93 dəfə əməliyyat olunan gəncdən Mehriban Əliyevaya MÜRACİƏT

93 dəfə əməliyyat olunan gəncdən Mehriban Əliyevaya MÜRACİƏTDünyada nadir xəstəliklərdən birinə tutulan Cavid Səfiyev Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevadan kömək istəyir.

BiG.AZ medicina.az-a istinadən xəbər verir ki, yeniyetmə oğlan bununla bağlı Mehriban xanıma müraciət ünvanlayıb:

"Çox hörmətli Mehriban xanım! Mən - Səfiyev Cavid Kamal oğlu "Qırtlağın, traxeyanın və bronxların residivləşən popillomotozu'' xəstəliyindən əziyyət çəkirəm. Kasıb ailənin övladıyam. Atamı gənc yaşlarında itirmişəm. Hər 6 aydan bir əməliyyat olunmalıyam ki, bu da təqribən 3000 dollara başa gəlir. Maddi cəhətdən imkansız ailəyik, müalicəmin davam etdirilməsinə imkanımız olmadığı üçün yardıma ehtiyacımız var.

Qeyd edim ki, mən 1991-ci il aprelin 19-da Bakıda doğulmuşam. 500 balla Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olmuşam. Bir yaşından "Qırtlağın residivləşən popillomotozu" xəstəliyindən əziyyət çəkirəm. Həkimlərin yoxlaması əsasında məlum olub ki, bu xəstəliyin dünya təcrübəsində tam müalicəsi yoxdur. Hələ uşaq ikən qırtlaqdan popillomotozların xaric edilməsi əməliyyatlarım A.F.Qarayev adına 2 saylı xəstəxanada həyata keçirilib. Yaranmış popillomun cərrahi yolla kəsilib götürülməsi isə hər 5-7 aydan bir həyata keçirilməlidir. Hər əməliyyatım çox pul aparsa da ( 2500-3000 dollar), gələcəyə ümidlə baxan valideynim dəfələrlə qohum və tanışlardan borc alaraq, mənim həyatda qalmağım üçün əlindən gələni edir".

Cavid deyir ki, atasını uşaq vaxtı itirdiyi üçün evin və onun müalicəsinin bütün yükü tək qadın olan anasının üzərinə düşüb: "Son illərdə Türkiyənin bir çox özəl və dövlət xəstəxanalarında müayinə və cərahhi müalicə olunmuşam. Xəstəliyin bir az da irəliləməsi nəticəsində (''Popillomların traxeyaya, bronxlara yayılması və sol ana bronxda da əmələ gəlməsi'') Azərbaycanda cərrahi yolla müalicəsi mümkün olmadı və həkimlər burada məni əməliyyat etməkdən imtina etdilər. Buna görə də Səhiyyə Nazirliyinin" Vətəndaşların Respublikadan kənar müalicəyə göndərilməsi məsələləri üzrə dövlət komissiyasının 17 may 2011-ci il tarixli iclasının 5 saylı protokolu əsasında mənim xarici ölkəyə göndərilməyim qərara alınıb".

Mehriban Əliyevadan yardım istəyən gənc deyir ki, bugünə qədər ümumilikdə 93 əməliyyat keçirib: "Xəstəliyin yaratdığı fəsadlar nəticəsində ağır dərəcəli tənəffüs catışmazlığı var, 2-ci qrup əliləm. Əlavə olaraq, bronxektaziya xəstəliyindən əziyyət çəkirəm, səs tellərim korlanıb və səsim zəif çıxır. İşləmək istəsəm də, normal gəliri olan bir iş tapa bilmirəm. Mənim Türkiyədə həyata keçirilən əməliyyatıma daimi köməklik lazımdır. Bir neçə dəfə müxtəlif yerlərə müraciət etsəm də, məni Səhiyyə Nazirliyinə yönləndirirlər, amma bunun bir nəticəsi olmur. Əgər mənə bu köməklik göstərilərsə, mən dövlətimiz, xalqımız üçün çox faydalı işlər görmək istəyirəm. Uşaqlıqdan bu xəstəlikdən əziyyət çəkməmə baxmayaraq, bir an belə olsa, mən bu həyata və gələcəyə olan inamımı itirməmişəm, bunun üçün də göydə Allah, yerdə sizlərdən köməklik gözləyirəm. Uşaq yaşlarımdan bu qədər əzab əziyyətə məruz qalmağına baxmayaraq, mənim həyat eşqim sönməyib. Həyatımı davam etdirmək üçün müntəzəm əməliyyatlar keçirməliyəm. Bu əməliyyatları həyata keçirmək üçün daimi maddi yardıma ehtiyacım var. Böyük ümidlə sizdən kömək gözləyirəm...".

Əlaqə nömrəsi: +994 50 4020642
93 dəfə əməliyyat olunan gəncdən Mehriban Əliyevaya MÜRACİƏT


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1885   Tarix: 06 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Qida təhlükəsizliyi pozuntularına görə cərimələr

"İnzibati Xətalar Məcəlləsinin 220-ci maddəsində qida təhlükəsizliyinin pozulması ilə bağlı müddəalar öz əksini tapmışdır". Bunu BİG.AZ-a açıqlamasında vəkil Turan Abdullazadə bildirib. O, qeyd edib ki, xüsusi təşkil olunmuş yerlərdə (yeməkxanalar, restoranlar, kafelər, barlar və s.) əhalini

18.12.2025 182
.

Qubada avtobus ananı vurub öldürdü, övladı yaralandı

Qubada sərnişin avtobusu ana və övladını vurub. APA-ya istinadla bildirir ki, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib. Quba-Xaçmaz marşrutu ilə hərəkət edən avtobus 27 yaşlı İsrafilova Əminə Sahib qızını və onun azyaşlı övladını vurub. Yaralılar Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılıb

18.12.2025 243
.

İlham Əliyev onları təltif etdi - Siyahı

Azərbaycan Memarlıq və İnşaat Universitetinin bir sıra əməkdaşları təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Azərbaycan Memarlıq və İnşaat Universitetinin 50 illiyi münasibətilə imzalanan Sərəncama əsasən, Azərbaycanda təhsili

18.12.2025 222
.

"ATF" bu il icra hakimiyyətlərindən 6 milyonluq sifariş alıb

Ağsu Rayon İcra Hakimiyyəti Ağsu şəhərinin daxili avtomobil yollarının əsaslı təmir işləri ilə bağlı tenderə yekun vurub. Qaynarinfo xəbər verir ki, tenderin qalibi "ATF" MMC seçilib. Yolların əsaslı təmir işlərinə görə şirkətə 582 187,99 manat ödəniləcək. İqtisadiyyat Nazirliyi yanında Dövlə

18.12.2025 176
.

Tayland Kamboca müharibəsində son durum

Tayland və Kamboca arasında sərhəd bölgəsində silahlı toqquşmalar davam edir. Son məlumatlara görə, döyüşlər artıq bir neçə gündür səngimir, hər iki tərəfdən ölən və yaralananlar var. BİG.AZ NBC News-a istiandən xəbər verir ki, Tayland ordusu təhlükəsizlik səbəbilə bəzi sərhəd keçidlərini bağlayıb v

18.12.2025 194
.

Planetin indiyə qədər gördüyü ən mürəkkəb sistem: Çin onu gizlicə qurur

Tibetin sərt qayalıqları arasında, quşun belə uçmadığı, karvanın keçmədiyi bir nöqtədə dünyanın ən iri layihələrindən biri yüksəlir. Çinin böyük gizliliklə həyata keçirdiyi 168 milyard dollarlıq bu addım təkcə bir su bəndi deyil: Asiyanın bütün su balansını vahid mərkəzdən idarə edə biləcək bir güc nümayişidir

18.12.2025 117
.

Bakıda narkotik satan ailəyə HÖKM OXUNDU

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik satışını təşkil edən ailə üzvləri: Hümbət Cəfərov, oğlu Əli və qızı Şəlalənin cinayət işi üzrə keçirilən məhkəmə iclasında hökm oxunub. xəbər verir ki, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən məhkəmədə Cəfərov Hümbətin 11 il, Cəfərov Əlinin 9 il, Cəfərov

18.12.2025 185
.

Müqayisə ilə böyüyən uşaqlar: valideyn sevgisinin səssiz sınağı - PSİXOLOQDAN AÇIQLAMA

Valideynin öz övladını başqasının uşağı ilə müqayisə etməsi cəmiyyətimizdə çox vaxt "motivasiya" adı altında təqdim olunur. Halbuki bu cür müqayisələr uşağın inkişafına təkan verməkdən çox, onun özünə inamını sarsıdır, daxili dünyasında səssiz bir mübarizə yaradır. "Bax, filankəsin uşağ

18.12.2025 263
.

Yadigar Muradovun yerinə direktor əvəzi təyin edildi (FOTO)

Şuşa Dövlət Dram Musiqili Komediya Teatrına yeni direktor əvəzi təyin olunub. Qaynarinfo xəbər verir ki, direktor səlahiyyətlərini Əməkdar artist, mərhum Yadigar Muradovun müavini Azad Məmmədov icra edəcək. Əməkdar artist Azad Məmmədov məlumatı Qaynarinfo-ya təsdiqləyib. Xatırladaq ki, Şuşa Dövlət Dra

18.12.2025 247
.

TOP MP3