"Lady Sharm" kimin qəzəbinə tuş gəlib? - Nüfuzlu şəxslərin aldadılması, xaricdən sığınacaq...

"Lady Sharm" kimin qəzəbinə tuş gəlib? - Nüfuzlu şəxslərin aldadılması, xaricdən sığınacaq...Son günlər Bakıda məşhur "Lady Sharm" mağazalar şəbəkəsinin bağlanması haqda məlumatlar yayılıb. Bildirilir ki, şəbəkənin bir qrup məsul şəxsi hüquq-mühafizə orqanları tərəfindən həbs edilib.

Həbsə səbəb mağazalar şəbəkəsinin bazara məşhur brendlərin saxtalaşdırılmış çeşidlərini çıxarmasıdır.

BiG.AZ xəbər verir ki, "Yeni Müsavat" bununla bağlı məlumatlar dərc edib. Qəzet yazır ki, məşhur brendlərin saxta çeşidləri Bakıda və xaricdəki sexlərdə hazırlanıb. Bu haqda hüquq mühafizə orqanlarına məlumat daxil olandan sonra "Lady Sharm" mağazalar şəbəkəsinin ayrı-ayrı ticarət nöqtələrində əməliyyatlar keçirilib, məşhur brendlərin saxtalaşdırılmış çeşidləri maddi sübut kimi yük maşınları ilə xüsusi anbara daşınıb.

"Lady Sharm" mağazalar şəbəkəsinin sahibləri xaricdə olduqlarından əməliyyat zamanı həbsdən yayına biliblər. Amma onların Bakıdakı işçilərindən xeylisi həbs edilib. Deyilənə görə, şəbəkənin əsas sahibi regional TV-lərdən birinin sahibinin kürəkənidir.

Məlumata görə, şəbəkənin rəhbər şəxsləri yaxın çevrələrinə bildiriblər ki, Azərbaycana gələ bilməyəcəkləri təqdirdə, Avropa ölkələrindən siyasi sığınacaq istəmək fikrinə düşə bilərlər. İddialara görə, hətta bunun üçün bəzi müxalifət partaiyalarının rəhbərlərindən böyük məbləğ müqabilində arayış almaq variantı da gözdən keçirilir.

Şəbəkənin rəhbərliyinin qəzəbə gəlməsinin səbəbi kimi nüfuzlu şəxslərin aldadılması olub. Bildirilir ki, "Lady Sharm" mağazalarından alver edən məşhurların arasında çox nüfuzlu şəxslər də olub, onların aldadılması prosesin bu həddə çatmasına gətirib çıxarıb.

"Lady Sharm" mağazalar şəbəkəsinin Bakıda ümumilikdə 16 ticarət nöqtəsi var, həmin nöqtələrdən biri "Gənclik Mall"da, digəri isə "28 May Mall"da yerləşir.

"Lady Sharm" mağazalar şəbəkəsinin "Neftçilər" metro stansiyasının yaxınlığındakı mağazası da hazırda bağlıdır. Yaxınlıqdakı mağazaların satıcıları deyiblər ki, buradakı "Lady Sharm" bir neçə gün əvvəl bağlanıb və nə vaxt açılacağı da bilinmir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1955   Tarix: 04 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Biləsuvarda intihar edən 11-ci sinif şagirdi əlaçı imiş

Biləsuvarda yerləşən Cəbrayıl rayon Xanış Rüstəmov adına Yuxarı Mərcanlı kənd tam orta məktəbin 11-ci sinif şagirdi Simuzər Heydərova intihar edib. Məktəbdən "Qafqazinfo"ya bildirilib ki, məktəbli əlaçı və fəal şagirdlərindən biri olub:. "Onun bu addımı atması, hər kəs üçün gözlənilməzdir

10.02.2025 1386
.

Bakıdakı bağçada dəhşətli HADİSƏ: Müdir yayılan videodan DANIŞDI

Paytaxtın Nizami rayonunda yerləşən "Orbita" adlı bağçada tərbiyəçi-müəllimin uşağa qarşı zorakılıq tətbiq etdiyi iddia olunub. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Məlumata görə, həmin tərbiyəçi-müəllim işindən azad edilib. Məsələ ilə bağlı bağçanın rəhbəri Samir Mehdiyev bildiri

11.02.2025 1016
.

85 yaşlı qadın öz dəfn mərasimində ayıldı

Tailandda maraqlı hadisə baş verib – 85 yaşlı Fuu Şripxadunq öldüyü güman edildikdən 40 dəqiqə sonra ayılıb. xəbər verir ki, bu barədə The Thaiger xəbər yayıb. Hadisə fevralın 5-də Buri Ram əyalətinin Nankronq bölgəsində qeydə alınıb. Axşam saat 21:00 radələrində Şripxadunqun ailə üzvləri onun həya

11.02.2025 421
.

Hadisə geyimi ilə yenə gündəm oldu

Hadisə cəsarətli dekoltesi və yeni stili ilə bir daha gündəm mövzusuna çevrilib. türk mediasına istinadən xəbər verir ki, son zamanlar rejissor Şenol Sönməzlə eşq macərası yaşayaraq diqqət çəkən məşhur müğənni ağ gödəkçəsinin altından demək olar ki, heç nə geyinməyib. Hadisənin büstqalter tərzi və dekoltes

11.02.2025 681
.

Burak Özçivit və Fahriye Evcen ticarət mərkəzində görüntülənib

Burak Özçivit, həyat yoldaşı Fahriye Evcen uşaqları Kerem və Karan ilə ötən gün ticarət mərkəzində görüntülənib. xəbər verir ki, Fahriye Evcen yeni layihələri ilə bağlı açıqlama verib. "Hazırda yeni layihəm yoxdur" ,- deyə o bildirib. [hh4-unikal]

11.02.2025 833
.

Sığınacaqda yerləşdirilən uşağın qohumları hədə-qorxu gəlir

Azərbaycan Uşaqlar Birliyi – Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzində yerləşdirilən bir uşağın qohumları sığınacaq rəhbərliyinə hədə-qorxu gəlir, intiharla təhdid edirlər. xəbər verir ki, bu barədə Birliyin sədri Kəmalə Ağazadə özünün "Facebook" səhifəsində paylaşım edib. O bildirib ki, təxminə

11.02.2025 487
.

İşə yaramayan Qırmızı diplomların verilməsinə niyə son qoyulmur?

Azərbaycan təhsil sistemində qırmızı diplomların verilməsi sovet dövründən qalma bir praktika kimi formalaşıb. Sovet İttifaqında təhsil strukturu ciddi şəkildə normativ aktlarla tənzimlənirdi və qırmızı diplom akademik mükəmməlliyin rəsmi göstəricisi hesab olunurdu. Həmin dövrdə dövlət müəssisələri v

11.02.2025 596
.

Reha Muhtar köməkçilərini məhkəməyə verib

Çətin günləri bitməyən Reha Muhtarın bu dəfə evdə işləyən əcnəbi qulluqçusu ilə problemlər yaşayıb. türk mediasına istinadən xəbər verir ki, uşaqları və həyat yoldaşı ilə yaşadığı problemlər ilə tez-tez gündəmdə olan məşhur jurnalist Reha Muhtar evdə çalışan əcnəbi qulluqçusu ilə yaşadığı problemlə gündəm

11.02.2025 327
.

ABŞ-də yeni təyyarə qəzası baş verdi

ABŞ-də iki təyyarə qəzasının ardınca yeni bir hadisə daha baş verdi. xarici mediaya istinadən xəbər verir ki, ABŞ-də şəxsi təyyarənin uçuş-enmə zolağından çıxaraq digər təyyarə ilə toqquşması nəticəsində bir nəfər həlak olub. Digər sərnişinlərin vəziyyəti ilə bağlı hələlik heç bir açıqlama verilməyib

11.02.2025 388
.

TOP MP3