"Pulları ödəmək fikrim yoxdur" - Cahangir Hacıyev "bank işi"

"Pulları ödəmək fikrim yoxdur" - Cahangir Hacıyev "bank işi"Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

BiG.AZ report-a istinadən xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Nəvai Şirinov ifadə verib.

O bildirib ki, 2007-ci ildə "General Consalting" şirkətində direktor kimi fəaliyyətə başlayıb: "Məni bu vəzifəyə Dünyamin Xəlilov gətirmişdi. Onu 2005-ci ildə deptatlığa namizəd olan zaman tanımışam. Şirkətimiz tikinti işi ilə məşğul idi. Mən sonradan podaratçı "Kənan İnşaat" şirkəti ilə işləməyə başladım və Beynəlxalq Bankdan kredit götürdüm. Forma 2 podaratçı şirkətdən gəlirdi, mən də imzalayırdım. Adıma bir neçə kredit xətti açılmışdı".

N.Şirinov qeyd edib ki, 2010-cu ilə qədər Beynəlxalq Bankın Zaqatala filalından kredit götürüb: "Dəqiq nə qədər kredit götürüldüyünü xatırlamıram. Əvvəl 300 min, sonra 450-800 min manat kredit götürülüb. Kredit müqaviləsi hazır formada gəlirdi və mən də imzalayırdım. 2010-cu ildən sonra isə Bakıya gəldim".

Sualları cavablandıran N.Şirinov söyləyib ki, adına Beynəlxalq Bankından 23 milyon 53 min manat kredit götürülüb: "Məbləğlərin şişirdiləməsi ilə razı deyiləm. İtihamda qeyd edilib ki, 2 milyondan çox şişirdilmə olub, həmin pulları mənimsəmədə təqsirləndirilirəm. Hazırda pulları ödəmək fikrim yoxdur".

O deyib ki, D.Xəlilovun şirkətində direktor vəzifəsində çalışan zaman 300-600 manat arası maaş alıb: "Elə olurdu ki, maaş heç ala bilmirdim".

Daha sonra digər təqsirləndirilən Camal Həsənov dindirilib. O bildirib ki, D.Xəlilov onu "General Consalting" şirkətinə direktor təyin edib.

C.Həsənovun sözlərinə görə, D.Xəlilovun göstərişi ilə Beynəlxalq Bankdan adına kredit götürülüb, pulu isə şirkətin kassiri Əli Muradova verib.

O söyləyib ki, 8 milyon manatdan artıq pulu mənimsəmədə təqsirli bilinir.

Prosesdə fasilə elan olunub.

Qeyd edək ki, rəsmi məlumata əsasən, aparılmış istintaqla 2001-2015-ci illərdə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.

Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasında, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə "Azərbaycan Beynəlxalq Bankı" ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

Xatırladaq ki, C.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il, D.Xəlilov 13 il və İ.Hidayət-zadə isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apllyasiya Məhkəməsinin qərarı ilə D.Xəlilovun cəzası 13 ildən 12 il 9 aya, Ali Məhkəmə isə İ.Hidayət-zadənin cəzasını 5 ilə endirib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 843   Tarix: 18 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ

Mayın 3-də Yer kürəsini maqnit qasırğası bürüyə bilər. Bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutunun alimləri xəbərdarlıq ediblər. Onlar vurğulayıblar ki, mayın 1-də güclü günəş partlayışı artıq baş verib və 41 dəqiqə davam edib. İnstitutun alimlərinin fikrincə, mayın 2-də Günəşdə "X"

01.05.2024 440
.

Ankaraya kəskin yağışlar yağdı

Türkiyənin paytaxtı Ankara şəhərində kəskin yağışlar yağıb. BİG.AZ xəbər verir ki,yağışlar zamanı evləri, iş yerlərini, metro stansiyaları suyun altında qalıb. Hava şəraiti gündəlik həyatı iflic edib. Ərazidən olan görüntüləri təqdim edirik:

01.05.2024 257
.

Hizbullah İsrailin sərhəddə yerləşən tankına raketlə hücum edib

Hizbullah Hərəkatı İsrailin sərhəddəki hərbi tankını idarə olunan raketlə hədəfə aldığını açıqlayıb. xəbər verir ki, Hizbullah tərəfindən verilən açıqlamada Livanın cənubundan İsraillə sərhəddə yerləşən Metula qəsəbəsinə hücumun təşkil edildiyi bildirilib. Açıqlamada İsrailin Metuladakı hərbi tankını

01.05.2024 142
.

Şöbə müdiri televiziya rəhbəri təyin olundu

Qərbi Azərbaycan İcmasının tərkibində fəaliyyət göstərən Qərbi Azərbaycan Televiziyasına rəhbər təyin olunub. "Qafqazinfo"nun məlumatına görə, bu vəzifəyə Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ülviyyə Zülfüqar təyin olunub. Ü.Zülfüqar jurnalistlərə açıqlamasınd

01.05.2024 417
.

Paytaxt sakinlərinə XƏBƏRDARLIQ - Bu gün saat 15:00-dan... - FOTO

Ötən gecədən etibarən paytaxt Bakıda zəif səviyyəli geomaqnit qasırğası müşahidə olunur. BİG.AZ xəbər verir ki, zəif səviyyəli qasırğa ötən gecə saat 00:00-dan etibarən hiss edilməyə başlayıb, bu gün günorta saat 15:00-18:00 aralıqlarında güclənərək yerini orta geomaqnit qasırğasına verəcək. Bu gün saa

01.05.2024 773
.

Türkiyədə avtobus aşdı, ölənlər var

Türkiyənin Qaziantep şəhərində sərnişin avtobusu aşıb. BİG.AZ xəbər verir ki, hadisə zamanı sürücü idarəetməni itirib. Qəza nəticəsində 1 nəfər ölüb, 17 nəfər yaralanıb. Qeyd edək ki, hadisə yerinə çoxlu təcili yardım maşınları cəlb olunub

01.05.2024 186
.

"Rəsmi Tələviv İrana qarşı beynəlxalq koalisiya yaratmağa çalışır" - RƏY

Yerusəlimdə hökumət başçısının ofisində İsrailin Baş naziri Benyamin Netanyahu ilə ABŞ dövlət katibi Antoni Blinken arasında qapalı görüş keçirilib. Politoloq Turan Rzayev -a bildirib ki, görüş İsrail-İran gərginliyi ilə bağlıdır. Rəsmi Tələviv İrana qarşı beynəlxalq koalisiya yaratmağa çalışır:. "İsrai

01.05.2024 194
.

İsrailin Rafah şəhərində evlərə hücumu nəticəsində 2 uşaq öldü

İsrailin Qəzzanın cənubundakı Rafah şəhərində evlərə hücum olub. BİG.AZ xəbər verir ki, səhiyyə mənbələrindən alınan məlumata əsasən, hücum nəticəsində 2 uşaq ölüb, xeyli insan yaralanıb. Mənbələrin verdiyi məlumata görə, xəsarət alanlar şəhərdəki "Kuwait Research Hospital"a çatdırılıb. Digə

01.05.2024 129
.

Sənədsiz evlərlə bağlı YENİLİK - VİDEO

"Bu ilin ilk üç ayı ərzində daşınmaz əmlak üzərində 88 mindən çox mülkiyyət hüququnun qeydiyyatı aparılıb". Bunu "XəzərXəbər"ə açıqlamasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri public hüquqi şəxsinin departament direktoru Lalə Əkbərova deyib. Bu dövrdə qeydiyyata alınan mülkiyyə

01.05.2024 233