
Əməkdar artist Nüşabə Ələsgərli sosial şəbəkədə yayılan videolara üsyan edib.
BiG.AZ xəbər verir ki, ifaçı yayılan video ilə bağlı fikirlərini bölüşüb:
"Ayıbdır, pis-pis videolar paylaşmaqla nə əldə edirsiniz? Uşaqlar, abırlı-həyalı insanlar görür. Harada cinayət, əxlaqsızlıq, heyvanlara zorakılıq var təbliğ edirsiz. Pis şeyləri paylaşmazlar. Bəsdirin əsəblərimizlə oynadınız".