Mühacirlər azyaşlıları zorladı: 16 yaşı tamam olmayıbmış...

Mühacirlər azyaşlıları zorladı: 16 yaşı tamam olmayıbmış...
Finlandiyanın Oulu şəhərində yetkinlik yaşına çatmamış qızların mühacirlər tərəfindən zorlanması ilə bağlı yeni cinayətlər qeydə alınıb.

Zərərçəkənlərdən birinin 16 yaşı belə tamam olmayıb. Digər qurban isə 18 yaşdan kiçikdir.

Hazırda araşdırılan cinayət həftəsonu mənzildə törədilib.

“Polis şübhəlilərdən birini saxlayıb. Həmin şəxs Finlandiyada yaşamaq icazəsi olan və uzun illər Finlandiyada yaşayan xarici vətəndaşdır”, - deyə hüquq-mühafizə orqanı əməkdaşı bildirib.

Bundan əvvəl həmin şəhərdə mühacirlər tərəfindən daha doqquz analoji zorlanma hadisəsi qeydə alınıb. Şübhəli şəxslər Finlandiya vətəndaşlığı almış xaricilərdir. Onların arasında ölkədə qaçqın statusu ilə yaşayan mühacirlər də var. Onların hamısı Yaxın Şərq və Şimali Afrika ölkələrindən gəlmiş insanlardır. Bu bölgələrdən olan mühacirlər başlıca olaraq Finlandiyaya üz tutur.

mənbə: oxu.az

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 370 Tarix: 12.02.2019



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol