AFFA prezidenti: Təəssüf ki, milli komandamız uğursuz çıxış etdi

AFFA prezidenti: Təəssüf ki, milli komandamız uğursuz çıxış etdi
İlk növbədə futbol ictimaiyyəti adından cənab prezident İlham Əliyevə təşəkkür edirəm. Bu il Bakıda keçiriləcək Avropa Liqasının finalı üçün cənab prezident tərəfindən hər cür əlverişli şərait yaradılıb.

BiG.AZ oxu.az-a istinadən xəbər verir ki, bunu AFFA prezidenti Rövnəq Abdullayev bu gün keçirilən 2018-ci ilin Hesabat Konfransında səsləndirib.

O, klublarımız və yığma komandamızın nəticələrinə toxunub:

“Qarabağ” bu il növbəti dəfə Avropa Liqasının qrup mərhələsində iştirak etdi. Bu, bizim üçün sevindirici məqam oldu. Təəssüf ki, milli komandamız Millətlər Liqasında uğursuz çıxış etdi. Milli komandamızın yeni baş məşqçisi Nikola Yurçeviçə uğurlar arzulayıram”.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: İdman Oxunub: 363 Tarix: 04.03.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol