Dünyanın ən bahalı velosipedi "Ferrari FXX" (Video)
Dizaynçı Fahrradi Farfall plastik boru və karton istifadə edərək, Ferrari FXX stilində velosiped kəşf etdi. Aerodinamika dizaynı, qağayı qanadı qapıları ilə hamar, qırmızı rəngiylə möhtəşəm bir görünüşü olan 2 nəfərlik velosipedin saatda 10 mil sürət etdiyi ifadə edildi. Təxminən 1.2 milyon sterlinqlik Ferrari FXX stilində olan bu velosiped, dünyanın ən bahalı velosipedi olaraq adlandırıldı.
Avstriyalı sənətçi Hannes Langederin kəşfi olan, 11 çarxlı pedallarla hərəkət edən velosipedin istehsalı bir il davam etdi. 100 kilo ağırlığındakı velosipedin LED işıqları sayəsində velosipedin gecə də istifadə edilə biləcəyi ifadə edildi.
Sənət professoru Andrea van der Straeten hərəkət tutumuna sahib səssiz bir kəpənəyin ağırlıqsız zərifliyi ilə belə bir velosiped kəşf etdiklərini söylədi.
Velosipedin "Lentos" sənət muzeyində təşkil ediləcək olan bir avtomobil sərgisində yerini alacağı ifadə edildi.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş



