Məşhur aparıcı yeniyetməlik sevgilisinə illər sonra ƏRƏ GETDİ - Foto

Məşhur aparıcı yeniyetməlik sevgilisinə illər sonra ƏRƏ GETDİ - FotoYeniyetməlik və gənclik məhəbbəti ilə illər sonra ailə quran aparıcı Kamilə Babayeva həyat yoldaşı ilə münasibətlərindən danışıb.

BiG.AZ xəbər verir ki, publika.az-a müsahibə verən televiziya ulduzu etiraf edib ki, həyat yoldaşı onda ən çox yumor hissini yüksək qiymətləndirir.

- Adətən uşaqlıqda travma alan insanlar həyata pozitiv gözlərlə baxa bilmir. Valideynlərinizin ayrılığını, atanızın vaxtsız və faciəli ölümünü nəzərə alsaq, sizin də xoşbəxt uşaqlıq yaşadığınızı demək olmaz. Bununla belə istər efirdə, istərsə də ətrafınızda olan insanlara sizdən böyük bir enerji seli axır. Bəlkə hər zaman belə şən görünməyinizin sirrinizi bizimlə də paylaşasınız.

- Məncə, bu, genetikdir. İkincisi, yalan deməyəcəm bu energetikanı xoşsimalı insanlardan alıram. Hər hansı məclisə gedəndə hamı ilə salamlaşıb hal-əhval tutursan. Nəticə etibarı ilə onların xoş ovqatı təsirsiz ötüşmür. Kimsə gülümsəyərək sənə salam verirsə, bundan necə müsbət enerji almamaq olar. Özümə qarşı bir aqressiya və ya naxoş münasibət görməmişəm. Belə münasibət görsəm, yəqin ki, mənim də kefim pozular, kompleksə düşərəm, tısbağa kimi qınıma çəkilib kənarda dayanmaq istəyərəm. Dolayısı ilə nikbinlik həm genetikadan, həm də ətraf mühitin sənə münasibətindən asılıdır. Digər insanların emosiyasından aldığım bir gücdür ki, məni belə pozitiv edir.

Məşhur aparıcı yeniyetməlik sevgilisinə illər sonra ƏRƏ GETDİ - Foto- Sizcə, sevilmək şans məsələsidir, ya özünü sevdirmək bir istedad tələb edir?

- Mütləq ki, onun içində bir istedad olmalıdır. "Hamı məni sevir" deməklə iş bitmir, artıq özün-özünü sevməyə başlamısansa və ətrafda baş verən hadisələri görmürsənsə, sənə olan sevgi azalmağa başlayacaq və tədricən yox olacaq. Kainatda hər şey bir-biri ilə qarşılıqlı təsir içindədir, əgər sevgi ötürməsən, səni də sevməyəcəklər. Eyni ilə səma ilə torpağın bir-birinə qarşı münasibəti kimi. Göylər ağlamasa, torpaq bar verə bilməz.

İstənilən münasibətlərdə öz dərəcini bilməlisən. Elə an olur ki, dərəcəni bir qədər azaltmalı olursan, bəzən isə çoxaltmaq lazım gəlir. Bunu özün tənzimləməyə çalışmalısan. Sözsüz ki, insandan zəhmət tələb olunur, çünki başqa cür mümkün deyil.

- Həyat yoldaşınıza özünüzü hansı keyfiyyətlərinizlə sevdirə bilmisiniz?

- Bu barədə heç vaxt danışmamışıq deyə suala konkret cavab verə bilməyəcəm. Həqiqətən də bizim aramızda belə söhbət olmayıb. Fərziyyələrimə qalarsa, yəqin ki, yumor hissimi yüksək qiymətləndirir. Zarafatcıl olmağım və məndəki həyat eşqi hərdən onu qıcıqlandırsa da, əsas amillərdən biri budur. Heç nəyin dərininə gedən biri deyiləm. Hər hansı problemi uzatmağı sevmirəm, ona haqq qazandırmaq üçün mütləq bir səbəb tapıram. Sözsüz ki, bu səbəb əsaslandırılmış bir arqument olmalıdır, balansı qoruyuram.

Kimisə bəyənməyə bilərik, amma unutmaq olmaz ki, onun yaxşı xüsusiyyətləri də var. Yaxşı ilə pisi tərəziyə qoymaq lazımdır. Əgər müsbət keyfiyyətlər mənfini üstələyirsə, o pisləri unuduram.

- Demək ki, münasibətlərin möhkəm olmasında güzəşt amili mühüm rol oynayır.

- Məncə, hə. Ailə daxilində hegemonluğu qadına yaraşdırmışam. Hegemonluqla nazlı-qəmzəli, ədalı, öz yerini bilən qadın arasında geniş fərq var. Hegemon qadın deyiləm və düşünürəm ki, bu xüsusiyyət hansısa münasibətlərdə yaxşı bir nəticə də verə bilməz.

- Həyat yoldaşınızla yeniyetməlik illərindən tanışsınız. İnstaqramda paylaşdığınız köhnə şəkilləriniz böyük maraq doğurmuşdu. Münasibətlərinizi gec rəsmiləşdirməyinizin səbəbi nə idi?

- Bəli, biz uzun illərdir bir-birimizi tanıyırıq. Burada deyiblər ki, vaxtında evlənsəydin, indi özün boyda övladların olardı (gülümsəyir). Buna baxmayaraq Allahımdan çox razıyam. Bu suala da bir sözlə cavab verəcəyəm, qismət... Hər hadisənin bir zamanı, bir tarixi və bir anlamı var. Demək ki, bizim də qismətimiz belə olmalı idi.

Məşhur aparıcı yeniyetməlik sevgilisinə illər sonra ƏRƏ GETDİ - Foto- Bir çox məşhur övladı dünyaya gələn kimi onun adına sosial şəbəkədə hesab açaraq bu yolla pul qazanır. Məşhur övladı olduğu üçün belə səhifələr bəlli bir izləyici toplaya bilir və sonra reklamlardan pul qazanır. Siz isə uzun müddətdir ki, qızınızı mediadan gizlətməyə çalışırsınız, üzünü hələ də göstərmirsiniz.

- Bu istiqamətdə baş verən hadisələrə təbii ki, öz münasibətim var. Qızımı əsla ərköyün yetişdirmirəm. Tanışlarım düşünürdü ki, bir övladım var deyə onu ərköyün böyüdəcəyəm. Sözsüz ki, bəzi məqamlarda uşaq ərköyünlüyü olur, bu da normaldır. Ümumilikdə, nizam-intizam çərçivəsində böyüyən bir uşaqdır, deyilən sözləri və qadağaları anlayır.

Məşhur aparıcı yeniyetməlik sevgilisinə illər sonra ƏRƏ GETDİ - FotoBalamın sosial şəbəkədə heç bir səhifəsi yoxdur, istəyirəm ki, uşaqlığını və özünə aid olan həyatı yaşasın. Əgər onun taleyində böyük paraları qazanmaq varsa, gələcəkdə zatən qazanacaq. Niyə onu indidən nəyəsə məcbur edim, qızımı istismar etmək niyyətim yoxdur.

Başqaları uşaqların video və şəkillərini paylaşması istismar kimi dəyərləndirməyə bilər, hər kəsin öz işidir, bunu da çox normal qəbul edirəm.

- "5-ci element" son illərdə efirdə yayımlanan ən uzun verilişlərdən biridir. Maraqlıdır ki, 4 aparıcı arasında mübahisə baş vermir?

- Veriliş 4 məşhur azərbaycanlının birgə iştirakı ilə çəkilir. Təzə başlayanda bizə deyirdilər ki, veriliş tezliklə bağlanacaq, uzun müddət davam edə bilməyəcək. Onun uzun müddət davam etməsinin sirri bir-birimizə qarşı olan səmimi hisslərdə və dostluqda gizlənib. Əlbəttə ki, yaradıcı müzakirələr baş verir, lakin hamımız bir-birimizə isti münasibət göstəririk. Rəqabətimiz fərqlidir, biri digərinə rəqib gözü ilə baxmır, əksinə bir-birimizin uğuruna çox sevinirik.

- Gələcəkdə format dəyişikliyi gözlənilir?

- Mümkündür, hər şey ola bilər. Veriliş illərlə bu formatda yayımlana bilməz, mövsümün sonuna yaxın dəqiqləşəcək.

Məşhur aparıcı yeniyetməlik sevgilisinə illər sonra ƏRƏ GETDİ - Foto


BiG.Az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 5157   Tarix: 07 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Çin daha bir peyki orbitə yerləşdirib

Ötən gün Çinin şimal-qərbindəki Şanksi əyalətində yerləşən Taiyuan Peyk Buraxılış Mərkəzindən "Ziyuan-3" silsiləsindən olan sayca üçüncü peyk qaldırılaraq orbitə yerləşdirilib. "Report" "NASA Spaseflight"ə istinadən xəbər verir ki, "Uzun Yürüş 4B" ("Çanq Jen

25.07.2020 799
.

Bu aktrisanı Ebru Gündeşə BƏNZƏTDİLƏR - FOTO

Türkiyənin sevilən aktrisası Hazar Ergüçlüdən yeni xəbər var. türk mediasına istinadən xəbər verir ki, sosial mediada aktrisanın keçmiş fotosu yayılıb. İzləyicilər həmin fotoda Hazarın çox dəyişdiyini deyiblər. Hətta onlar arasında aktrisanı ifaçı Ebru Gündəşə bənzədən də olub. Fidan Bayramova

18.09.2020 3764
.

Afaq Gəncəlidən göz oxşayan YENİ FOTOLAR

Tanınmış aparıcı Afaq Gəncəli sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, aparıcı "Instagram" hesabında yeni fotolarını paylaşıb. Aparıcının fotolarına izləyicilər tərəfindən çoxsaylı bəyəni və təriflər gəlib. Həmin fotoları təqdim edirik:

27.02.2021 4603
.

Deren Talu və Serenay Sarıkaya arasında QALMAQAL - "O sənin ögey anandır"

Gündəmdən düşməyən Serenay Sarıkaya və Cem Yılmaz cütlüyü ilə bağlı yeni xəbər var. türk mediasına istinadən xəbər verir ki, bu dəfə yeni bir iddia Cem Yılmazın keçmiş sevgilisi Defne Samyelinin qızı Deren Talu tərəfindən irəli sürülüb. Bir şampun brendinin çəkilişinə dəvət edilən Deren Talu həmin təklif

26.08.2020 5459
.

Azərbaycanda qərargah rəisinin faciəli şəkildə ölümü ilə bağlı araşdırma başladı - FOTO

Xəbər verdiyimiz kimi, bu gün saat 08:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Xudat" sərhəd dəstəsinin Quba rayonunun Xınalıq kəndi yaxın­lığındakı sərhəd zasta­vasına xidməti tapşırığın icrası ilə əlaqədar hərəkət edən "UAZ" markalı xidməti avtomobil qəzaya uğrayıb

20.07.2020 2697
.

"Bir insanla hər şey dəyişir..." - Aysun - FOTO

Müğənni Aysun İsmayılova sosial mediadakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki. müğənni instaqram hesabında yeni fotosunu paylaşıb. O. fotoya: "Hər şey dəyişir.bəzən zamanla, bəzən də bir insanla" sözlərini yazıb. Sözügedən fotonu təqdim edirik:

06.08.2020 3548
.

Golf topu boyda albalı REKORD QIRDI, lakin... - VİDEO

İtaliyada bacı-qardaş öz fermalarında golf topu boyda albalı tapıbdılar. BİG.AZ-ın ren.tv-yə istinadən verdiyi xəbərə görə, giləmeyvə 0.88 unsiya (25 q) çəki ilə dünya rekordunu yeniləyib. Qeyd olunur ki, 25 yaşlı Sebastiano Zanoni və onun 22 yaşlı bacısı Selena nəhəng albalını Treviso ştatının Pae

23.06.2020 2438
.

"Hər gün yuxudan ayılanda..." Səkinə İsmayılova KÖVRƏLDİ

"Şöhrət" ordenli xalq artisti Səkinə İsmayılova -a müsahibə verib. Sənətkar son günlər ordumuzun əldə etdiyi qələbə xəbərlərinə hədsiz sevindiyini dilə gətirib. Bildirib ki, hər dəfə hansısa ərazimiz erməni işğalından azad ediləndə, sevincindən uşaq kimi ağlayır. "Ordumuzun uğurların

14.10.2020 1187
.

Avropa Birliyi ölkələri plastik qablardan tamamilə imtina etdi

Avropa Birliyi qüvvəyə minən müvafiq qanundan sonra plastik qab-qacaqdan birdəfəlik imtina edib. "Report" xəbər verir ki, bu barədə birliyin ətraf mühit üzrə komissarı Virqiniyus Sinkyaviçyus bildirib. O, qeyd edib ki, qanun birdəfəlik qaşıqların, çəngəllərin, bıçaqların, boşqabların, pambı

04.07.2021 444