Rüstəm İbrahimbəyov Bakıya gəlişindən DANIŞDI: "Prezident Administrasiyasından zəng vurdular..."

Rüstəm İbrahimbəyov Bakıya gəlişindən DANIŞDI: "Prezident Administrasiyasından zəng vurdular...""Bakıya gəlişim hakimiyyətə iki yazılı müraciətimdən sonra baş tutdu. Həmin müraciətlərdə şəxsi xarakterli məsələlər qaldırmışdım. Söhbət Kinematoqrafçılar İttifaqı, onun üzvləri, bu yaradıcılıq birliyinin əmlakı və sənədlərindən gedir".

BiG.AZ xəbər verir ki, bunu tanınmış kinodramaturq, Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov Turan-a müsahibəsində bildirib.

Hakimiyyətin ona qarşı dövlət əleyhinə fəaliyyətlə bağlı ittihamları fonunda Bakıya gəlişi məsələsinin necə həll olunması barədə sualın cavabında Rüstəm İbrahimbəyov deyib ki, o, öz müraciətlərində qeyd edib ki, vətəndaş mövqeyini dəyişmir, ancaq buna görə başqaları əziyyət çəkməməlidir:

"İttifaqın 150 üzvünün günahı nədir? Niyə onlar işsiz qalmalıdır, əziyyət çəkməlidir? Mənim vətəndaş mövqeyim hakimiyyətin fikrindən fərqləndiyinə görə kinematoqrafçıların mülkiyyətini və əmlakını götürmək lazımdır?".

R.ibrahimbəyov deyib ki, Kinematoqrafçılar İttifaqını onun tərəfdarlarıma və əleyhdarlarına bölmək lazım deyiul.

"İttifaqın qurultayını keçirmək, onun işini sahmana salmaq lazımdır. Adamlara yaradıcılıqıla məşğul olmağa şərait yaratmaq, bu mənasız cinayət və vergi təqiblərinə son qoymaq lazımdır.

Hakimiyyətin mənə iradları ola bilər, ancaq niyə başlaqları əziyyət çəkməlidir? "Qafqaz üçlüyü" filminə görə mənə qarşı təqiblərə son qoymaq lazımdır", - dramaturq vurğulayıb.

"Bu müraciətlərə cavab olaraq Prezident Administrasiyasından mənə telefon zəngi oldu və dedilər ki, gəl", - o əlavə edib.

Bakıda olduğu qısa müddətdə Rüstəm İbrahimbəyov həmkarları ilə görüşüb və vəziyyəti müzakirə edib.

"Növbəti qurultayı keçirmək və pozulmuş mülkiyyət hüquqlarını, əsasən Mingəçevirdə Yaradıcılıq Evini bərpa etmək, İttifaqın itirilmiş sənədlərini bərpa etmək lazımdır. Bizim bu məsələləri qanuni şəkildə, məhkəmə qaydasında həll etmək cəhdlərimiz indiyədək nəticə verməyib. Ümid edirik ki, nəhayət, yuxarılarda bu özbaşınalığa son qoymaq istəyənlər var", - o vurğulayıb.

"Ölkə hakimiyyətinin siyasətində nələrinsə dəyişdiyini hesab etmək olarmı" sualının cavabında R.İbrahimbəyov deyib ki, bunu yaxın gələcək göstərəcək.

"Mayda qurultay keçirməyi planlaşdırırıq. Buna qədər nəsə həll olunmalı, dəyişməlidir.

Siyasətə gəlincə, sadəcə, hamıya xatırlatmaq istəyirəm: bu gün hakimiyyət bizim Azərbaycan Ziyalılar Forumunda qaldırdığımız məsələlərin çoxunu qaldırır və həll edir.

Əgər bu gün həmin məsələlər, məsələn, korrupsiya yuxarılarda müzakirə olunursa və ona qarşı mübarizə aparılırsa, niyə bizi dövlətin düşmənləri elan edirdilər?", - R.İbrahimbəyov söhbəti yekunlaşdırıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1008   Tarix: 18 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585