"Cənnət" adasında məşum qətl: dizayner evində doğrandı - FOTOLAR

"Cənnət" adasında məşum qətl: dizayner evində doğrandı - FOTOLAR
Dünyanın ən məşhur yaxta dizaynerlərindən biri, yelkənli qayıq idmanında tanınmış simalardan olan 66 yaşlı britaniyalı Bob Heteuey qətlə yetirilib.

Karib hövzəsindəki Sent-Lüsiyanın paytaxtı Kastridən şimaldakı Pyaate təpəliyindəki evdə dizaynerin cəsədi qan içində, yataq otağında, çarpayıda idi.

Bob Heteuey 5 il əvvəl evləndiyi xanımı Markuna Ceymsdən bu yaxınlarda boşanmışdı. Markuna dizaynerin ikinci xanımı idi. Markuna Ceyms Sent-Martinin paytaxtı Mariqodakı məktəblərdən birinin son sinfində oxuyanda, 17 yaşı olanda dizaynerə ərə getmişdi.

Şorgöz və arvadbaz adam kimi tanınan Bob Heteueyin ölümündən əvvəl villasında arvadı ilə yanaşı, daha bir qadınla yaşayırmış.

"Kariblərdəki cənnət" adlandırılan Sent-Lüsiyada dəbdəbəli villası olan Bob Heteuey həm də adada otel biznesinə malikdi.

Evində doğranmış dizaynerin qətli ilə bağlı polis təhqiqata başlayıb.

mənbə: milli.az
"Cənnət" adasında məşum qətl: dizayner evində doğrandı - FOTOLAR
"Cənnət" adasında məşum qətl: dizayner evində doğrandı - FOTOLAR
"Cənnət" adasında məşum qətl: dizayner evində doğrandı - FOTOLAR
"Cənnət" adasında məşum qətl: dizayner evində doğrandı - FOTOLAR
"Cənnət" adasında məşum qətl: dizayner evində doğrandı - FOTOLAR
"Cənnət" adasında məşum qətl: dizayner evində doğrandı - FOTOLAR

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 853 Tarix: 19.01.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər