Qarğalar ölmüş dostları üçün GÖRÜN NƏ EDİRLƏR

Qarğalar ölmüş dostları üçün GÖRÜN NƏ EDİRLƏR
Təəccüblü səslənsə də qarğalar da eynilə insanlar kimi ölüləri üçün yas saxlayırlar.

Elm adamları qarğalarla bağlı son dərəcə maraqlı bir araşdırma edib. “Alaqarğa” olaraq tanınan quş öz cinsindən olan bir quşun ölüsünü gördükdə yemək axtarışına son verərək digər quşlara səslənir. Çağırışı eşidən alaqarğalar ölmüş quşun ətrafına toplanır.
Araşdırmaya görə bir qarğa digər qarğanın ölüsünü gördükdə fərqli şəkildə səslər çıxarmağa başlayır. Daha sonra budaqlara qonaraq qışqırmağa başlayırlar. Hətta bəzən sanki onu dəfn edirmiş kimi üstünü budaqlarla örtməyə çalışdığı da deyilir.

Daha sonra isə susaraq sanki yas saxlayırmış kimi ölü quşa baxırlar. Onların bu davranışının təhlükəyə qarşı verdiyi reaksiya və yaxud başqa məqsəd daşıyan bir hərəkət olduğunu anlamaq çətindir.

Qarğalar ən böyük düşmənləri olan meşə bayquşlarını gördükdə öz həmkarlarına xəbərdarlıq edirlər.(metbuat)

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Maraqlı Oxunub: 1263 Tarix: 10.03.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol