Azərbaycanlı müğənninin anasının yasına gedənlər: "Yeməyə heç nə vermədilər, ac qaldıq..." - VİDEO

Azərbaycanlı müğənninin anasının yasına gedənlər: "Yeməyə heç nə vermədilər, ac qaldıq..." - VİDEO
Müğənni Əbdül Xalidin anasının yas mərasiminə qatılan sənət yoldaşları ac qalmaqdan şikayət edib.

BiG.AZ xəbər verir ki, bu barədə aparıcı-prodüser Tarix Əliyev (Tolik) məlumat verib. O bildirib ki, yasdan qayıdan müğənnilər "Bizə yeməyə heç nə vermədilər. Stolun üstündə pendir və göyərtidən başqa heç nə yox idi" deyib.

Verilişdə qonaq olan Ə.Xalid məsələyə aydınlıq gətirərək "Bizim rayonda ehsan verilmir. Bilirsiniz ki, ehsanın daha bolunu verə bilərəm. Kasıb insanları nəzərə alıb süfrə təşkil etmədik. Anamın 7 mərasimini isə Bakıda etdik".

Tolik həmin müğənniləri sərt tənqid edib: "Elə yasa getməkdənsə heç getməsəydilər daha yaxşı idi".

Qeyd edək ki, Ə.Xalidin anası öd kisəsindən əməliyyat olunduqdan sonra dünyasını dəyişib. O, Tovuz rayonunda dəfn edilib.

Ruida



Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 9023 Tarix: 12.02.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
EbelfezlRuqeyya
EbelfezlRuqeyya 13.02.2019
Tovbeler olsun ...bawlari qaçib vallah bu milletin.siz yemey yemeye gedirsiz ya bas sagligina ?! Ne qeder hayasizlawib millet


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər