4 uşaq anası olan arvadını 70 yaşlı qonşusu ilə tutdu, baltaladı - AZƏRBAYCANDA

4 uşaq anası olan arvadını 70 yaşlı qonşusu ilə tutdu, baltaladı - AZƏRBAYCANDAGədəbəy rayonunda arvadını xüsusi amansızlıqla öldürməyə cəhddə və qonşusunu döyməkdə təqsirli bilinən Əlviz Əsgərovun barəsində olan ibtidai istintaq başa çatıb.

BiG.AZ ölkə.az-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Mart ayının 4-də məhkəmənin hazırlıq iclası Faiq Mahmudovun sədrliyi ilə keçiriləcək.

İttihama görə, 1976-cı il təvəllüdlü Qozqaralı kənd sakini Əlviz Əsgərov həyat yoldaşı, 1977-ci il təvəllüdlü Könül Allahverdiyevanı baltalayıb. O, daha sonra qonşusu, 1949-cu il təvəllüdlü Firudin İsmayılovu yaxınlıqdakı meşədə ağac parçası ilə döyərək, ona ağır xəsarətlər yetirib.

Hər iki yaralı əvvəlcə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Məlumata görə, qadına sol yuxarı ətrafın çapılmış və sınmış yarası diaqnozu qoyulub və onun vəziyyəti ağır olub. Eyni zamanda, ağır kəllə-beyin travması və bədənin müxtəlif nahiyələrindən ağır əzilmiş və çapılmış xəsarətlər alan Firuddin İsmayılovun da vəziyyəti ağır qiymətləndirilib.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Əlviz Əsgərov həbs edilib. İstintaq orqanı tərəfindən Əlviz Əsgərovun barəsində Cinayət Məcəlləsinin 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd etmək) maddəsi ilə cinayət işi açılıb.

İstintaqa ifadə verən Əlviz Əsgərov törətdiyi cinayəti etiraf edib. O bildirib ki, hadisəni qısqanclıq zəminində törədib. Əlviz Əsgərovun ifadəsinə görə, arvadının qonşusu ilə olan münasibətini öyrənib. İşi ilə əlaqədər əvvəllər kənddə gec-gec olub: "Amma son 4 il ərzində işimdən ayrılmışdım və kəndə qayıtmışdım. Arvadımın başqa kişi ilə münasibət saxladığını eşitmişdim. Amma sübut yox idi. Bu səbəbdən 4 il onun hərəkətlərini izlədim, axırda şübhələrim və deyilənlərin doğru olduğunu öyrəndim.
Hadisə baş verən günü arvadımla mübahisə etdim. Sonra balta ilə onu vurdum. Cinayəti törədəndən sonra küçəyə çıxdım. Firudinin harada olduğunu öyrəndim. Bildim ki, meşə kənarındadır. Həmin yerə getdim. Orada Firudin ilə mübahisə etdim, yol kənarında olan ağac parçası ilə ona çoxsaylı xəsarətlər yetirdim".

Əlviz Əsgərovun sözlərinə görə, hadisə baş verən günü arvadının Firudinlə birlikdə yaxalayıb.

Qeyd edək ki, Əlviz Əsgərovun Könül Allahverdiyeva ilə olan birgə nikahlarından 4 uşaqları var.

Cinayətdə adı hallanan Firudin Məmmədov əvvəllər 4 dəfə ailə həyatı qurub, sonra da onun həmin nikahları pozulub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1026   Tarix: 22 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir"

"COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir". "Qafqazinfo" xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində çıxışında deyib. Bu qlobal tədbi

12:47 32
.

Azərbaycanda əhalinin 75%-i "TikTok"un bağlanmasını İSTƏYİR

Dünyada sosial medianın mənzərəsi sürətlə dəyişir. Tədqiqatlar xüsusən "TikTok" media platformasının populyarlığının sürətlə artdığını və dünyada gənclər arasında ən çox istifadə edilən beş sosial media platformasından biri olduğunu göstərir. xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzini

25.04.2024 295
.

Bakıda "Mustang"la "avtoş"luq edən həbs olundu - VİDEO

Bakıda avtoxuliqanlıq edən sürücü həbs olunub. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən -a verilən xəbərə görə, paytaxtın Sabunçu rayonu ərazisində "Ford Mustang" markalı avtomobilin sürücüsü 29 yaşlı Aydın Cəfərov yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri etdiy

25.04.2024 414
.

Xıdırlıda inşa edilən məktəb belə olacaq

Xəbər verdiyimiz kimi, aprelin 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, Xıdırlı kənd tam orta məktəbinin inşas

10:08 193
.

Nəsib Quliyev dəfn edildi

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev dəfn edilib. -a istinadən xəbər verir ki, Nəsib Quliyev Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb. Məlumata görə o, öz atasının yanında dəfn edilib

25.04.2024 884
.

Azərbaycanda general vəfat etdi

Gömrük xidməti general-mayoru Arif Əliyev vəfat edib. Bu barədə İqtisadiyyat.az-a onun ailəsindən bildirilib. Qeyd edilib ki, A.Əliyev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Qeyd edək ki, Arif Əliyev uzun illər gömrük orqanlarında xidmət edib. Ona 2006-cı ildə gömrük xidməti general-mayoru al

10:43 285
.

İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib. AZƏRTAC xəbər verir ki, aprelin 25-də Ağdamda Azərbaycan İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar və sonra Qarabağ atların

25.04.2024 403
.

Qəzzada 34305 adam ölüb

İsrailin hücumlarını davam etdirdiyi Qəzzada 34305 insan ölüb. xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin 202 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib. İsrail ordusunun Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlarda dah

25.04.2024 209
.

İlham Əliyev və Mehriban Əliyeva Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər. xəbər verir ki, əklil mərhumənin məzarı üstünə qoyulub. Qeyd edək ki, E.Süleymanova bu gün 87 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib və İkinc

25.04.2024 796