"Dedi ki, ata evinə qayıda bilmərəm..."- Fərizənin anası...
Bu gün 20 Yanvar faciəsinin 29-cu ildönümünü qeyd edirik. Bu hadisədə şəhid olan və sevgi simvoluna çevrilən İlham və Fərizənin tarix yazması hamımıza yaxşı tanışdır. Bununla bağlı Moderator.az saytı olaraq Fərizənin ata evinə yollandıq. Fərizənin ailəsi artıq 29-cu ildir ki, onların evinə gələn insanları qarşılayır.
Fərizənin atası Çoban kişi və anası Bağda xanımla söhbətin davamını təqdim edirik:
Bağda xanım söhbətinə davam edir:
"Dedim ki, Fərizə belə etmə bətnində övladın var. Dedi ki, "Neynirəm atasız uşağı. Sözümü demişəm, ata evinə qayıda bilmərəm". Çox çətin illər yaşadıq, oğlum. Evdə mən də, yoldaşım da, oğlum da şəkər xəstəsidir. Fikir bizi pis günlərə qoydu. İlhamın qardaşı Elxan da ürəyindən əməliyyat olundu. Ötən ilin fevral ayında İlhamın anası Ofeliya xanım da dünyasını dəyişdi. Ofeliya xanım altı ay yataq xəstəsi oldu, danışa bilmirdi, amma İlhamla Fərizənin şəklinə baxıb ağlayırdı. Elə məzar daşına da İlhamla Fərizənin şəklini çəkdilər. Əslində, İlham və Fərizənin şəhid olması sovet hökumətinə qarşı bir etiraz idi ki, onlar gənc bir ailəni məhv etdilər. İllər keçdi, oğlum Vaqifin qızı oldu adını da Fərizə qoyduq. Fərizə böyüdü, toyu oldu Qəbələyə gəlin köçdü. İndi övladları var, orada yaşayır".
Söhbətimizə Çoban kişi qoşulur:
"Nəvəm Fərizənin toyunda mahnı sifariş edib qolumu qaldırıb oynamağa başladım. İlhamın qardaşı Elxan da mənə qoşuldu. Dedim ki, qoy nəvəmin toyu şən keçsin. İndi yaşlanmışam, artıq ayaqlarım tutumur. Mehdiabadda qəbiristanlıqda özümə yer də götürmüşəm. Vəsiyyət etmişəm ki, öləndə məni orda dəfn etsinlər".
Bağda xanım o vaxtdan bu günə kimi saçına bir dəfə də olsun rəng qoymadığını deyir:
"Oğlum, bütün şəkillərdə saçım ağappaqdı. Əlim gəlməzdi saçıma qara rəng qoyum. İlhamın anası da belə idi. Hər yerə 20 yanvarın ildönümündə qoşa gedərdik. Tədbirlərdə bir yerdə çıxış edərdik, amma bu ildən tək qaldım. İnanın ki, hər il 20 yanvar gələndə elə bilirəm ki, onlar yenidən rəhmətə gediblər. Yanvar ayı bizim üçün çox ağır aydır.
İlham və Fərizə haqqında "Onlar belə sevirdilər" adlı film çəkilib. Onların sevgisindən Türkiyədə "Fərizə qanlı yanvar" adlı kitab çapdan çıxıb. Bundan başqa şair Əbülfət İslamın "Şəhid sevgililər" adlı kitab da işıq üzü görüb.
Hər il 14 fevral keçiriləndə ürəyimə elə bil bıçaq saplanır. 30 iyun-Fərizənin toy gününü jurnalist Əvəz Zeynallı dedi ki, "Sevgililər günü kimi qeyd edəcəyik". Amma bu gün buna gənclərimiz arasında maraq yoxdur. Çox istəyərdim ki, bu tarix dövlət tərəfindən "Sevgililər Günü" kimi təsdiq edilsin. Biz hamımız ölüb gedəcəyik, heç olmaya qoy bu gün tariximizdə yaşasın".
Söhbətimizi yekunlaşdırıb Fərizənin valideynlərindən getmək üçün izn alırıq. Bağda xanım bizi küçə qapısına kimi gətirib ötürür. Doğrudan da, İlham və Fərizə bu şəhidlikləri ilə tarixdə iz qoydular. Onların bu gün dərd çəkən valideynlərinin isə bircə təsəllisi var, o da onların şəhid olmalarıdır.
