Hindistanla Pakistan arasında növbəti TOQQUŞMA: Dünyanın qorxduğu ssenari reallaşır
Hindistan və Pakistan hərbçiləri bazar ertəsi Kəşmir regionunda bir-birinin mövqelərini atəş tutublar.
BiG.AZ publika.az-a istinadən xəbər verir ki, bu haqda Hindistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, polkovnik-leytenant Devender Anand bildirib.
"Bu gün səhər saat 3 radələrində Pakistan ordusu heç bir səbəbsiz Aknur sektoru üzrə atəşin dayandırılması rejimini pozdu. Bizim hərbçilərimiz cavab atəşi açdı. Atışma təxminən 06:30-da başa çatdı", - o dəqiqləşdirib.
Qurbanlar və zərərçəkənlər haqqında məlumat verilməyib.
Qeyd edək ki, son zamanlar Hindistan və Pakistanın iddia etdiyi Kəşmir regionunda vəziyyət əhəmiyyətli dərəcədə kəskinləşib.
Xatırladaq ki, Hindistanın nəzarətində olan mübahisəli Kəşmir ştatında fevralın 14-də kamikadze hərbçilərə hücum edib. Nəticədə, 45 nəfər insan həyatını itirib. Hücuma görə məsuliyyəti "Caiş-e-Muhammed" qruplaşması öz üzərinə götürüb. Hindistan tərəfi Pakistanın hücumla əlaqəsinin olduğunu iddia edib.
Hadisə Nyu-Dehli və İslamabad arasında onsuz da gərgin olan münasibətləri daha da gərginləşdirərək yenidən müharibə həddinə gətirib çıxarıb. Beynəlxalq cəmiyyət iki nüvə dövləti arasında münasibətlərin pisləşməsindən narahatdır.
Əlavə edək ki, Pakistan və Hindistan arasında Kəşmir üstündə artıq 1947-1949, 1965, 1972 və 1999-cu illərdə müharibə baş verib. Növbəti müharibənin baş vermə ehtimalı da bu baxımdan, olduğu yüksək qiymətləndirilir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 483 Tarix: 04 mart 2019
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş
Nigeriyada kilsədə basabas nəticəsində 10 nəfər həlak olub
Nigeriyanın paytaxtı Abucada katolik kilsəsində humanitar yardımın paylanması zamanı baş vermiş basabas nəticəsində azı 10 nəfər həlak olub. "Report" xəbər verir ki, bu barədə Nigeriya qəzeti "Punch" mənbələrə istinadən məlumat yayıb. Nigeriya polisinin rəsmi nümayəndəsi Jozefin
22.12.2024 240 10 minə arvad alan azərbaycanlı məhkəməlik oldu
Rusiyanın Tula vilayətinin Kireyevski rayon sakini azərbaycanlı ilə qondarma ailə qurub. Prokurorluq miqrasiya qanunvericiliyinin tələblərinə əməl olunmasını yoxlayıb. Müəyyən edildiyi kimi, qadın 10 min rubl müqabilində Azərbaycan Respublikası vətəndaşı ilə nikahın rəsmiləşdirilməsinə razılıq verib
22.12.2024 645 Minimum aylıq əməkhaqqı artırıldı - Sərəncam
Minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilib. BİG.AZ-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Qeyd edək ki, hazırda minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat təşkil edir
17:00 325 Vəzifəli şəxs hamamda yıxılıb öldü
Bakıda vəzifəli şəxs hamamda yıxılaraq vəfat edib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Xətai MKTB-nin 2 saylı mənzil-kommunal istismar sahəsinin rəisi 1962-ci il təvəllüdlü Ramiz Əliyev yaşadığı evdə dünyasını dəyişib. Belə ki, o, dekabrın 20-si saat 22 radələrində Xətai rayonu Sarayev
17:41 194 Azərbaycanda kimlər daha tez pensiya ala bilər?
Azərbaycanda bəzi şəxslər vaxtından əvvəl pensiyaya çıxa bilərlər. Belə ki, rəqqasların daha tez təqaüdə çıxması ilə bağlı təkliflər hazırlanır. Bu məsələ ötən gün milli məclisin komitə iclasında müzakirə edilib. Əvvəllər bir çox mədəniyyət işçiləri və digər sahələrdə müəyyən iş təcrübəsi olanlar erkə
10:21 468 Niderlandda Almaniyadakı terror aktından sonra "açıq sərhədlərə son qoymağa" çağırış edilib
Niderlandın ifrat sağçı Azadlıq Partiyasının lideri Gert Vilders Almaniyanın Maqdeburq şəhərində Milad bazarındakı insanların üzərinə avtomobilin sürülməsindən sonra Avropada "açıq sərhədlərə son qoymağa" çağırıb. "Report" xəbər verir ki, bu barədə siyasətçi sosial şəbəkədə yazıb
22.12.2024 327 Bu ölkədə alkoqoldan ölümlər fəlakətli həddə çatdı
Britaniya hökuməti alkoqoldan ölənlərin sayını "fəlakətli" adlandırıb. -ın xarici mediaya istinadla məlumatına görə, 2023-cü ildə ölkədə 8,2 mindən çox insan alkoqol qəbulu və bununla bağlı səbəblərdən dünyasını dəyişib. Bu, 2019-cu illə müqayisədə 42 faiz çoxdur. "Böyük Britaniyada pandemiy
22.12.2024 382 "Diplomun karyeranın inkişafında rolunun olması mümkün deyil"- Elşən Qafarov
Təhsil məqsədləri insanların problemlərini həll etmək üçün cəmiyyət daxilində həyata keçiriləcək fəaliyyətlərə istiqamət verir. Bu məqsədlər təhsilalanların ehtiyaclarına uyğun olaraq onları problemin həlli, düşüncə, tədqiqat və öyrənmə bacarıqları əsasında yaradıcı düşünənlər kimi formalaşdırmaqdır
16:09 165 "Volkswagen" onminlərlə iş yerini ixtisar edəcək
Almaniyanın "Volkswagen" avtomobil konserni istehsal gücünü azaltmaq üçün həmkarlar birliyi ilə razılığa gəlib. xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb. Şirkətin işçi şurasının rəhbəri Daniela Kavallonun sözlərinə görə, heç bir zavod bağlanmayacaq, heç kim ixtisa
22.12.2024 297