Dünya şöhrətli dəb ustasından HİKMƏTLİ SÖZLƏR - FOTO

Dünya şöhrətli dəb ustasından HİKMƏTLİ SÖZLƏR - FOTOMüasir moda aləminin maestrosu - Karl Lagerfeld uzaq 1933-ci ildə sentybarın 10-da (halbuki o özü iddia edir ki, 1938-ci ildə) anadan olub. Bu müddət ərzində dəb ustası nəinki qadınlar üçün bir-birindən gözəl geyim nümunələri yaradıb, eyni zamanda kəskin fikirləri ilə mətbuatda qalmaqallar yaradıb.

Publika.az xəbər verir ki, "Chanel" və "Fendi" moda evinin kreativ dizayneri, məşhur fotoqraf və moda tənqidçisi ən kəskin və qalmaqallı sitatlarını "Həyat hikmətləri. Fəlsəfənin mənası" kitabında toplayıb.

Odur ki, bir neçə gün əvvəl 84 yaşını qeyd edən dizaynerin aforizmlərini xatırlamaq qərarına gəldik. Və inanın ki, onlar heç də madmazel Şaneldən geri qalmır.

Pəhriz haqqında

Çoxlarına məlumdur ki, məşhur pəhriz sayəsində Karl Lagerfeld heç bir kq da arıqlaya bilməyib. Ondan pəhriz barədə tez-tez soruşurdular, o da vicdanla cavab verdi:

"Mən 200 funt arıqladım ki, Sliman Edinin tarixi kostyumlarını geyinim".

"Pəhriz - yeganə oyundur ki, siz öz üstünlüyünüzü itirərək qalib gəlirsiniz".

"Bədən qüsursuz olmalıdır. Əgər belə deyilsə, kiçik ölçülü paltar alın və az yemək yeyin".

"Pəhrizimin mahiyyəti sadədir: Heç vaxt şəkər, pendir, çörək yemirəm və bu, mənim üçün tamamilə təbiidir. Studiyada çəkiliş zamanı zərərli yemək görəndə ona yeyilməyən plastik oyuncaqlar kimi baxıram. Sadəcə meşədə vəhşi heyvanları təsəvvür edin: Onlar heç vaxt təbiətdə zərərli olan heç nəyi yemirlər".

"Chanel" haqqında

"Mənim işim "Chanel" kostyumlarının ömrünü uzatmaqdan ibarət deyil, başlıca vəzifəm odur ki, onlar yaşasın".

"Koko Şanel sağ qalsa idi, mənim yaratdıqlarıma nifrət edərdi. Lakin şirkətin siması var və onu yeniləmək mənim işimdir".

Moda və üslub haqqında

"Siz həyatı çəhrayı rəngli görə bilərsiniz, ancaq onu geyməyin!"

"Əgər siz hər gün idman tərzində geyinməyə başlamısınızsa, deməli, həyatınızda nə isə düz getmir".

"Moda elə oyundur ki, onunla ciddi oynamaq lazımdır".

Özü haqqında

"İntellektual söhbətlərə nifrət edirəm. Məni yalnız şəxsi fikirlərim maraqlandırır".

"Bağışlamaq çox asandır. Mən təsadüfən unuda bilərəm, amma bağışlaya bilmərəm. Mən qisas almağa üstünlük verirəm".

"Əgər insanlar keçmiş dövr haqqında xoş danışırsa, mən onlara cavab verirəm: "Zaman yox, siz köhnəlmisiniz. Mən özüm köhnə günləri xatırlamıram. Mənim üçün həqiqətən vacib olanlar indi baş verir".

"Mən başa düşmürəm ki, Mişel Obama saçını niyə kəsdirirdi. Düzünə qalsa bu, çox pis ideayadır, mənim xoşuma gəlmir".

"Dahi dizaynerlər dəb diktatorlarıdır".

"Həyat gözəllik yarışması deyil, bəzi insanlar çirkin olsa da, mükəmməldir. Yalnız mən iyrənc, eybəcər insanlara nifrət edirəm. Ən çox da bəstəboylulara. Qadınlar balacaboy ola bilər, amma kişilər üçün bu, qəbuledilməzdir. Onlar bununla heç vaxt barışa bilmir və ətrafdakılara nifrət edirlər. Balacaboylu olmaq onlar qəzəblidirir və sizi öldürmək istəyirlər".

"Özünüinkişaf həyatda ən sağlam şeydir".

"Həmişə yatağa tərtəmiz girirəm. Çünki anam uşaqlıqda həmişə deyərdi ki, gecəyarısı qəflətən ölə bilərəm. Odur ki, təmiz yatmaq məndə vərdiş halına gəlib. Heç kim bilmir ki, sabah nə olacaq".

"Bir dəfə dəhşətli dərəcədə eybəcər və alman jurnalist məndən müsahibə almışdı. Əynində sarı sviter var idi, altdan isə böyük sinəsinə geyindiyi qara büstqalteri görünürdü. O, məndən xahiş etdi ki, eynəyi çıxarda bilərsiniz. Mən isə cavab verdim: "Belə olan halda mən sizin büstqalterinizi çıxarda bilərəm?"

"14 yaşım olanda siqaret çəkmək istəyirdim, çünki anam elə siqaret çəkirdi ki, sanki kişidir. Amma anam mənə icazə vermədi və bunları dedi: "Sənin əllərin çirkindir, siqaret çəkəndə hamı sənin barmaqlarına tamaşa edəcək".

"İkili şəxsiyyət olmaq, şəxsiyyətsiz olmaqdan daha yaxşıdır".

"Qara donda nə həddən artıq gözəl, nə də çox təvazökar görünmək mümkün deyil".

Ünsiyyət azadlığı haqqında

"Xahiş edirəm, ədalətli olun, amma siyasi söhbətlərlə ətrafdakıları yormayın, çünki bu hər şeyin sonudur. Qəm-qüssəyə yaratmaq istəyirsiniz? Siyasi söhbət zamanı düzgün olun".

"Sizi xoşbəxt edən işlə məşğul olun. Pul haqqında və ya uğur hesab olunan digər tələlər haqqında unudun. Əgər kənd mağazasında işləmək sizi xoşbəxt edirsə, işləyin. Yadda saxlayın ki, həyat insana bir dəfə verilir".

Xəz istifadə edilməsi barədə

"Fermerlər inəklər və donuzların qayğısına qalır, amma sonra onları onsuz da öldürürlər. Hətta fermerlər ovçulardan daha riyakardır. Çünki ovçular heyvanlara heç olmasa yalançı sevgi nümayiş etdirmir. Heyvanları öldürmək mənim də xoşuma gəlmir, amma insanların öldürülməsinə daha çox qarşıyam. Bu isə görünür, dünyada indi çox dəbdədir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1441   Tarix: 19 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051