Gecə çarpayının yanına kəsilmiş limon qoysanız, bədəndə nə baş verəcək?

Gecə çarpayının yanına kəsilmiş limon qoysanız, bədəndə nə baş verəcək?Limon yağı və qoxusunun insan bədəninə müalicəvi təsiri olduğunu bilirdiniz?

BiG.AZ xəbər verir ki, aparılan araşdırmalar nəticəsində limonun əhval-ruhiyyəni qaldırdığı, konsentrasiyanı bərpa etdiyi, üstəlik havada uçuşan mikrobları təmizlədiyi məlum olub. Odur ki, mütəxəssislər yatmazdan əvvəl çarpayının kənarına yarım kəsilmiş limon qoymağı və ya limon yağından istifadə etməyi tövsiyə edir.

Konsentrasiya və diqqət pozğunluğunu bərpa edir

C vitamini mənbəyi olan limonun heyrətamiz xüsusiyyətlərindən biri də konsentrasiyanı bərpa etməsidir. Hər gün limon aromasını qoxlamaq diqqət pozğunluğunu aradan qaldırır. Limonda olan efir yağları beyinə siqnallar göndərərək fikirləri bir istiqamətdə toplamağa kömək edir. Yapon alimlərinin araşdırmalarına görə, limon qoxlayan insanlar iş prosesində daha az səhvə yol verir.

Əhval-ruhiyyəni yaxşılaşdırır

Limonlu efir yağı depressiyaya qarşı sübut edilmiş effektiv dərmandır. Əgər depressiya yaxanızdan əl çəkmirsə və dərmanların heç bir təsiri yoxdursa, limon qoxusunun gücünü sınayın.

Havada uçan mikrobları təmizləyir

Limon yalnız xoş ətir deyil, həm də bakterisidal xüsusiyyətlərə malikdir. Otaqda havanı təmizləmək üçün limonu iki yerə bölüb müxtəlif istiqamətlərə qoyun.

Yüksək qan təzyiqini aşağı salır

Limonun sadəcə meyvəsi deyil, qoxusu qan təzyiqi azaldır.

Həşaratları evdən uzaqlaşdırır

Qarışqaların, ağcaqanadların və digər həşəratların limon ətirli evdə qalması ehtimalı yoxdur. Kimyəvi qovuculara pul xərcləməyə dəyməz. Daha təsirli olması üçün limonu iki yerə bölüb üzərinə mixək dənəcikləri keçirin.

Rahatlaşdırır

Sitrus aroması sinir sistemini sakitləşdirir, narahatlıq hissini azaldır və çətin gündən sonra yaranan gərginliyi azaltmağa kömək edir. Əgər limon yağı yoxdursa, çarpayının yanına bir ədəd limon qoyun. (publika.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2428   Tarix: 15 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycan-Ermənistan şərti sərhədində zəlzələ olub

Azərbaycan-Ermənistan şərti sərhədində, Şoqakat kəndindən 19 kilometr şimalda zəlzələ qeydə alınıb. Bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətinin Mətbuat Xidməti məlumat yayıb. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. Episentrdə yeraltı təkanların gücü 2-3 bal olub

07.05.2024 273
.

Nadir Qafarzadə xəstəxanaya yerləşdirildi - VİDEO

Müğənni Nadir Qafarzadə xəstəxanaya yerləşdirilib. xəbər verir ki, bu barədə "Elgizlə izlə" verilişində aparıcı Elgiz Əkbər bildirilib. Qeyd edilib ki, sənətçi səhhətində problem yarandığından hazırda xəstəxanadadır və onun təzyiqi dünən 190-dan çox olub. Sənətçi ilə canlı bağlatı yaradılacaq

07.05.2024 627
.

Bakıda hoteldə zəhərlənmə: İki nəfər öldü - FOTO

Bakıda, Səbail rayonu ərazisində yerləşən məşhur hotellərin birində dəhşətli hadisə baş verib. xəbər verir ki, hoteldə əylənən 4 kişi zəhərlənmə diaqnozu ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb. Digərlərinin vəziyyətinin ağır olduğu bildirili

07.05.2024 719
.

Tanzaniyada qayığın batması nəticəsində 5 nəfər ölüb

Şərqi Afrika ölkəsi Tanzaniyanın Hind okeanı sahillərində qayığın batması nəticəsində 5 nəfər ölüb, 6 nəfər itkin düşüb. xəbər verir ki, rəsmilər Tanqa bölgəsində Panqaniyə gedən qayıqdan düşərək boğulan 5 nəfərin cəsədinin Keniyanın Mombasa sahillərində sürünərək sudan çıxarıldığını bildirib. 6 nəfəri

07.05.2024 189
.

Vəzifəsindən azad edilən keçmiş baş nazir: "Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər"

Azərbaycan Dillər Universitetinin (ADU) Elm və innovasiya məsələləri üzrə prorektoru, professor Novruz Məmmədov vəzifəsindən azad edilməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. Məsələ ilə bağlı -a danışan Novruz Məmmədov bildirib ki, öz istəyi ilə ərizə yazaraq tutduğu vəzifədən azad edilməsin

07.05.2024 512
.

Braziliyada daşqın oldu: 84 ölü, 111 itkin

Braziliyanın cənubunda yerləşən Rio-Qrandi-du-Sul ştatında ötən həftədən bəri effektiv olan yağışlar nəticəsində daşqın olub. BİG.az xəbər verir ki, hadisə nəticəsində ölənlərin sayı 84 nəfərə, itkin düşənlərin sayı isə 11 nəfərə çatıb. Bu barəfə Ştatın Mülki Müdafiə nazirliyi açıqlama edib. Yağışla

07.05.2024 151
.

Bakıda kişi sevgilisinə "mənim olmalısan" deyib qanını tökdü

Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsində yerləşən "Sahil bağı" parkında "yox" cavabı aldığı üçün sevdiyi qızı bıçaqlayan şəxsə hökm oxunub. "Qaynarinfo"nun məlumatına görə, 1997-ci ildə Şəki şəhərində anadan olmuş Sadıq Hüseynovun (soyad şərti) cinayət işinə Bakı Ağır Cinayətlə

10:45 159
.

"Ali Baş Komandan ərazi bütövlüyümüzü tam bərpa etməklə xalqı Ulu Öndər Heydər Əliyevin görmək istədiyi mənzərəyə qovuşdurdu"

"Azərbaycan Respublikası Qafqaz bölgəsinin yeni və dayanıqlı təhlükəsizlik sistemini yaratmaqla bərabər, Avrasiya məkanında etibarlı təhlükəsizlik mühitinin formalaşmasına əməli töhfələr verir, qlobal miqyasda təhlükəsizliklə bağlı təhdidlərin aradan qaldırılmasında öncül mövqe tutur və bu statusun

07.05.2024 120
.

"Kaybolan yıllar" serialının aktyoru əməliyyat olundu

"Kaybolan yıllar" serialının aktyoru Saruhan Hünel əməliyyat olunub. Axşam.az xəbər verir ki, bu barədə aktyorun bacısı Aslı Hünel sosial media hesabında yazıb. Onun sözlərinə görə, yaşadığı problemlər səbəbindən Saruhan ürəyindən əməliyyat edilib. O, reanimasiyaya yerləşdirilib

07.05.2024 713