Azərbaycanda deputatların sayı artırıla bilərmi?

Azərbaycanda deputatların sayı artırıla bilərmi?Azərbaycanda deputatların sayı kifayət qədərdir, kifayət qədər təmsilçilik mövcuddur. Gələcəkdə əhali bir az da artıqdan sonra deputatların sayının artırılması məsələsinə baxmaq olar.

Bu fikirləri oxu.az-a açıqlamasında Milli Məclisin (MM) komitə sədri, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov qarşıdan gələn 2020-ci il, altıncı çağırış parlament seçkilərinə kimi ölkədə referendum keçirilmədən, müəyyən seçki islahatları, Seçki Məcəlləsinə dəyişikliklər yolu ilə yenidən proporsional seçki sisteminin bərpası, o cümlədən, deputat yerlərinin sayının artırılması yönündə addımların atıla bilməsi məsələsinə aydınlıq gətirərkən bildirib.

"Majoritar seçki sistemi birbaşa təmsilçilikdir", - deyən YAP rəsmisinin sözlərinə görə, Azərbaycanda tam majoritar seçki sistemi deyil, burada proporsionalın da elementləri var.

"Belə demək mümkünsə, siyasi partiya namizəd irəli sürə, namizədlərə maliyyə dəstəyi göstərə, namizədin təbliğat-təşviqat işini apara, imza toplaya, seçki plakatını buraxa bilir. Yəni 80 faiz namizədin bütün prosedur qaydalarını məhz siyasi partiya həyata keçirə bilir.

Hətta yerli təşkilatlar mitinqlər, görüşlər təşkil edir, namizədlərin plakatlarını yapışdırır, seçki komissiyalarına öz müşahidəçilərini, məşvərətçi səs hüquqlu üzvlərini verir, təqdim edir. Bizdə hər bir siyasi partiyaya öz namizədinin bütün fəaliyyətini tənzimləmək hüququ verilib ki, bu da elə bir növ yarımproporsionaldır.

Majoritar seçki sistemi olmasına baxmayaraq, proporsional da öz funksiyasını burada yerinə yetirmiş olur. Bizdə klassik majoritar qayda deyil ki, namizəd özü namizədliyini irəli sürür və özünə komanda yaradır, başlayır o işləri görməyə. Onun üçün bu addımları üzvü olduğu siyasi partiya atır.

Məsələn, namizədlərimizin hər birinin sənədləri Yeni Azərbaycan Partiyasında hazırlanır və hətta namizədin özü ilə yox, səlahiyyətli nümayəndə vasitəsilə dairələrə verilir, qeydiyyatdan keçir, imza toplanılır və digər prosedur qaydalar həyata keçirilir. Ona görə də artıq proporsional seçki sisteminə ehtiyac qalmır", - deyə S.Novruzov əlavə edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 241   Tarix: 15 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Qəzzada dağıntılar altında 10 mindən çox insan itkin düşüb

2023-cü il oktyabrın 7-dən İsrailin Qəzza zolağı hücumlara məruz qalıb. BİG.AZ xəbər verir ki, hadisə zamanı ölənlər yaralananlarla yanaşı dağıntılar altında qalanlar da olub. Hadisə zamanı 10 mindən çox insanın itkin düşüb. Bu barədə Qəzzada Mülki Müdafiə İdarəsi məlumat yayıb. Bəyanatda bildirili

01.05.2024 140
.

Yaxın günlərdə bu məhsullar kəskin ucuzlaşacaq – SİYAHI

"Bəzi məhsullar istixanalarda yetişdirilir. İstixanada isə zəruri temperatur yaradılır. Məsələn, istixanada xiyar yetişdirmək üçün 23-24, pomidor üçün 25-26, çiyələk üçünsə təxminən 24-25 dərəcə istilik tələb olunur. Nəzərə alaq ki, son günlər havanın temperaturu müsbət 30 dərəcəyə yaxınlaşıb. On

01.05.2024 958
.

"YouTube" kanalları necə oğurlanır? - AÇIQLAMA

"Azərbaycanda "YouTube" kanallarına qarşı hücum var. Kanallar kibercinayətkarlar tərəfindən ələ keçirilib və saxta canlı yayımlar edilib. Yayımlarda kriptovalyuta ticarəti aparılır. Kanallar daha sonra "Bitcoin" qarşılığında hərracda satışa çıxarılır". Bu barədə BİG.AZ-

01.05.2024 221
.

Hizbullah İsrailin sərhəddə yerləşən tankına raketlə hücum edib

Hizbullah Hərəkatı İsrailin sərhəddəki hərbi tankını idarə olunan raketlə hədəfə aldığını açıqlayıb. xəbər verir ki, Hizbullah tərəfindən verilən açıqlamada Livanın cənubundan İsraillə sərhəddə yerləşən Metula qəsəbəsinə hücumun təşkil edildiyi bildirilib. Açıqlamada İsrailin Metuladakı hərbi tankını

01.05.2024 223
.

Paytaxt sakinlərinə XƏBƏRDARLIQ - Bu gün saat 15:00-dan... - FOTO

Ötən gecədən etibarən paytaxt Bakıda zəif səviyyəli geomaqnit qasırğası müşahidə olunur. BİG.AZ xəbər verir ki, zəif səviyyəli qasırğa ötən gecə saat 00:00-dan etibarən hiss edilməyə başlayıb, bu gün günorta saat 15:00-18:00 aralıqlarında güclənərək yerini orta geomaqnit qasırğasına verəcək. Bu gün saa

01.05.2024 853
.

"Biz Ermənistan və Azərbaycan arasında sülhün mümkün olduğuna inanmaqda davam edirik" - ABŞ

ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patelin sözlərinə görə, ABŞ dövlət katibi Antoni Blinken Bakı ilə İrəvan arasında gərginliyin həlli istiqamətində səylərlə şəxsən məşğuldur. xəbər verir ki bu barədə xarici mətbuat bildirib. "Bu, dövlət katibinin şəxsən dərindən məşğul olduğu regiondur

01.05.2024 227
.

"Scooby-Doo" serial olacaq

Məşhur "Scooby-Doo" cizgi filmi serial olacaq. Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, ekran işi "Netflix"də yayımlanacaq. Hər bölümü 1 saat planlaşdırılan layihə orijinal cizgi serialına yaxın olacaq. Uyğunlaşdırma işini isə "Warner Bros" şirkəti görəcək. Qey

01.05.2024 247
.

Blinken İsrailə gedib

ABŞ dövlət katibi Entoni Blinken İsrailə gedib. BİG.AZ xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. O bildirib ki, Baş katib Blinken İsraildədir. Miller qeyd edib ki, Blinken Qəzzaya humanitar yardımın çatdırılması prosesinə baxmaq üçün Aşdod limanına gedəcək

01.05.2024 251
.

Toyda qonağın bu hərəkəti Şəbnəmi əsəbiləşdirdi - Video

Müğənni Şəbnəm Tovuzlu toy məclislərindən birində xoşagəlməz hadisə ilə rastlaşıb. Axşam.az xəbər verir ki, görüntülər sosial mediada yayılıb. Videoda müğənni mahnı ifa edən zaman qonaqlardan ona pul verərək qolundan tutub rəqsə dəvət etdiyi əks olunub. Şəbnəm pul alıb və əli ilə ondan uzaqlaşmasın

01.05.2024 1028