"OMD"də biabırçılıq: növbətçilər yatdı, körpə qıcolma keçirdi – Fotofakt

"OMD"də biabırçılıq: növbətçilər yatdı, körpə qıcolma keçirdi – FotofaktK.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda (OMD xəstəxanası) növbətçi həkimlər gecə yatdıqları üçün körpələrdən biri qıcolma keçirib.

BiG.AZ xəbər verir ki, bu barədə qaynarinfo-ya uşağın əmisi Elvin Murad məlumat verib. O, xəstəxanada özbaşınalığın baş alıb getdiyini, gün ərzində azı 3-4 körpənin baxımsızlıqdan həyatını itirdiyini bildirib:

"Qardaşım uşağının vəziyyəti ağır idi. Bir həftə reanimasiyada saxlanılması üçün 500 manat vermişik. Uşağa kateteri səhv taxdıqları üçün, sidiyə gedə bilmir. Növbətçi həkimlər gecə yatıb, uşağın da vəziyəti pisləşib, sudurğa (qıcolma – red.) keçirib. İndi də ölümcül vəziyyətdədir. Aparata bağlı yaşayır. Çox xahiş edirəm bu özbaşınalığı, dərəbəyliyi, pul yığan kassaları ifşa edin. Hər gün ağır vəziyyətdə nə qədər uşaq gətirilir ora. Gün ərzində baxımsızlıqdan 3-4 körpə həyatını itirir. Uşağa baxan dayələrin onlarla necə rəftar etdiklərini öz gözlərimlə görmüşəm. Çox biabırçı mənzərədir. Üstəlik xəstə haqqında məlumat almaq istəyəndə, azı 5 manat pul alırlar. Adını da "görüm-baxım elə" qoyublar".

Qeyd edək ki, bu, "OMD" xəstəxanası ilə bağlı edilən ilk şikayət deyil. "OMD"də uşaq ölümləri ilə bağlı dəfələrlə yazılar dərc olunub.

Xəstəxananın baş həkimi Səadət Ələsgərova Qaynarinfo-ya açıqlamasında yorğunluqdan növbətçilərin hardasa mürgüləməsi hallarını istisna etməyib, lakin hər gün körpə ölümlərinin olduğu ilə bağlı məlumatın həqiqəti əks etdirmədiyini deyib:

"Mənim məzuniyyətdən gəldiyim 4 gündə cəmi bir körpə tələf olub. Onun da vəziyyəti çox ağır idi. Hər gün körpə ölümü ilə bağlı verilən məlumat yalandır. Bizim reanimasiyada 40-dan çox ağır vəziyyətə körpə var. Şöbədə də 3 növbətçi həkim olur. Ola bilər ki, onlardan biri yorğunluqdan hardasa gedib, uzanıb. Körpələrin anaları tamam başqa yerdə olur, heç uşağının harda olduğunu bilmir. Onun dediyi nə qədər əsaslı ola bilər ki? Gəlib bizə müraciət etsinlər. Araşdıraq məsələni. Reanimasiyada qıcolma keçirən uşaq çoxdur. Çoxu 41-42 dərəcə qızdırma ilə gəlir. Elə bir hadisə olmayıb. Mən eşitməmişəm. Şikayət edən gəlib bizə şikayət eləsin. Onlara yardım edilsə, burda ediləcək. Siz onlara nə yardım göstərə bilərsiniz ki?"

Ümid edirik ki, Səhiyyə Nazirliyi bu məsələni diqqətdə saxlayacaq və belə halların qarşısının alınması üçün lazımi tədbirlər görəcək.

"OMD"də biabırçılıq: növbətçilər yatdı, körpə qıcolma keçirdi – Fotofakt


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3511   Tarix: 27 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"14 ildir o insanı danışdırmıram" - Dilarə Əliyeva

Əməkdar artist Dilarə Əliyeva aparıcısı olduğu "Söhbət var" verilişində açıqlaması ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, aktrisa yemək yeyərkən ona irad bildirən şəxslə 14 ildir küsülü olduğunu etiraf edib. O, həmin şəxsin kim olduğunu açıqlamayıb:. "Gözümün işığı, ən sevdiyim ada

01.05.2024 672
.

