İqbal Ağazadəyə 165 min manat "atıb" - Məhkəmə başlayıb

İqbal Ağazadəyə 165 min manat "atıb" - Məhkəmə başlayıbBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Ümid Partiyasının sədri, keçmiş deputat İqbal Ağazadəyə qarşı dələduzluq etməkdə təqsirləndirilən Sərməs Tağıyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

BiG.AZ report-a istinadən xəbər verir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Hakim deyib ki, zərərçəkmiş İ.Ağazadə ilə telefon vasitəsi ilə əlaqə saxlanılıb. O, məhkəmənin hazırlıq iclasının vaxtını bidiyini söyləyib. Sabiq deputat məhkəmə iclasının özünün iştirakı olmadan keçirilməsini, təqsirləndirilən şəxsə kömək olunmasını istəyib. Hakim növbəti məhkəmə iclaslarında zərərçəkmişin məhkəməyə çağırılacağını deyib.

Məhkəmənin baxış iclası martın 1-nə təyin edilib.

İttiham aktına əsasən, S.Tağıyev İ.Ağazadənin etibarından sui-istifadə edərək onun 165 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib. Ona qarşı Cinayət Məcəlləsin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, S.Tağıyev daha əvvəl də eyni maddə ilə mühakimə olunub. O, 5 avqust 2015-ci il tarixdə Bayram Hüseynovun oğlu Ramin Hüseynlinin adına ipoteka fondundan 70 min manat kredit götürməyə kömək edəcəyini vəd verib və 4 min manat pul alıb.

Bundan başqa, S.Tağıyev 18 avqust 2015-ci il tarixdə İbrahim Cəbiyevə ipoteka fondundan 50 min manat kredit götürəcəyini vəd edərək, Abşeron rayonu Xırdalan şəhəri Dövlət Əmlak Agentliyinin inzibati binasında yerləşən ev alqı-satqı ofisində 10 min manat pul alıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Tağıyev 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan o, apellyasiya şikayəti verib və cəzasının yüngülləşdirilməsini istəyib.

Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə S.Tağıyevin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib, o, azadlığa buraxılıb


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 461   Tarix: 18 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Britaniyada qanunsuz miqrantlarla bağlı rekord dövr qeydə alınıb

Böyük Britaniyada 2018-ci ildən bəri ölkəyə qayıqla qanunsuz miqrantların gəlmədiyi ən uzun dövrü qeydə alınıb. xəbər verir ki, bu barədə "Sky News" Britaniyanın Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb. "Son 28 gün ərzində La-Manş boğazından keçən kiçik qayıqlarla miqrantları

13.12.2025 107
.

Türkiyə Prezidenti: Əhatəli bir konstitusiya hazırlamaq niyyətindəyik

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həm sivil, həm azadlıqyönümlü, həm də əhatəli bir konstitusiya hazırlamaq niyyətində olduqlarını bəyan edib. "Report" "TRT Haber"ə istinadən xəbər verir ki, Türkmənistan səfərindən dönərkən təyyarədə jurnalistlərə açıqlamasında R.T.Ərdoğan bildiri

13.12.2025 142
.

Elçin Əmirbəyov: Zəngəzur dəhlizi eyni anda bir neçə strateji marşrutu birləşdirir

Zəngəzur dəhlizi - bir neçə marşrutu özündə birləşdirən genişmiqyaslı layihədir. "Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə xüsusi nümayəndəsi Elçin Əmirbəyov Polşanın "TVP World" telekanalına verdiyi müsahibəsində bildirib. O xatırladıb ki, "Tram

13.12.2025 97
.

Gizli mikrokameraların satışına qanun icazə verir? - Dələduzluğun yeni növü

Sosial şəbəkələrdə gizli kameraların, GPS-lərin reklamı və satışı geniş yayılıb. Belə ki, vint, maşın açarı, qələm və s. şəklində mikrokameralar ucuz qiymətə təklif olunur. Bu cür satış təklif edənlər həm də kiberdələduzluqla məşğul olurlar. Baku TV-nin əməkdaşı "TikTok"da ucuz gizli kamer

13.12.2025 155
.

Avropa Birliyi Rusiyanın 210 milyard avro dəyərində aktivlərini dondurub

Avropa Birliyi Rusiyanın birlik daxilində 210 milyard avro dəyərində aktivlərini qeyri-müəyyən müddətə dondurub. BİG.AZ DW-yə istinadən xəbər verir ki, bu qərar vəsaitin Ukraynaya yardım üçün istifadəsinə imkan verəcək. Əvvəllər Avropa Birliyi aktivlərin dondurulmasını hər altı aydan bir uzada bilərd

13.12.2025 163
.

Almaniyada polis milad yarmarkasından təxminən 120 nəfəri təxliyə edib

Polis Almaniyanın Duderştatd şəhərində milad yarmarkasından təxminən 120 nəfəri potensial təhlükə səbəbindən təxliyə edib. "Report"un məlumatına görə, bu barədə Bild qəzeti yazır. Buna səbəb kimi potensial terror təhlükəsi haqqında məlumat olub. Şahidlər gənc bir oğlanın odlu silahla gördüklərin

13.12.2025 124
.

"Location"dakı partlayışa görə məhkum edilən menecer - Azad olundu

3 il əvvəl Bakıda 4 nəfərin ölümü ilə nəticələnən "Location" klubdakı partlayışla bağlı məhkum edilən Orxan Səfərli vaxtından əvvəl azad edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, məhkəmə məhkumun ərizəsini təmin edib. O.Səfərlinin cəzasının qalan hissəsi şərti hesab edilib

13.12.2025 196
.

Gəncədə qadın itkin düşdü

Gəncədə 38 yaşlı qadın itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, şəhər sakini Verdiyeva Samirə Murad qızı yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. S. Verdiyevanın əlamətləri: boyu 157 sm, dolu bədən quruluşlu, saçları qara, gözlərinin rəngi qəhvəyidir. Şəkildə gördüyünüz şəxsi tanıyanlarda

13.12.2025 221
.

Cari ildə iki milyard sərnişin, 217.9 milyon ton yük daşınıb

2025-ci ilin yanvar-noyabr ayları ərzində yükdaşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2 faiz, sərnişindaşımaları isə 5.6 faiz artıb. Hesabat dövründə nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən ümumilikdə 217.9 milyon ton yük daşınıb. rəsmi statistikaya istinadə

13.12.2025 123
.

TOP MP3