İki dostun ağız dolusu danışdığı kombi oğurluğu – VİDEO

İki dostun ağız dolusu danışdığı kombi oğurluğu – VİDEO
Paytaxtın Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisində fərdi yaşayış evlərindən oğurluqlar etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

ARB TV xəbər verir ki, əməliyyat nəticəsində evlərə daxil olaraq kombi aparatları və digər qiymətli məişət əşyaları oğurlayan Cəlilabad rayon sakini Fərid Əliyev və Şabran rayon sakini Simran Məmmədzadə yaxalanıb. Onlar ifadələrində iki mənzildən oğurluq etdiklərini bildiriblər.

Saxlanılan şəxslərin oğurluq niyyəti ilə daxil olduqları evlər Əliyevin yaşadığı ünvanın qonşuluğunda yerləşir. O, qonşuları evdə olmadığı zaman Simran Məmmədzadə ilə birlikdə həmin evlərdən oğurluq etdiyini bildirib.

Fərid Əliyev – saxlanılan şəxs: “İki evə girdik, ikisini də mən dedim. Girdik kombi və başqa əşyaları götürdük”.

Simran Məmmədzadə - saxlanılan şəxs: “Mən çöldə durdum Fərid içəri girdi. Kömək etdim kombini gətirdik evə sonra Fərid adam tapıb satdı.”

Suraxanı RPİ-nin İstintaq Şöbəsində başlanan araşdırmalar davam etdirilir.


Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 402 Tarix: 11.01.2019



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
ataxanli
ataxanli 11.01.2019
oyda nə zor eləmisən
həyatdı da :)