Rusiyada azərbaycanlılara qan udduran qara maskalılara hökm oxundu
Peterburqda adam oğurluğunda, soyğunçuluqda, qanunsuz silah saxlamaqda, hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunan mütəşəkkil dəstənin doqquz üzvü barəsində cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
BiG.AZ virtualaz.org-a istinadən xəbər verir ki, təqsirləndirilən şəxslər azadlıqdan məhrum olmaqla yanaşı, onların mənzilləri, avtomobilləri, pulları da əllərindən alınacaq.
2012-2014-cü illər ərzində Peterburqda fəaliyyət göstərən cinayətkar dəstə iş adamlarını oğurlayaraq onların pullarını zorla əllərindən alıblar. Odlu silahlarla silahlanan banda üzvləri həmçinin inkassator maşınlara da hücumlar təşkil ediblər. Cinayətkarlar özlərini Federal Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlı dəstəsinin üzvləri kimi təqdim ediblər. Hətta idarə etdikləri avtomobilləri də İstintaq komitəsinin avtomobilləri kimi rəngləyiblər. Dəstə üzvləri arasında güc strukturlarının əməkdaşlarının da olması sonradan bəlli olub.
ekabrın 18-də Sankt-Peterburq şəhər məhkəməsində banda üzvlərinə hökm oxunub. Hökmə əsasən, Andrey Karpov 7 il, Qeorqi Zuxin 8,5 il. Dmitri Qorşkov, Aleksandr Qlotov və Konstantin Zubov isə 9 il müddətinə azadlıqdan məhrum ediliblər. Pavel Qriqoryev və Anton Kulikov isə cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 il və 11 il 5 ay həbs cəzası alıblar. Məhkəmə banda başçıları – İqor Xludkov və Vitali Samsonov barəsində 13 il cəza təyin edib. Onların hər ikisi 300 min rubl civarında cərimə olunublar.
Məhkəmə vətəndaşların 1,2 milyon rubl və 2,5 milyon dollar mülki iddialarını təmin edib.
Cinayət işi 76 cilddən ibarətdir. İstintaq araşdırmaları zamanı 200-dən çox müxtəlif ekspertiza keçirilib. İş üzrə təxminən 50 şahid dindirilib.
Məşhur "Fontanka" nəşri əvvəlllər sözügedən cinayətkar dəstənin fəaliyyəti barədə yazıb. 2012-ci ilin noyabrında onlar basqın zamanı 10 milyon rubl ələ keçirməyə müvəffəq olublar. 2013-cü ilin sentyabrda isə banda üzvləri ilə "rastlaşan" Azərbaycan vətəndaşı 2,5 milyon dollarından olub.
Xatırladaq ki, 15 iyul 2014-cü ildə Dubay – Peterburq reysi ilə "Pulkovo" aeroportuna gələn iş adamı, 40 yaşlı azərbaycanlıya hücum edilib. İstintaq komitəsinin əməkdaşlarına məxsus uniforma geyinmiş dəstə üzvləri onun saxlanmasını səhnələşdiriblər. Basqın zamanı iş adamınnın 1 milyon 500 min dollar pulunu əlindən alıblar.
Bu hadisədən iki ay sonra, eyni yerdə, eyni məkanda dəstə üzvləri başqa bir azərbaycanlıya da eyni üsulla hücum çəkərək 3 milyon dollarını aparıblar. Bundan bir qədər əvvəl isə yenə də əslən Azərbaycandan olan iş adamının 2 milyon 500 min dolları dəstə üzvləri tərəfindən oğurlanıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 778 Tarix: 19 dekabr 2018
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rusiyada "Honkonq qripi"ndən ölüm hallarının baş verməsi təsdiqlənib
Rusiyada "Honkonq qripi"ndən ölüm hallarının baş verməsi təsdiqlənib. xəbər verir ki, bu barədə yerli mətbuata Rusiya Elmlər Akademiyasının akademiki Gennadi Onişenko məlumat verib. "Ölüm hallarının olmadığını demək mümkün deyil, təəssüf ki, bu, baş verir. Adətən, belə hallar xroniki ağciyər
17:20 102 KİV: ABŞ Zelenskinin referendum təklifini irəliləyiş kimi qiymətləndirib
Vaşinqton Ukrayna Prezidenti Volodimir Zelenskinin ərazi referendumunun keçirilməsi barədə açıqlamasını münaqişənin sülh yolu ilə həllində irəliləyiş hesab edir. xəbər verir ki, bu barədə "Axios" nəşri mənbələrinə istinadən məlumat yayıb. Adı açıqlanmayan Ağ Ev rəsmisi nəşrə bildirib ki, ABŞ
11:10 129 Qapısı açıq "Hyundai"dan oğurluq edən şəxs saxlanıldı
Paytaxtın Nəsimi rayonunda "Hyundai" markalı avtomobildən pul və bank kartı oğurlanıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinə
13:20 136 Qreta Tunberqə qarşı cinayət işi açılıb
Finlandiyanın hüquq-mühafizə orqanları isveçli ətraf mühit fəalı Qreta Tunberqə qarşı cinayət işi açıblar. xəbər verir ki, bu barədə "Helsingin Sanomat" qəzeti məlumat yayıb. Qəzetin məlumatına görə, Tunberq 25 iyun 2024-cü ildə Helsinkinin mərkəzində "Extinction Rebellion" fəallarını
12:10 129 Bəqayi: Belarus Prezidenti yaxın günlərdə İran xarici işlər nazirini qəbul edəcək
İranın xarici işlər naziri Abbas Əraqçi Belarusa səfəri çərçivəsində bu ölkənin prezidenti Aleksandr Lukaşenko ilə görüşməyi planlaşdırır. "Report"un məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqayi bildirib. Onun sözlərinə görə, Əraqçinin Belarusun xarici işlə
18:30 56 Zelenski: Rusiyanın kölgə donanmasına qarşı ən böyük sanksiyalar paketi qüvvəyə minib
Rusiyanın müharibəni maliyyələşdirmək üçün istifadə etdiyi 700 gəmiyə qarşı sanksiyalar qüvvəyə minib. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında yazıb. "Rusiya donanmasının sanksiyalara məruz qalan gəmiləri neft və başqa enerji resurslar
17:30 95 Sabah bəzi ərazilərdə leysan olacaq, qar yağacaq - PROQNOZ
Bakıda və Abşeron yarımadasında dekabrın 15-də havanın bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Bu barədə BİG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Məlumata görə, gündüz yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Cənub-qərb küləyi gündü
12:54 203 Ermənistanda ARA QARIŞDI: Xocalı qatili "SAVAŞ MESAJI" verdi
Hazırda Ermənistanda hakimiyyət uğrunda mübarizə Nikol Paşinyan ilə kilsə rəhbəri II Qaregin arasında gedir. Hakimiyyət hazırda əsas diqqəti kilsə ilə mübarizəyə yönəldib. Məhz bunun nəticəsidir ki, hazırda zəifləyən revanşistlər də son dayaqları olan kilsə ətrafında birləşməyə başlayıblar. Bu günlərd
13:57 162 Hakan Fidan: Biz yaxşı olmaq istədiyimiz üçün yaxşı davranırıq
"Bizim gücümüz, qüvvətimiz və iradəmiz var, amma biz yalnız yaxşı olmaq istədiyimiz üçün yaxşı davranırıq. Suriyada, İranda, İraqda, bölgədəki bütün münasibətlərimizdə bu vəziyyət bizi şəffaf olmağa məcbur edir". "Report" "Ahaber"ə istinadən xəbər verir ki, bunu Türkiyəni
12:40 117