Gursesin xanımı "Müslüm"ün prodüserini məhkəməyə verir

Gursesin xanımı "Müslüm"ün prodüserini məhkəməyə verir
Bir neçə gün əvvəl "İlin ən yaxşıları" mükafatlandırma gecəsində Müslüm Gursesə aid olduğu deyilən üzük və köynək satışa çıxarılıb.

Əşyaların sənətçiyə aid olmadığı ortaya çıxıb. Bunu mərhum müğənninin xanımı Muheterem Nur deyib:

"Həyat yoldaşımın həyatı boyunca barmağında olduğu iddia edilərək satışa çıxarılan üzük hazırda mənim barmağımdadır. Ölənə qədər də çıxmayacaq. Köynək isə Şanlıurfada muzeydə saxlanılır".

M.Nur bu səbəblə qurumu və filmin prodüserini məhkəməyə verdiyini deyib. Onun vəkili isə bu yolla həm üzük və köynəyi alacaq olan şəxslərin, həm də Muhteremin aldadıldığını bildirib.

Sənətçinin həyat yoldaşı daha sonra verdiyi açıqlamada bunları qeyd edib:

"Saxta olan üzük və köynəyi gerçəkmiş kimi satıb, sonra da o pulu ehtiyacı olanlara verirsiz. Belə şeylər mənə pis təsir edir. Bizim bağladığımız müqavilədə bu haqda məlumat yox idi və mənim razılığım alınmayıb. Onları günahkar hesab edirəm. Filmdən çox pul qazandılar. Həmin pulla da kimlərəsə yardım edə bilərlər. Artıq həyat yoldaşımdan istifadə edirlər".

Baş verənlərin ardınca prodüser Mustafa Uslu və qurumun sədri fırıldaqçılıq etdiyi üçün məhkəməyə verilib.(axşam)

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 593 Tarix: 13.01.2019



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol