Pulunuz cırılıbsa atmayın! - Mərkəzi Bank əhaliyə MÜRACİƏT ETDİ
Azərbaycanda vətəndaşları əksər hallarda zədələnmiş əskinas problemi ilə qarşılaşır. Kağız pullar tez bir zamanda əzilir və cırılır və vətəndaşlar bunu özəl banklarda dəyişmək istəyərkən bir çox hallarda problemlə qarşılaşırlar. İnsanlar belə olan halda, nominalı aşağıdırsa, bu əskinasları atmağa üstünlük verirlər. Bəzən də az zədələnmiş əskinasların ödəniş vasitəsi kimi qəbul edilməməsi halları ilə də üzləşənlər var.
BiG.AZ xəbər verir ki, Məsələ ilə bağlı Unikal.org-un sorğusuna Mərkəzi Bank cavab verib.
Cavab:
"a) Mövcud qanunveriliciyə uyğun olaraq, vətəndaşlar dövriyyəyə yararsız milli pul nişanlarının dəyişdirilməsi məqsədilə Mərkəzi Banka və onun ərazi idarələrinə, eləcə də, ölkə ərazisində fəaliyyət göstərən kommersiya banklarına təqdim edə bilərlər.
b) "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikasının Qanununun 40-cı maddəsinə və "Bank sistemində pulların ekspertizasının təşkili və aparılması qaydaları"nın 3.3-cü bəndinə əsasən, banklar məhdudiyyət qoyulmadan tədavülə yararlı, tədavülə yararsız və həqiqiliyi şübhə doğurmayan (saxta olmayan), bütöv bir hissədən ibarət, səthinin 60%-dən az olmayan hissəsini saxlamış pul nişanlarını qəbul etməli və dəyişdirməlidir.
Eyni zamanda, müvafiq qaydaların 3.4-cü bəndinə əsasən, banklar bir neçə hissədən ibarət olan səthinin 100%-ni saxlamış milli pul nişanları hissələrinin eyni əskinasa məxsus olmasını müəyyənləşdirmək məqsədilə qəbul edir və Mərkəzi Banka ekspertizaya təqdim edirlər. Ekspertiza rəyi müsbət olduqda pul nişanlarının dəyəri ödənilir.
c) Bank yararsız pulların qəbulundan imtina edərsə, bu halda vətəndaş Mərkəzi Bankın qaynar xəttinə (+994124931122, daxili-386) və ya elektron poçt ünvanına ([email protected]) müraciət edə bilər".
Mərkəzi Bankdan o da bildirilib ki, qəbul olunmuş "Tədavüldə təmiz pul" siyasəti çərçivəsində 2018-ci il ərzində "Əhaliyə kassa xidməti" vasitəsilə ölkə üzrə 8.5 mln. manat yararsız pul nişanı dəyişdirilmişdir.
Mərkəzi Banka tədavüldən daxil olan 10.1 mlrd. manat pul nişanlarının yüksək texnoloji sistemlərdə emalı təmin edilmişdir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 923 Tarix: 13 fevral 2019
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qida təhlükəsizliyi pozuntularına görə cərimələr
"İnzibati Xətalar Məcəlləsinin 220-ci maddəsində qida təhlükəsizliyinin pozulması ilə bağlı müddəalar öz əksini tapmışdır". Bunu BİG.AZ-a açıqlamasında vəkil Turan Abdullazadə bildirib. O, qeyd edib ki, xüsusi təşkil olunmuş yerlərdə (yeməkxanalar, restoranlar, kafelər, barlar və s.) əhalini
18.12.2025 182 Qubada avtobus ananı vurub öldürdü, övladı yaralandı
Qubada sərnişin avtobusu ana və övladını vurub. APA-ya istinadla bildirir ki, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib. Quba-Xaçmaz marşrutu ilə hərəkət edən avtobus 27 yaşlı İsrafilova Əminə Sahib qızını və onun azyaşlı övladını vurub. Yaralılar Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılıb
18.12.2025 243 İlham Əliyev onları təltif etdi - Siyahı
Azərbaycan Memarlıq və İnşaat Universitetinin bir sıra əməkdaşları təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Azərbaycan Memarlıq və İnşaat Universitetinin 50 illiyi münasibətilə imzalanan Sərəncama əsasən, Azərbaycanda təhsili
18.12.2025 222 "ATF" bu il icra hakimiyyətlərindən 6 milyonluq sifariş alıb
Ağsu Rayon İcra Hakimiyyəti Ağsu şəhərinin daxili avtomobil yollarının əsaslı təmir işləri ilə bağlı tenderə yekun vurub. Qaynarinfo xəbər verir ki, tenderin qalibi "ATF" MMC seçilib. Yolların əsaslı təmir işlərinə görə şirkətə 582 187,99 manat ödəniləcək. İqtisadiyyat Nazirliyi yanında Dövlə
18.12.2025 176 Tayland Kamboca müharibəsində son durum
Tayland və Kamboca arasında sərhəd bölgəsində silahlı toqquşmalar davam edir. Son məlumatlara görə, döyüşlər artıq bir neçə gündür səngimir, hər iki tərəfdən ölən və yaralananlar var. BİG.AZ NBC News-a istiandən xəbər verir ki, Tayland ordusu təhlükəsizlik səbəbilə bəzi sərhəd keçidlərini bağlayıb v
18.12.2025 194 Planetin indiyə qədər gördüyü ən mürəkkəb sistem: Çin onu gizlicə qurur
Tibetin sərt qayalıqları arasında, quşun belə uçmadığı, karvanın keçmədiyi bir nöqtədə dünyanın ən iri layihələrindən biri yüksəlir. Çinin böyük gizliliklə həyata keçirdiyi 168 milyard dollarlıq bu addım təkcə bir su bəndi deyil: Asiyanın bütün su balansını vahid mərkəzdən idarə edə biləcək bir güc nümayişidir
18.12.2025 117 Bakıda narkotik satan ailəyə HÖKM OXUNDU
Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik satışını təşkil edən ailə üzvləri: Hümbət Cəfərov, oğlu Əli və qızı Şəlalənin cinayət işi üzrə keçirilən məhkəmə iclasında hökm oxunub. xəbər verir ki, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən məhkəmədə Cəfərov Hümbətin 11 il, Cəfərov Əlinin 9 il, Cəfərov
18.12.2025 185 Müqayisə ilə böyüyən uşaqlar: valideyn sevgisinin səssiz sınağı - PSİXOLOQDAN AÇIQLAMA
Valideynin öz övladını başqasının uşağı ilə müqayisə etməsi cəmiyyətimizdə çox vaxt "motivasiya" adı altında təqdim olunur. Halbuki bu cür müqayisələr uşağın inkişafına təkan verməkdən çox, onun özünə inamını sarsıdır, daxili dünyasında səssiz bir mübarizə yaradır. "Bax, filankəsin uşağ
18.12.2025 263 Yadigar Muradovun yerinə direktor əvəzi təyin edildi (FOTO)
Şuşa Dövlət Dram Musiqili Komediya Teatrına yeni direktor əvəzi təyin olunub. Qaynarinfo xəbər verir ki, direktor səlahiyyətlərini Əməkdar artist, mərhum Yadigar Muradovun müavini Azad Məmmədov icra edəcək. Əməkdar artist Azad Məmmədov məlumatı Qaynarinfo-ya təsdiqləyib. Xatırladaq ki, Şuşa Dövlət Dra
18.12.2025 247