"Mübarizə kişi kimi aparılmalıdır" - Xanım deputat Mehmanı təhqir edən həmkarını qınadı

"Mübarizə kişi kimi aparılmalıdır" - Xanım deputat Mehmanı təhqir edən həmkarını qınadıDeputat Araz Əlizadə həbsdə olan bloger Mehman Hüseynovu təhqir edərək, onun ünvanına "yaxşı ki anasını da soyundurub fotosunu çəkməyib" ifadəsini işlətməsi sosial şəbəkələrdə və cəmiyyətdə müzakirələrə səbəb olub.

Əksəriyyət Araz Əlizadənin deputata yaraşmayan ifadə eşlətdiyini və etik normaları pozduğunu vurğulayır.

Yeri gəlmişkən, "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" qanunun 17-ci maddəsinə əsasən, deputat qanunazidd hərəkətlərə, habelə yüksək adına xələl gətirə biləcək davranışa, insanın şərəf və ləyaqətini alçaldan kobud, təhqiramiz sözlərə və hərəkətlərə yol verməməli, başqalarını bu cür hərəkətlər etməyə çağırmamalı, Milli Məclisin və onun komitə və komissiyalarının iclaslarının aparılması qaydalarına riayət etməlidir.

"Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" qanuna əsasən, deputat öz fəaliyyətində insanların hüquqlarını, azadlıqlarını, qanuni maraqlarını pozan, şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzuna xələl gətirən kobud, təhqiramiz söz və ifadələrə yol verməməli, hüquqi şəxslərin işgüzar nüfuzunu ləkələyən qərəzli hərəkətlər etməməlidir.

Həmin qanunun 6.3.-cü maddəsində qeyd edilir ki, deputat vətəndaşlarla, o cümlədən seçiciləri ilə münasibətlərində, həmkarları, dövlət orqanlarının nümayəndələri ilə davranışında, ictimai çıxışlarında və Milli Məclisin iclaslarında nəzakətli və təmkinli olmalıdır.

Konstitusiyada deputatın mandatdan məhrum edilməsinin əsasları nəzərdə tutulub. Etik davranış qaydalarının kobud pozulması da həmin əsaslar sırasında yer alıb. Belə ki, konstitusiyanın 79-cu maddəsinin 7-ci hissəsinə əsasən, deputat qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda – mandatından məhrum edilə bilər. Vətəndaşın vəfat etmiş anası haqqında təhqiredici ifadələrə yol vermək etika qaydaların kifayət qədər ciddi polulması kimi qiymətləndirilə bilər.

Etik davranış qaydalarının pozulmasına görə deputat Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.

Maraqlıdır, həbsdə olan bloger Mehman Hüseynovu təhqir etdiyinə görə deputat Araz Əlizadənin məsələsinə parlamentin İntizam Komissiyasında baxıla bilərmi?

Milli Məclisin İntizam Komissiyasının üzvü Məlahət İbrahimqızı Modern.az-a bildirib ki, istənilən məsələ ilə bağlı mübarizə ədəb - ərkan, mədəniyyət, əxlaq və etika çərçivəsində olmalıdır:

"Mənim düşüncəmə görə, hər bir məsələ ilə bağlı mübarizə kişi kimi aparılmalıdır. Burada kişi cinsiyyət anlayışı kimi nəzərdə tutulmur. Bizdə kişi sözü həm də insanlıq, mərdlik, düzgünlük rəmzi deməkdir. İnsan ən anlaqsız vəziyyətdə olduqda belə, etika qaydalarından kənara çıxmamalıdır. Ədəb, mərifət, etika bizim Azərbaycan xalqının ən böyük dəyərləridir. Allah təala dünyada nə qədər canlı yaradıb. Ancaq insanı onlardan fərqlənidrən iki cəhət var. Biri onun ağlı, digəri isə ədəbidir".

İntizam Komissiyasının üzvü qeyd edib ki, mətbuatda, iclaslarda, ictimaiyyət içərisində bu cür danışıqlara, davranışlara yol verilməməlidir.

