AZAL-ın Bakı-Cenevrə-Bakı aviareysinin cədvəli yenilənib

AZAL-ın Bakı-Cenevrə-Bakı aviareysinin cədvəli yenilənibFevralın 5-dən etibarən AZAL-ın Bakıdan Cenevrəyə J2-5009/J2-5010 reysləri yenilənmiş uçuş cədvəli üzrə həftədə iki dəfə yerinə yetiriləcək.
Həmin tarixdən etibarən hər çərşənbə axşamı Bakıdan uçuş yerli vaxtla səhər saat 07:00-da, Cenevrəyə eniş yerli vaxtla saat 09:00-da həyata keçiriləcək. Cenevrədən uçuş yerli vaxtla səhər saat 10:00-da, Bakıya eniş yerli vaxtla saat 17:45-də həyata keçiriləcək.
Cümə günləri isə Bakıdan uçuş yerli vaxtla saat 06:30-da, Cenevrəyə eniş yerli vaxtla saat 08:25-də; Cenevrədən uçuş yerli vaxtla saat 09:25-də, Bakıya eniş yerli vaxtla saat 17:10-da yerinə yetiriləcək.  
AZAL-ın reysləri baqajın və əl yükünün pulsuz daşınması və bort qidalanmanın da daxil olduğu klassik daşıma sxemi üzrə birgə çarter proqramı çərçivəsində üç xidmət sinfi - VIP Club, Business Class və ekonom sinfində təkmilləşdirilmiş komfortlu oturacaqlara malik "Airbus A319" təyyarələri ilə yerinə yetirilir.      
Uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportunun Terminal 1-dən həyata keçirilir.
Cenevrə böyüklüyünə və əhalisinin sayına görə İsveçrənin ikinci şəhəridir. Şəhər Yura və Alp dağları arasında yerləşir və eyniadlı kantonun inzibati mərkəzidir. Şəhərin incisi onun gözəl sahilə malik olan və ətrafında dəbdəbəli otellər yerləşən Leman gölüdür. Bu gün dünyanın maliyyə, siyasi və elm mərkəzi olan Cenevrə həmçinin İsveçrə və Fransanın dağ-xizək kurortlarına səyahət üçün yola düşmə məntəqəsidir.
Aviabiletləri AZAL-ın kassalarında, rəsmi agentliklərində və şirkətin  saytında bronlaşdırmaq və əldə etmək mümkündür.         
Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz:
(+99412) 598-88-80 (Azərbaycandan zənglər üçün qısa nömrə: *8880)
E-mail: 
WhatsApp: (+99450) 437-40-82 (yalnız yazılı müraciətlər, bu nömrə zəngləri qəbul etmir)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Turizm   Baxılıb: 772   Tarix: 28 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Antalya turist vergisinə "yox" dedi

Türkiyənin Antalya əyalətinin səlahiyyətliləri bu şəhərin merinin turist vergisinin tətbiqi təklifinə qarşı çıxıblar. Rusiya Turoperatorları Assosiasiyasının (ATOA) məlumatına görə, iyul ayının əvvəlində Antalya meri Mühiddin Böcek bəyan edib ki, türk kurortuna şəhər infrastrukturunun dəstəklənməsi üçü

29.07.2019 3546
.

Avia biletlərin satışı başlayıb

Artıq indi dünyanın istənilən şəhərinə səyahətinizi həyata keçirə bilərsiniz. Əvəllər bildiyiniz kimi Covid19 pandemiyasına görə bəzi uçuşlar ləğv olunmuşdu. Lakin indi yollar açıqdır. Avia bilet sifariş verib səyahət edə bilərsiz.Hətda yeni ili Balidə, Maldivdə keçirmək istəsəniz belə, bu artıq mümkündür

25.12.2020 4539
.

Qobustanda palçıq vulkanları ilə bağlı turizm kompleksi yaradılacaq

Növbəti ildən etibarən Qobustan rayonu ərazisində yerləşən palçıq vulkanlarının birinin ərazisində böyük kompleksin yaradılması nəzərdə tutulub. -a istinadən xəbər verir ki, bunu Azərbaycan Turizm Sammitində Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov bildirib. Onun sözlərinə görə, komplek

29.11.2019 3668
.

Bakı "Yaradıcı şəhərlər şəbəkəsi" siyahısında

Bakı şəhəri UNESKO-nun "Yaradıcı şəhərlər şəbəkəsi" siyahısına daxil edilib. Mədəniyyət və Turizm, Xarici İşlər nazirliklərinin və Azərbaycan Respublikasının UNESCO yanındakı daimi nümayəndəliyinin səyləri nəticəsində Bakı şəhəri şəbəkənin "dizayn" tematikası üzrə siyahıya salınıb

05.11.2019 4076
.

Teymur Rəcəbov Levon Aronyanı MƏĞLUB ETDİ

Dünyanın məşhur şahmatçılarının yarışdığı "Skilling Open 2020" onlayn blits turnirinin VII turunda azərbaycanlı qrossmeyster Teymur Rəcəbov (2758) erməni şahmatçı Levon Aronyanla (2778) qarşılaşıb. "Report"a istinadən xəbər verir ki, ağ fiqurlarla oynayan Rəcəbov qələbə qazanıb.

23.11.2020 2521
.

ABŞ-ın yenidən Ümumdünya Turizm Təşkilatına daxil olacağı bəyan edilib

Ümumdünya Turizm Təşkilatının (ÜTT) İcraiyyə Şurasının iyunun 16-dan Bakıda keçirilən və bu gün başa çatan 110-cu sessiyasında ABŞ-ın yenidən quruma daxil olacağı bəyan edilib. "Report" xəbər verir ki, bu barədə ÜTT-nin baş katibi Zurab Pololikaşvili məlumat verib. "ABŞ 23 il bundan əvvə

26.06.2019 3193
.

Azərbaycan hava limanlarında sərnişin axını rekord həddə çatıb

2019-cu ilin ilk 10 ayı ərzində Azərbaycanın beynəlxalq hava limanlarında sərnişin axını 4,7 milyon sərnişin təşkil edib, bu da son illərin rekord göstəricisidir. Bunun dörd milyondan çoxu Heydər Əliyev Beynəlxalq Aeroportunun payına düşür ki, bu da ötən ilin göstəricisindən 200 min sərnişin çoxdur

12.11.2019 4133
.

Avropada turizm mövsümü açıq elan edilib - VİDEO

Avropa İttifaqı ölkələrində turizm mövsümü açıq elan edilib. "Euronews" xəbər verir ki, Avropa İttifaqı ölkələri daxilində səyahət üçün peyvənd pasportunun olması vacibdir. Qeyd olunur ki, bu qaydanın tam tətbiqinə iyun ayının ortasından başlanılacaq. İyun ayına qədər isə Avropa ölkələri vətəndaşlarını

12.05.2021 1904
.

Azərbaycan ilə Malayziya arasında turizm sahəsində əməkdaşlıq əlaqələri genişlənir

Malayziya ilə Azərbaycan arasında turizm sahəsində əməkdaşlıq əlaqələri genişlənir. AZƏRTAC xəbər verir ki, ölkəmizin Malayziyadakı səfirliyinin bu ölkənin turizm şirkətləri ilə keçirdiyi görüşlər və apardığı danışıqlar nəticəsində Azərbaycana bu dost ölkədən gələn turistlərin sayı ilbəil artır. Səfirlikdə

26.06.2019 3329