"Biz o vaxt bir filmə çəkiləndə gedib "Jiquli" maşın ala bilərdik" - MÜSAHİBƏ

"Biz o vaxt bir filmə çəkiləndə gedib "Jiquli" maşın ala bilərdik" - MÜSAHİBƏMetbuat.az-da "Söhbət qazanı" layihəsinin növbəti qonağı tanınmış aktyor, xalq artisti İlham Namiq Kamal olub.

- Sənətə ilk addımlarınızdan danışaq.
-Biz o illərdə orta məktəbdə oxuyanda Bakıda bir çox dərnəklər, mədəniyyət saraylarında dram dərnəkləri, xalq teatrları var idi. Məktəbdə oxuduğumuz illərdə xalq teatrlarına gedirdik. Orda böyük müəllimlər var idi. 6-7-ci siniflərdən hazırlaşdım Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə. Ondan sonra da yavaş-yavaş öyrənərək, təhsil alaraq teatrlarda fəaliyyətə başladım.

-O vaxtlar qadın fanatlarınız da çox olub yəqin.

-Əlbəttə çox idi. Teatr sevənlər gəlirdilər, aktyorun ifa etdiyi rollara rəğbət bəsləyib öz münasibətlərini bildirirdilər. Məktublar yazırdılar, gül dəstələri gətirirdilər. Bu, bilavasitə tamaşaçının teatra olan münasibətidir, tək mənə yox.

- Bəs tamaşaçının teatra olan bugünki münasibətindən razısınız?

- O dövrdə də, bu dövrdə də mənə heç bir fərqi olmayıb. Bu gün də səhnəyə çıxıram, rollar ifa edirəm və tamaşaçı ilə yaxın münasibətdə oluram. Şəxsən heç bir fərq görmürəm. Tək fərq odur ki, tamaşaçılar dəyişir və yeni nəsil gəlir. Gənc nəsil və zamanın təlabatı ilə ayaqlaşmaq prinsipini gərək ki, irəlidə tutasan. Zamanla ayaqlaşa biliriksə, deməli tamaşaçı da hər zaman müasir aktyor kimi qəbul edəcək.

- Keçmiş filmlərimiz hələ də maraqla izlənilir, amma müasir filmlər sezonluqdur. Sizcə səbəbi nədir?

- O filmlərə köhnə deməzdim, ona görə ki, onlar çox bahalı filmlərdir. Filmlərə çəkiləndə istər aktyora, istərsə də rejissora yüksək səviyyədə ödəmələr edilirdi. İndi çəkilən filmlərdə bu o qədər də yoxdur. Mən sizə adi bir nümunə çəkim, biz o vaxt bir filmə çəkiləndə gedib "Jiquli" maşın ala bilərdik.

- Siz də olub ki, bir filmdən sonra maşın alasınız?

- Əlbəttə olub."Qayınana", "Qəribə adam" və digər bir çox filmlərdən sonra. O zamanlar dövlət filmləri daha çox çəkilirdi. İndi çəkilən serial və kinolarda maliyyə cəhətdən çox da ürəkaçan deyil.

- Hətta bir neçə aktyor bu vəziyyətdən şikayətlənir də...

- Şikayətlənirlərsə gedib çəkilməsinlər.

- Gənc aktyorların rola girə bilməməsi haqqında nə düşünürsünüz?

-İ stər serialın, istərsə də filmin əsas cavabdehi rejissordu. Rejissorun səviyyəsi nə qədər yüksək olarsa, onun filminin də səviyyəsi bir o qədər yüksək olar. Filmində istər aktyorların toplanması, istər rəssamın, operatorun işi rejissorun dünya görünüşü və istedadından asılıdır. Əgər bunlar hamısı bir adamda cəmləşirsə deməli hər şey əla alınacaq. Film çəkmək üçün böyük şəxsiyyət olmaq lazımdır.

- Gənclərə dəstəyiniz nə yerdədir?

- Artıq 25 ilə yaxındır ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Musiqili Teatr kafedrasının müdiriyəm və onlarla gənc aktyoru istedatlı tələbələri teatra gətirmişik. Bu gün də işləyirlər. Düşünürəm ki, gənclərə kömək etmək lazımdır. Kömək edə bilməyəndə isə onlara mane olmaq lazım deyil.

- Hazırda bu sahədə nə çatışmır?

-Bu barədə heç nə deyə bilmərəm, çünki özümə cavabdehəm. Ürəyim tutan bir ssenari olarsa gedib çəkilirəm.

- Teatr yoxsa kino?

- Teatr gövdəli palıd ağacıdırsa bir budağı kinodur, bir budağı televiziyadır, bir budağı estradadır. Amma, sənətin özülü teatrdır.Teatr sənəti qüvvətli olarsa onun budaqlarında olan məshullar da yüksək səviyyədə olacaq. Əgər teatr möhkəm olmazsa bu məshullar da aşağı səviyyədə olacaq.

- Ən yadda qalan çəkilişiniz?

- Hər bir dövrün özünə uyğun hadisəsi olub. Əsas hadisə isə çəkilən kadrlardır. Elə götürək "Qayınana" filmini. Artıq 40 ildən çoxdur ki, çəkilib, amma tamaşaçı onu bu gün də seyr edirsə, maraq göstərirsə deməli bu film aktualdır və aktual film də tamaşaçı üçün bir hədiyyədir. Bütün bunlar rejissorun zövqündən asılıdır. Rejissor zövqlü olarsa, onun seçdiyi aktyorlar, operatorlar və bütün komanda yüksək səviyyədə olarsa, həmin film də yüksək səviyyədə olar.

-Hansı rolun həsrətindəsiniz?

- Bizdə elə aktyorlar var ki, həyatı boyu həsrətdə olurlar. Həsrətdə olurlar ki, mən gərək o rolu ifa edərdim. Amma, mən bunu hər zaman deyirəm ki, qoy o rol həsrətdə olsun ki, onu İlham Namiq Kamal oynayacaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 766   Tarix: 04 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Çocuklar duymasın"ın 47 yaşlı aktrisası gözəlliyi ilə heyran etdi - FOTO

Türkiyənin tanınmış aktrisası, daha çox "Çocuklar duymasın" teleserialından tanıdığımız aktrisa Pınar Altuğ jurnalın mükafatlandırma mərasimində aparıcı qismində iştirak edib. -a istinadən xəbər verir ki, tədbirdən sonra jurnalistlərlə söhbət edən Altuğa bir junalist "qırmızı geyinmisiniz

16.09.2021 4761
.

Validə Abbasova Yunanıstanda belə dincəlir - FOTOLAR

"Miss milenium" gözəli Validə Abbasova yay tətilini Yunanıstanda keçirib. Axşam.az-a istinadən xəbər verir ki, keçmiş model gəzinti fotolarını İnstaqramda izləyiciləri ilə bölüşüb. Abbasovanın formada qalması isə izləyicilərinin diqqətini çəkib. Onlar modelə bunla bağlı suallar ünvanlayıblar

17.09.2021 2305
.

İlin ən gözəl qadını seçildi

"Glamour Magazine" jurnalında dərc olunan məqalədə ilin ən gözəl qadınının adı açıqlanıb. Axşam.az-a istinadən xəbər verir ki, bu ada türkiyəli aktrisa Hande Erçel layiq görülüb. Qeyd edək ki, aktrisa sonuncu dəfə "Sen çal kapımı" serialında baş rolu canlandırıb

17.09.2021 8355
.

Plastik əməliyyat elətdirən Xəyalədən YENİ FOTOLAR

Aktrisa Xəyalə Quliyeva sosial mediada paylaşım edib. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını izləyiciləri ilə bölüşüb. Onun paylaşımına çoxsaylı təriflər, bəyəni gəlib. Qeyd edək ki, aktrisa bədənşəkilləndirmə edib, artıq çəkidən xilas olub. O, eyni zamanda buxaq hissəsini də kəsdirib

18.09.2021 5899
.

"Bu missiyam da tamamlandı" - Afaq Gəncəli

"16 il. Əlvida, Azad Azərbaycan. Hər kəsin yolu açıq olsun. Mənim də rolum bu kanalda bura qədər idi". Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Afaq Gəncəli bildirib. Artıq "Xəzər TV"də yeni işə bağlayan Afaq xatirələrini bölüşüb:. "Kitab kimi yaşayıram, hər səhifəmd

16.09.2021 1999
.

Ayrıldıqdan 1 ay sonra yeni sevgili tapdı

Türkiyəli sosyal medya fenomeni Danla Bilic dünyanın öndə gələn kosmetik vasitələrini və ətirlərini ölkəyə gətirən şirkətin idarə heyətinin üzvü Yusuf Enginlə eşq yaşayır. Axşam.az türk mediasına istinadən xəbər verir ki, cütlük ötən gecə müğənni Ece Seçkinin toyundan sonra "Gizli qalsın" adl

16.09.2021 2059
.

Bu da Pərvinin MAKİYAJSIZ HALI - FOTOLAR

Aktrisa Pərvin Abıyevadan xəbər var. xəbər verir ki, aktrisa "Instagram" hesabında canlı yayımda olub. Canlı yayım zamanı Pərvin makiyajsız və saçları dağınıq halda görünüb. İzləyiciləri onun bu halını bəyənməyib. Həmin fotoları təqdim edirik:

16.09.2021 4042
.

41 yaşlı Nigar Camal görünüşü ilə heyran etdi - VİDEO

Müğənni Nigar Camal sosial şəbəkədə yeni paylaşım edib. xəbər verir ki, sənətçi instaqram hesabında idmanla məşğul olduğu görüntülərini yayımlayıb. 41 yaşlı müğənni fit və qüsursuz bədən qurluşu ilə diqqət çəkib. Camalın bu görüntüləri izləyiciləri tərəfindən maraq və rəğbətlə qarşılanıb

16.09.2021 6043
.

"Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı

"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını

16.09.2021 2120