Allah cəmi şəhidlərimizi rəhmət eləsin!
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1519 Tarix: 20 yanvar 2019
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
KİV: Ukrayna alternativ sülh planını təqdim etdi
Ukraynanın sülh planı ABŞ Prezidenti Donald Tramp tərəfindən hazırlanmış sənədin əsas müddəalarını rədd edir. Belə müddəalara Ukrayna qoşunlarının Donbasdan çıxarılması və Ukraynanın NATO üzvlüyündən imtinası daxildir. xəbər verir ki, bu barədə "The New York Times" yazır. Məqalədə qeyd olunu
15:20 119 WSJ: Heç bir ölkə ABŞ-nin Qəzzaya sülhməramlı yerləşdirmək təklifinə razılıq verməyib
Hələ heç bir ölkə ABŞ-nin öz qoşunlarını beynəlxalq sabitləşdirmə qüvvələrinin bir hissəsi kimi Qəzza zolağına yerləşdirmək barədə təklifinə razılıq verməyib. "Report"un məlumatına görə, bu barədə "The Wall Street Journal" (WSJ) mənbələrə istinadən məlumat yayıb. Nəşr qeyd edib ki
16:40 110 XƏBƏRDARLIQ: Sabahın havası bu insanlar üçün əlverişsizdir
Tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən xəbərə görə, dekabrın 15-də Abşeron yarımadasında yağıntılı və küləkli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir
19:10 0 KİV: Dörd Aİ ölkəsi Rusiya aktivlərinin Ukraynaya verilməsinə qarşıdır
İtaliya, Belçika, Malta və Bolqarıstan dondurulmuş Rusiya aktivlərinin Ukraynaya verilməsinə qarşı çıxıblar. "Politico"ya istinadən xəbər verir ki, onlar Avropa Komissiyasına bu plana alternativləri nəzərdən keçirməyi xahiş edən birgə məktub göndəriblər. Avropa Komissiyası israr edir ki, 18-1
13:10 124 Qreta Tunberqə qarşı cinayət işi açılıb
Finlandiyanın hüquq-mühafizə orqanları isveçli ətraf mühit fəalı Qreta Tunberqə qarşı cinayət işi açıblar. xəbər verir ki, bu barədə "Helsingin Sanomat" qəzeti məlumat yayıb. Qəzetin məlumatına görə, Tunberq 25 iyun 2024-cü ildə Helsinkinin mərkəzində "Extinction Rebellion" fəallarını
12:10 130 Rusiyada "Honkonq qripi"ndən ölüm hallarının baş verməsi təsdiqlənib
Rusiyada "Honkonq qripi"ndən ölüm hallarının baş verməsi təsdiqlənib. xəbər verir ki, bu barədə yerli mətbuata Rusiya Elmlər Akademiyasının akademiki Gennadi Onişenko məlumat verib. "Ölüm hallarının olmadığını demək mümkün deyil, təəssüf ki, bu, baş verir. Adətən, belə hallar xroniki ağciyər
17:20 109 Azərbaycan Türkiyədən metal idxalına çəkdiyi xərci 5 %-ə yaxın azaldıb
Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Türkiyədən 124,06 milyon ABŞ dolları dəyərində qara və əlvan metal idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4,9 % azdır. Təkcə noyabr ayında Türkiyə Azərbaycana 9,695 milyo
10:10 123 Merts: "Almaniya nəyə qadir olduğunu göstərməlidir"
Almaniya kansleri Fridrix Merts ideologiya dövrünün bitdiyini bəyan edib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. "Yəqin ki, biz yalnız uzun illərdən sonra dünyada yaşadıqlarımızın miqyasını anlayacağıq. Bu, dünyanın siyasi və iqtisadi güc mərkəzlərində əsl tektonik dəyişiklikdir. İdeologiy
17:10 96 Naim Qasem: "Hizbullah" İsrailin şərtlərini qəbul etməyəcək və ABŞ-yə təslim olmayacaq
İsrail ilə Livan arasında atəşkəs razılaşması qüvvəyə minəndən sonra başqa yanaşma tələb olunan yeni mərhələ başlayıb. "Report" xəbər verir ki, bunu "Hizbullah"ın baş katibi Naim Qasem "Al-Manar TV"nin canlı yayımında bildirib. Onun sözlərinə görə,Livan hökuməti ölkəni
14:40 126