"Rəsmi Tələviv İrana qarşı beynəlxalq koalisiya yaratmağa çalışır" - RƏY

Yerusəlimdə hökumət başçısının ofisində İsrailin Baş naziri Benyamin Netanyahu ilə ABŞ dövlət katibi Antoni Blinken arasında qapalı görüş keçirilib. Politoloq Turan Rzayev -a bildirib ki, görüş İsrail-İran gərginliyi ilə bağlıdır. Rəsmi Tələviv İrana qarşı beynəlxalq koalisiya yaratmağa çalışır:. "İsrai

01.05.2024 194
.

Çində avtomobil yolunun çökməsi nəticəsində 19 nəfər ölüb

Çinin cənubundakı Quandun əyalətində baş verən sürüşmə nəticəsində magistralın çökməsi nəticəsində 19 nəfərin ölüb. xəbər verir ki, ölkə mətbuatında yer alan xəbərlərə görə, Meycou şəhərində həddindən artıq yağışın səbəb olduğu torpaq sürüşməsi şəhərlərarası avtomobil yolunun 18 metrlik hissəsinin çökməsin

01.05.2024 186
.

Kemal Sunalın həyat yoldaşı evlilik ildönümlərini qeyd edib

Mərhum türkiyəli aktyor Kemal Sunalın həyat yoldaşı Gül Sunal evlilik ildönümlərini qeyd edib. xəbər verir ki, bu barədə Gül Sunal sosial şəbəkədə paylaşım edib. "Kemal, bu gün 30 apreldir. Yaxşı ki, evlənmişik. 30 aprel 1975" ,- deyə o qeyd edib

01.05.2024 383
.

ABŞ ölkədə qohumları olan fələstinliləri qaçqın kimi qəbul etməyə hazırlaşır

ABŞ administrasiyası ABŞ ilə əlaqəsi olan fələstinliləri qaçqın kimi ölkəyə gətirməyi planlaşdırır. xəbər verir ki, ABŞ qurumlarında yüksək səviyyəli rəsmilərin Qəzzada İsrailin hücumlarına məruz qalan fələstinlilərin ABŞ-a köçürülməsi üçün müxtəlif variantları müzakirə etdiyi bildirilib. Xəbərdə AB

01.05.2024 141
.

Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq - RƏSMİ

Bu il Azərbaycan xalqının Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq. apa-ya istinadən xəbər verir ki, 15 iyun Azərbaycan xalqının Milli Qurtuluş Günüdür. Nazirlər Kabinetinin "2024-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında"

01.05.2024 1196
.

Bu ilin üç ayında Azərbaycanda 9 minə yaxın şəxsi heyvan dişləyib

Bu ilin üç ayı ərzində Azərbaycanda 8 min 712 nəfər heyvan dişləməsinə məruz qalıb. BİG.AZ xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib. Qeyd olunub ki, bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 24

01.05.2024 226
.

Ankaraya kəskin yağışlar yağdı

Türkiyənin paytaxtı Ankara şəhərində kəskin yağışlar yağıb. BİG.AZ xəbər verir ki,yağışlar zamanı evləri, iş yerlərini, metro stansiyaları suyun altında qalıb. Hava şəraiti gündəlik həyatı iflic edib. Ərazidən olan görüntüləri təqdim edirik:

01.05.2024 257
.

Türkiyədə avtobus aşdı, ölənlər var

Türkiyənin Qaziantep şəhərində sərnişin avtobusu aşıb. BİG.AZ xəbər verir ki, hadisə zamanı sürücü idarəetməni itirib. Qəza nəticəsində 1 nəfər ölüb, 17 nəfər yaralanıb. Qeyd edək ki, hadisə yerinə çoxlu təcili yardım maşınları cəlb olunub

01.05.2024 186