"Bizim qadınlarımız, anamız, övladlarımız, nəvələrimiz var. Biz öz ailəmizin yanında etikadan kənar danışa bilərikmi? Xeyr! Hesab edirəm ki, kimsə etikadan kənar danışırsa da mətbuat onu verməməlidir. Əvvəllər belə bir şey var idi ki, kimsə etikadan kənar danışanda onun sözü qara xətt ilə verilirdi. Mətbuat dedikdə təkcə xəbər yazmaq başa düşülmür. Mətbuatın funksiyalarından biri maarifləndirmək və əyləndirməkdir. Mən sizin vasitənizlə də bütün mətbuat nümayəndələrindən xahiş edirəm ki, kimsə elə ifadələr işlədəndə onu verməsinlər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2411   Tarix: 11 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sevdanın Barselonada gerçəkləşməyən arzusu - Video

Müğənni Sevda Yahyayeva həkim həyat yoldaşı Zakir Bayramovla ispaniyaya yollanıb. Axşam.az xəbər verir ki, Barcelonada gəzən cütlük bir çox turistik məkanlara girə bilməyib. Bu haqda Sevda sosial şəbəkədə paylaşım edib. Z.Bayramov dördüncü dəfə Barselonaya getdiyini, amma hələ də "Sagrada Família"

11:35 472
.

O, 24 ildən sonra Aygün Kazımova ilə GÖRÜŞDÜ - VİDEO

Xalq artisti Aygün Kazımova 24 il əvvəl "Şəklimi çəkə-çəkə" mahnısının klipindəki tərəf müqabili Şamil Muradovla bir araya gəlib. bizim.media-ya istinadən bildirir ki, ikilinin görünüşü el şənliklərinin birində baş tutub. Toyda səhnə alan Aygünə aparıcı tərəfindən gözlənilməz sürpriz olunub

25.04.2024 1631
.

"Yaşımı heç vaxt sirr saxlamadım"

Aktrisa Xəyalə Quliyeva doğum günü münasibətilə sosial media hesabında paylaşım edib. OLAY yazır ki, o, yaşını göstərən şarların da olduğu fotosunu izləyiciləriylə bölüşərək yaşını heç vaxt sirr saxlamadığını bildirib. "Yaş qadının ən böyük sirridir deyiblər. Bu mövzuda heç vaxt sirr saxlamadım

10:24 673
.

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

25.04.2024 838
.

Ramiz Mehdiyevin şirkətləri üz-üzə - MƏHKƏMƏ ÇƏKİŞMƏSİ

Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyevin şirkətləri arasında məhkəmə olacaq. "Qlobal East VVest" MMC "Şərq-Qərb" ASC-ni məhkəməyə verməklə əmlak tələb edir. xəbər verir ki, iddiaya Bakı Kommersiya Məhkəməsində hakim Kənan Hüseynovun sədrliyi ilə baxılacaq

15:14 82
.

Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev bu gün Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda dəfn edilib. Dəfndən sonra mərhumun yaşadığı evində yas mərasimi keçirilib. -un əməkdaşları sabiq baş pediatrın yas mərasiminə gələn yaxınları ilə söhbətləşib, bəzi suallar

10:36 964
.

Bakıda körpə pəncərədən düşərək ölüb

Bakının Sabunçu rayonunda bədbəxt hadisə baş verib. BİG.AZ apa-ya istinadən xəbər verir ki, hadisə "Ramana sovxozu" adlanan ərazidə qeydə alınıb. Doqquzmərtəbəli binanın dördüncü mərtəbəsinin pəncərəsindən dördaylıq körpə Ayla Tural qızı Eyvazlı düşərək ölüb. Faktla bağlı araşdırma aparılı

14:10 286
.

Niyamla Aynur barışıb? - VİDEO

Bir müddət küsülü olan müğənni Niyam Salami ilə duet ortağı Aynur Dadaşova barışıblar. xəbər verir ki, sənətçi Niyam Salami ATV-də yayımlanan "Günaylı Gün" verilişində telefonla canlı bağlantıya qoşularaq, Aynur Dadaşovanı salamlayıb. O yaxın günlərdə Aynurla yeniden duet oxuyacağını bildirib

25.04.2024 489
.

İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib. AZƏRTAC xəbər verir ki, aprelin 25-də Ağdamda Azərbaycan İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar və sonra Qarabağ atların

25.04.2024 410