Qubada yol qəzasında 3 nəfər ölüb, biri yaralandı - RƏSMİ

Qubada yol qəzasında 3 nəfər ölüb, biri yaralandı - RƏSMİ
Daxili İşlər Nazirliyi (DİN) ötən gün Qubada baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Belə ki, yanvarın 10-da saat 9 radələrində Quba rayonunun Zərdabi kəndi ərazisində rayon sakinləri Pənah Məmmədovun idarə etdiyi “Ford Transit” və Ramil Seyidəhmədovun idarə etdiyi “VAZ-21010” markalı avtomobillər toqquşub.

DİN-dən BiG.AZ-a verilən məlumata görə, R.Seyidəhmədovun sərnişinlərindən Şakir Abbasov və Coşqun Qasımov hadisə yerində, Nahid Tarverdiyev isə xəstəxanaya aparılarkən yolda ölÜB, R.Seyidəhmədov xəstəxanaya yerləşdirilib.

Quba RPŞ tərəfindən araşdırma aparılır.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 274 Tarix: 11.01.2019



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol