Azərbaycanda qəza: 45 yaşlı kişi xəstəxanalıq oldu

Azərbaycanda qəza: 45 yaşlı kişi xəstəxanalıq oldu
Bu gün səhər saatlarında qatı duman əvvəlki Ələt-Astara avtomobil yolunun Salyan şəhərindən keçən 57-ci km-də piyadanın vurulması ilə nəticələnən yol qəzasına səbəb olub.

Rayonun Xurşud kəndindən mərkəzə sərnişin daşıyan “PAZ” markalı 52 AC 550 dövlət nömrə nişanlı avtobus yolu təyin olunmamış keçmək istəyən 45 yaşlı Salyan şəhər sakini Bəxtiyar Ağamalı oğlu Xəlilovu vurub.

Hadisə nəticəsində kəllə-beyin travması alan piyada Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

mənbə: virtualaz.org

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 186 Tarix: 21.01.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər