Körpənin otağı daha rahat olmalıdır

Körpənin otağı daha rahat olmalıdırBu mənada valideynlər böyüdüb boya-başa çatdıracaqları körpələri üçün gözəl oyuncaqlarla yanaşı, rahat otaqlar da arzulayırlar...
Dünyaya yeni gəlmiş körpəsi üçün otaq hazırlamaq və bu otağı yeni əşya və ya mebellə bəzəmək hər bir valideynin arzusudur. Bəzən isə valideynlər otağın gözəl görünməsi üçün o otağı lazım olandan çox "bəzəyirlər". Əslində isə körpə otağını lazımsız əşyalarla və ya mebellərlə bəzəmək düzgün deyil. Çünki bu, ən azı körpəyə yorucu təsir bağışlayır.

İlk növbədə, otağın təhlükəsiz və rahat olmasını düşünməlisiniz. Yaxşı olar ki, döşəmə taxtadan deyil, parketdən olsun, çünki taxta tez çirklənir və çətin təmizlənir. Döşəməyə xalça sərilməsi də uşaqlar üçün uyğun deyil. Çünki xalça toz və mikroorqanizmləri özünə çəkir ki, bu da müxtəlif mikrobik və allergik problemlərə yol açır. Ən idealı yuyulması və silinməsi asan olan döşəmə növlərindən istifadə etməkdir.

Metal vasitələr maqnit sahəsi əmələ gətirdiyi üçün orqanizmə mənfi təsir göstərir. Metal körpənin özünü yorğun hiss etməsinə və yuxusuzluğuna səbəb olur. Ona görə də körpənin otağında böyük metal mebellər saxlamayın. Mebellərin toksik olmayan boya çəkilmiş ağacdan olmasına, həmçinin kənarlarında iti çıxıntıların olmamasına diqqət yetirin. Ən yaxşısı, mebel alarkən ölçüləri nəzərə almaq, eyni zamanda mebelin körpənin oyun sahəsini tutmasının qarşısını almaqdır. Otağın işıqlandırılması da az əhəmiyyət daşımır. Çilçırağın işığı çox güclü olmamalı, kiçik, ağ, ya da sarı işıq seçilməlidir. Axşamlar işığı az olan gecə lampalarından istifadə edə bilərsiniz. Mavi və yaşıl rənglər sakitləşdirici təsirə malik olduqları üçün körpənin otağında bu rənglərdən istifadə etmək olar, həm də həmin rənglər ağcaqanadları da uzaqlaşdırır. Tünd rənglər isə otağı kiçik göstərir. Təhlükəsizliyi təmin etmək məqsədilə evdəki bütün ştepsellərin qoruyucu qapağı olmalıdır. Bütün pəncərələrə dəmir barmaqlıq vurulmalı, uşağın üzərinə dırmaşa biləcəyi əşyalar pəncərə kənarından uzaqlaşdırılmalıdır. Əgər evdə şüşə qapı varsa, onu qırılmayan qapı ilə əvəz edin. Körpənin çarpayısını əli hər hansı bir şeyə çata bilməyəcəyi yerdə qoyun, yatağında əlavə yorğan, yaxud yastıq saxlamayın. Çünki boğula bilər. Çarpayının kənarları körpənin ayağa qalxarkən aşa bilməyəcəyi yüksəklikdə olmalıdır. Körpənin başı keçməsin deyə çarpayı "barmaqlıqlarının" arası çox geniş olmamalıdır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 5027   Tarix: 08 may 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875