"Orada qadınlara əşya kimi baxırdılar" – Evdən qaçan ərəb qızdan şok sözlər - VİDEO

"Orada qadınlara əşya kimi baxırdılar" – Evdən qaçan ərəb qızdan şok sözlər - VİDEO"Buna görə risk etməyə dəyərdi" – bu sözləri öz ailəsindən qaçaraq Kanadada sığınacaq alan ərəb qız deyib. İndi o müstəqil həyat tərzi keçirə biləcək.

BiG.AZ BBC-yə istinadən xəbər verir ki, 18 yaşlı Rahaf Muhammed əl-Qunun əvvəlcə Tailanda uçmuşdu. Amma Tailandın hakimiyyət orqanları Rahafın Səudiyyə Ərəbistanında yaşayan ailəsinin tələbi ilə gənc qızı geri qaytarmaq istəyirdi.

Rahaf buna etiraz olaraq Bankokda otel otağında qapını bağlayaraq bayıra çıxmaqdan imtina etmişdi. Beynəlxalq təşkilatların və mətbuatın müdaxiləsi Tailand hökumətini öz planlarından çəkindirdi və bildirdilər ki, qızı istənilən üçüncü ölkəyə yola salmağa hazırdırlar.

Əvvəlcə, Avstraliyaya köçməyi planlayan qız sonda Kanadanı seçdi və beynəlxalq hüquq-müdafiə təşkilatlarının müşayiəti ilə yola salındı.

Rahaf evdən qaçmasına səbəb kimi qadağaları göstərib. O, Səudiyyədə qadınların heç bir hüququnun olmadığını, hətta evdən də icazə ilə çıxdığını bildirib: "Bizimlə bir əşya kimi, bir qul kimi davranırlar".

Xatırladaq ki, Rahaf ailəsi ilə birlikdə Küveytə səfər edərkən qaçmışdı.

Çoxsaylı təzyiqlərdən qaçan gənc qız artıq Kanadada öz həyatını qurmağa başlayıb. Onu Human Rights Watch təşkilatının təmsilçiləri müşayiət edirlər.

Onlar hava limanına toplaşmış jurnalistlərə bildiriblər ki, Rahaf hazırda çox yorğundur və sualları sonra cavablandıracaq. Hüquq müdafiəçiləri Rahafın cəsur bir qız olduğunu və Kanadada özünə yeni həyat quracağını bildiriblər. Artıq Kanadada yeni həyata uyğunlaşmağa başlayan Rahaf ilk açıqlamasında "belə həyat üçün risk etməyə dəyərdi",- deyə bildirib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 926   Tarix: 15 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865