktları törətdiy

17:00 111
.

Rubio: Ruandanın Konqodakı fəaliyyəti sülh sazişinin pozulmasıdır

Ruanda qonşu Konqo Demokratik Respublikasına (KDR) qarşı etdikləri ABŞ Prezidenti Donald Trampın iştirakı ilə iki Afrika dövlətinin liderləri tərəfindən Vaşinqtonda imzalanmış sülh sazişini pozur. "Report" xəbər verir ki, bu məlumatı ABŞ dövlət katibi Marko Rubio "X" sosial şəbəkəsind

17:40 95
.

Merts: "Almaniya nəyə qadir olduğunu göstərməlidir"

Almaniya kansleri Fridrix Merts ideologiya dövrünün bitdiyini bəyan edib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. "Yəqin ki, biz yalnız uzun illərdən sonra dünyada yaşadıqlarımızın miqyasını anlayacağıq. Bu, dünyanın siyasi və iqtisadi güc mərkəzlərində əsl tektonik dəyişiklikdir. İdeologiy

17:10 101
.

Zelenski gələn həftə Trampın nümayəndələri ilə görüşəcək

Ukrayna Prezidenti Volodimir Zelenski müharibənin nizamlanması ilə bağlı gələn həftə ABŞ və Avropadan olan müttəfiqlərlə bir sıra görüşlərin keçiriləcəyini deyib. "Report" xəbər verir ki, Zelenski bu barədə öz teleqram kanalında yazıb. "Hazırda ABŞ və avropalı müttəfiqlərlə görüşlərə hazırlı

12:30 118
.

XƏBƏRDARLIQ: Sabahın havası bu insanlar üçün əlverişsizdir

Tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən xəbərə görə, dekabrın 15-də Abşeron yarımadasında yağıntılı və küləkli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir

19:10 57
.

Rusiyada "Honkonq qripi"ndən ölüm hallarının baş verməsi təsdiqlənib

Rusiyada "Honkonq qripi"ndən ölüm hallarının baş verməsi təsdiqlənib. xəbər verir ki, bu barədə yerli mətbuata Rusiya Elmlər Akademiyasının akademiki Gennadi Onişenko məlumat verib. "Ölüm hallarının olmadığını demək mümkün deyil, təəssüf ki, bu, baş verir. Adətən, belə hallar xroniki ağciyər

17:20 115
.

Sağında əri, solunda sevgilisi ilə bütün ölkənin qarşısında - Mənəvi çöküşün mənzərəsi

Esra Erolun verilişində ərini və uşağını İbrahimlə qaçmaq üçün qoyub gedən Zeynəbin hekayəsi həm tamaşaçıları, həm də studiyadakıları "ola bilməz!" deməyə vadar edib. Hadisə ilə bağlı şərhlər verilib və bu, tezliklə trend mövzusuna çevrilib, o cümlədən "mənəvi çöküş mənzərəsi" d

17:50 159
.

TOP MP3