"Eurovision" finalçılarımızı tanıyaq: Kimisi "Yeni ulduz"dan, kimisi isə... - VİDEOLAR

"Eurovision" finalçılarımızı tanıyaq: Kimisi "Yeni ulduz"dan, kimisi isə... - VİDEOLARBu il "Eurovision" mahnı müsabiqəsi İsrailin paytaxtı Təl-Əvivdəki "Ekspo" Mərkəzində keçiriləcək. 42 ölkənin iştirak edəcəyi yarışmanın yarımfinalları mayın 14-də və 16-da baş tutacaq. Böyük final gecəsi isə mayın 18-də keçiriləcək. Azərbaycan təmsilçisi ikinci yarımfinalda çıxış edəcək.

Bəs, ölkəmizi "Eurovision"da kim təmsil edəcək?

İctimai Televiziya "Eurovision 2019" yarışmasında ölkəmizi təmsil edəcək sənətçinin müəyyənləşməsi üçün keçirdiyi kastinqdə 4 finalçı – Tofiq Hacıyev, Çingiz Mustafayev, Ləman Dadaşova və Samirə Əfəndini seçərək, ictimaiyyətə təqdim edib.

Televiziyadan bildirilib ki, 4 ifaçıdan kimin və ya kimlərin "Expo" səhnəsində çıxış etməyə haqq qazanacağı mart ayında bəlli olacaq.

Musavat.com "Eurovision" finalçılarını daha yaxından tanıtmaq üçün onlar barədə yazı hazırlayıb.

Müğənni Çingiz Mustafayev 1991-ci ilin mart ayının 11-də Moskvada anadan olub. Sovet İttifaqıdağıldıqdan sonra o ailəsi ilə Qazaxa köçüb. Atası da musiqiçi olan Çingiz uşaq yaşlarında musiqi alətlərində ifa etməyi öyrənib. "Yeni ulduz" müsabiqəsinin seçim turunda gitara ilə "Faytonçu" mahnısını oxuyan Çingiz ifası ilə 1 günün içində məşhurlaşıb. O daha sonra bir çox müsabiqələrə qatılıb. Müğənni "Qolos kraini" şousunda iştirak edib. Mustafayev səhnəyə çıxaraq, "Bamboleo" mahnısını ifa edib və hər kəsi özünə heyran edib.

İfaçı 2012-ci ildə "Palmas" musiqi qrupunu yaradıb. Hazırda həm solo, həm də qrupla birlikdə yeni işlər görür. "Eurovision" təmsilçisi olaraq adı açıqlanan ifaçı artıq xarici görünüşünə görə xarici ölkələrdə diqqət çəkməyi bacarıb. Onun haqqında bir çox saytlarda yazılar yazılıb.

Müğənni Samirə Əfəndiyeva 1991-ci ilin aprelin 17-də Bakı şəhərində hərbçi ailəsində anadan olub. 1994-cü ildə Oqtay Zülfüqarovun rəhbərliyi altında Uşaq Filarmoniyasının solisti olub. Həmin illərdə "Cücələrim Rəqs Ansamblında" milli rəqs dərsləri alıb. 2009-cu ildə ATV-də yayımlanan "Yeni ulduz" yarışmasında iştirak edib. 2014-cü ildə "İctimai" televiziyada

yayımlanan "Böyük səhnə" musiqi yarışmasının finalçısı olub. 2015-2016-cı illərdə "Səs Azərbaycan" ( The Voice Azerbaijan ) yarışmasının finalçısı olub.

Müğənni Tofiq Hacıyev 1991-ci ilin 12 dekabrında Bakı şəhərində anadan olub. Orta məktəb illərində Xətai Rəqs ansamblında rəqs təhsili alıb və festivallarda iştirak edib. 2009-cu ildə məktəbi "Fərqlənmə" və "Tərifnamə" ilə bitirib. Həmin il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram rejissorluğu" fakültəsinə daxil olub. Azərbaycanda keçirilən ilk "The Voice" yarışında "Görmədən dinləmələr" mərhələsində 4 münsifi də özünə tərəf döndərə bilib və 4/1 final mərhələsinə kimi yüksəlib. Azərbaycanın tarixində ilk dəfə keçirilən uşaq müziklı "Ələddin"-də "Yago" obrazını canlandırıb.

2018-ci ilin dekabrın 17sindən etibarən MTV Azərbaycan kanalında "3 Canlı" verilişində Səbinə Qafarova ilə birgə aparıcıdır.

Müğənni Ləman Dadaşova adını "Səs Azərbaycan" yarışması ilə tanıdanlardandır. İfaçı yarışmanın "Görmədən dinləmələr" mərhələsində ifası ilə Tünzalə Ağayeva və Faiq Ağayevi özünə tərəf döndərə bilib. İfası qədər görünüşü ilə də diqqət çəkən iştirakçının öncə oğlan olduğunu düşünsələr də, sonra onun qız olduğu məlum olub. Ləmanın imici münsifləri təəccübləndirib və eyni zamanda mediada da ifaçı diqqət mərkəzində olub.

Ləman 2017-ci ildə ilk klipini təqdim edib. O, sözləri və musiqisi Gövhər Həsənzadəyə məxsus "Tək deyiləm" mahnısına ekran həyatı verib. İfaçıya əməkdar artist Tünzalə Ağayeva da dəstək olub. Dadaşova ötən ilin mart ayında solo konsert proqramı ilə çıxış edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2015   Tarix: 19 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bu gün Mələkxanım Eyubovanın qızının toyudur

Bu gün Xalq artisti Mələkxanım Eyubovanın evində toydur. Axşam.az-ın məlumatına görə, xanəndənin qızı Nəzrin müğənni Mərdan Kazımovla ailə qurur. Toy şəhər restoranlarından birində olacaq. Məclis mediaya qapalı keçiriləcək. Qeyd edək ki, Nəzrin və Mərdanın nişanı ötən ilin oktyabrında olub. Onlar bi

22.04.2024 930
.

Camillanın heyran edən "Şirin dil"i – VİDEO

Gənc və istedadlı müğənni Camilla yeni ifasını təqdim edib. xəbər verir ki, sənətçi, məşhur bəstəkar Emin Sabitoğlunun dillər əzbəri olan "Şirin dil" əsərinə yeni nəfəs verib. Elvin İmanovun aranjımanı və rejissor Ramal Nəsiblinin ekran işi ilə möhtəşəm iş ərsəyə gəlib. Camillanın "Şiri

23.04.2024 451
.

Vüsalə mini ətəkdə əyləşib ELƏ POZ VERDİ Kİ... - FOTOLAR

Məşhur aparıcı Vüsalə Əlizadə sosial mediada paylaşımı ilə diqqətləri cəlb edib. BİG.AZ xəbər verir ki, aparıcı "instagram" hesabında fotolarını yayımlayıb. Vüsalənin mini geyimdə cazibədar görünüşü diqqət çəkib. Sözügedən fotoları təqdim edirik:

21.04.2024 2795
.

"Vallah, elə bir oğlana ərə gedirsən ki…"

Xalq artisti Röya Ayxan Mələkxanım Eyubovanın qızı Nəzrin Nəcəfova ilə müğənni Mərdan Kazımovun toyuna qatılıb. OLAY yazır ki, estrada ulduzu TV-lərə müsahibəsi zamanı cütlüyə xoşbəxtlik diləyib və bu sözləri deyib:. "İki sənət adamının toyudur. Mələkxanım Eyubova ilə çox münasibətimiz yoxdur. Əlbətt

22.04.2024 1670
.

Rafael İskəndərovdan 52 yaş videosu

Əməkdar artist Rafael İskəndərovun ad günüdür. Axşam.az xəbər verir ki, 52 yaşı tamam olan aktyor bununla bağlı paylaşım edib. R.İskəndərov oğlu ilə çəkdirdiyi ad günü videosuna "Təbriklərə görə təşəkkür edirəm" qısa şərhini yazıb. Qeyd edək ki, "Bu şəhərdə"nin aktyorunun iki övlad

23.04.2024 738
.

"Mədəniyyət Nazirliyi məni qapıdan içəri buraxmır"

Aktyor Elməddin Cəfərov Mədəniyyət Nazirliyi ilə bağlı qalmaqallı açıqlamalar edib. Axşam.az xəbər verir ki, sənətçi bu barədə -a müsahibəsində danışıb. Cəfərov bir çox qurumlara layihələr təqdim etdiyini, lakin qəbul edilmədiyini deyib:. "O qədər etmişəm ki! Heç nazirliyin özünə buraxmadılar, şöbəd

22.04.2024 662
.

Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı

Xəzər Rayon Məhkəməsində barəsində xüsusi ittiham qaydasında şikayət edilmiş 1970-ci il təvəllüdlü Radifə Əliyevaya hökm oxunub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Masallı sakini Sabit Ağayev bildirib ki, qohumu Radifə Əliyeva "Space" TV-də Amil Xəlilin aparıcılıq etdiyi verilişd

22.04.2024 1104
.

Mələkxanım Eyubovanın qızının toyundan - Video

Xəbər verdiyimiz kimi, bu gün Xalq artisti Mələkxanım Eyubovanın qızı Nəzrinin toydur. Axşam.az xəbər verir ki, xanəndənin övladı müğənni Mərdan Kazımovla ailə qurur. Toy şəhər restoranlarından birində qeyd olunur. Qeyd edək ki, Nəzrin və Mərdanın nişanı ötən ilin oktyabrında olub. Onlar bir müddət əvvə

22.04.2024 1365
.

"Yalı çapkını" serialına yeni aktyor gəlir

"Yalı çapkını" serialına yeni obraz qatılacaq. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Aktyor Nazmi Kırık serialın yeni üzvü olacaq. O, serialda Akının atası Tayyar rolunu oynayacaq

22.04.2024 1991