"Yatmağa yerim yox idi..." - Arif Quliyev ürək dağlayan həyatından DANIŞDI - VİDEO

"Yatmağa yerim yox idi..." - Arif Quliyev ürək dağlayan həyatından DANIŞDI - VİDEOARB TV-nin "Səhər-Səhər" verilişinin növbəti qonağı xalq artisti Arif Quliyev olub.

Xalq artisti acınacaqlı həyat hekayəsindən danışıb:

"Mənim özümə o qədər kömək edən olub ki... Yaxşı insanlar öz işıqlarında həmişə başqalarını da işıqlandırırlar. Bakıya gəldim, yerim, yurdum, yatmağa yerim yox idi. Vağzalda bir adama 40-50 qəpik verib orda qalırdım və oradan Mədəni Maarif Texnikomuna gəlirdim ki, qəbul olunum. 3 imtahan verdim, qəbul oldum. Ordan çıxanda məni yola salan zaman dedilər ki, Arif qiymət almasan bura gəlmə. Mən də gəldim oxudum ki, fizikadan kəsilmişəm. Saat 5-dən 9-a qədər o yazı cədvəlinin qabağında dayandım. Qurudum və fikirləşirdim ki, mən nə edəcəm? Əlibayramlıdan məni internat məktəbindən gətirdilər və ora qoyub çıxıb getdilər. Mən isə qəbul olunmağa gəlmişəm. Artıq bitdi və geriyə yol yoxdur. Orada bir kişi dedi ki, sən niyə burada dayanmısan. Dedim ki, adam gözləyirəm, gələcək. Bir də gördüm taxta pilləkənlərdən tak-tuk ayaq səsləri gəlir. Mühafizəçi gəldi dedi ki, niyə durmusan burda çıx get, müdir gəlir. Məni istədi otağa salıb bağlasın ki, müdir görməsin. Cavahir xanım Orucova. Bu aşağı düşəndə məni gördü. Soruşdu ki, bu uşaq saat 10-du burada nə gəzir? Mühafizəçi dedi ki, kimisə gözləyir. Məni yanına çağırıb dedi ki, bala, bura gəl görüm. Bu vaxta kimi bura bağlı olur çıx get. Dedim ki, imtahanın nəticələrini öyrənmək üçün gəlmişdim? amma məni kəsiblər. O isə bala get, gələn il gələrsən dedi. Dedim mənim getməyə yerim yoxdur. Soruşdu ki, valideyinlərin filan yoxdur? Dedim ki, rəhmətə gediblər mən də internatda oxuyub gəlmişəm. Dedi bəs hara gedəcəksən? Dedim mən sizə gedəcəm. Üzümə baxdı, dedi, gəl dalımca. Oturdu maşına, apardı evə. 8-ci sinifi bitirmişdim, mənim də vəsiqəm olmayıb. Elə balaca kağızda Arif yazılıb. Məni gətirdi evə, çörək verdi, yedizdirdi, çimizdirdi, paltarımı dəyişdilər. Səhər məni texnikoma gətirdi. Mənə yazını özü yazdırdı və 5 yazdı".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 558   Tarix: 11 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Xəyanət iddialarını yalanladı

Türkiyəli aktrisa Bensu Soral həyat yoldaşı Hakan Başla münasibətlərinin soyuq olması ilə bağlı xəbərlərə münasibət bildirib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa xəyanət iddialarını yalanlayıb:. "Çətin bir dönəmdən keçirik, küsülü deyilik. Bu məsələnin 3-cü şəxslə heç bir əlaqəsi yoxdur"

17.09.2021 2431
.

"Bütün dünya bizim toyumuzdan danışacaq"

Sosial şəbəkə fenomeni Şeyma Subaşının misirli sevgilisi Mohammed Alsaloussi ilə evlilik planlarından danışıb. Axşam.az-a istinadən xəbər verir ki, Şeyma hazırda hər hansı tarix müəyyən etmədiklərini açıqlayıb: . "Bir gün mənə dedi ki, elə bir toy edəcəyəm ki, bütün dünya bir il boyunca bizim haqqımızd

16.09.2021 2225
.

Afət Fərmanqızı qısa "şortik"də DİQQƏT ÇƏKDİ - FOTOLAR

Müğənni Afət Fərmanqızı istirahətə yollanıb. xəbər verir ki, müğənni istirahətindən sosial media hesabında paylaşımlar edib. Paylaşdığı fotolarda Afətin qısa şortikdə olması diqqətdən yayınmayıb. Həmin fotoları təqdim edirik:

16.09.2021 7310
.

"O səs Türkiyə"nin münsifləri açıqlandı

Türkiyənin məşhur aparıcısı, TV 8-in rəhbəri Acun Ilıcalı "O səs Türkiyə"nin yeni mövsümdəki münsiflərini açıqlayıb. xəbər verir ki, münsif kürsüsündə Ebru Gündeş, Oğuzhan Koç, Bəyazid Öztürk və Murad Boz əyləşəcək. Qeyd edək ki, yarışmanın çəkilişlərinə noyabrda başlanılacaq

15.09.2021 2403
.

"Kalp yarası"nda yeni aktyor - Foto

Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək

17.09.2021 3104
.

"Çocuklar duymasın"ın 47 yaşlı aktrisası gözəlliyi ilə heyran etdi - FOTO

Türkiyənin tanınmış aktrisası, daha çox "Çocuklar duymasın" teleserialından tanıdığımız aktrisa Pınar Altuğ jurnalın mükafatlandırma mərasimində aparıcı qismində iştirak edib. -a istinadən xəbər verir ki, tədbirdən sonra jurnalistlərlə söhbət edən Altuğa bir junalist "qırmızı geyinmisiniz

16.09.2021 4761
.

Pandemiyada ikinci restoranını açdı

Aşıq Zülfiyyə pandemiya ərəfəsində biznesini gücləndirib. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bundan əvvəl yaşadığı binada restoran açmışdı. Bir neçə gün əvvəl isə aşıq yenidən restoran açıb. Onun açılış mərasiminə sənət dostları da qatılıblar. Qeyd edək ki, Zülfiyyə bundan əvvəl daha bir restoranını

17.09.2021 3697
.

Damla plastik əməliyyatdan sonra - FOTOLAR

Müğənni Damladan xəbər var. xəbər verir ki, Damla buxaq əməliyyatından sonra yeni fotolarını sosial media hesabında paylaşıb. izləyiciləri onun yeni görünüşünü bəyənərək xoş rəylər yazıblar. Həmin fotoları təqdim edirik:

16.09.2021 9193
.

Günel yenə İMİCİNİ DƏYİŞDİ - VİDEO/FOTOLAR

Müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, Günel sosial media hesabında yeni fotolar paylaşıb. Fotolarda müğənninin yeni imici izləyicilərin diqqətin çəkib. O, saçlarının rəngində və formasında dəyişiklik edib. İzləyiciləri onun yeni görünüşünü bəyəniblər. Həmin görüntüləri təqdim edirik:

17.09.2021 3949