Mübariz İbrahimovu "qatil" adlandıran nankora cavab videosu

Mübariz İbrahimovu "qatil" adlandıran nankora cavab videosuBir neçə gündür ki, özünü psixoloq kimi təqdim edən Nərmin Şahmarzadə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov barədə açıqlaması ilə gündəmə gəlib. Oxu24.com həmin "psixoloqa" cavab olaraq Mübariz İbrahimov kimdir yazısını təqdim edir:

Mübariz İbrahimov kimdir?

Mübariz İbrahimov (tam adı: Mübariz Ağakərim oğlu İbrahimov; 7 fevral 1988-ci il, Əliabad, Biləsuvar, Azərbaycan SSR - 18 iyun 2010-cu il, Çaylı kəndinin yaxınlığı, Tərtər, Azərbaycan) - Azərbaycan Milli Ordusunun giziri, Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycanda "ilin adamı" (2010).

Həyatı
Erkən illəri

Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub.[1] 1994-cü il şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinə daxil olmuşdur. 2005-ci ildə orta təhsilini başa vurub, hərbi xidmətə çağrılmışdır.

Hərbi illəri

Hərbi xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub. Bir müddət "İnter Sekyuriti" MMC-də[2] mülki işlərdə işlədikdən sonra, 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. Bir müddət sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.

Qəhrəmanlığı

18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edir.[4] Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşür. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olur.

Atası Ağakərim İbrahimovun dediklərindən:

" Hadisənin səhəri günü tezdən saat 5-6 arasında mənə zəng gəldi. Soruşdular ki, oğlunuz evə gəlməyib ki? Hətta bildirdilər ki, çoxlu silah götürüb və ərazidən uzaqlaşıb. Dedim, mən oğlumu tanıyıram, sərhədə tərəf gedin. Sonra da məktubunu tapmışdılar.... "

" Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam â€" ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz.. Haqqınızı halal edin. "

Həmin ildə Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalamışdır. Şəhid gizirə bu ad Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilib. Prezidentin başqa bir sərəncamı ilə Milli Qəhrəman Mübariz Ağakərim oğlu İbrahimovun xatirəsini əbədiləşdirmək məqsədilə aşağıdakılar qərara alınmışdır:

" Rəsmi məlumatda Mübariz Ağakərim oğlu İbrahimov Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmət və rəşadət göstərərək qəhramancasına şəhid olduğu göstərilmişdir."

ŞƏHİDLİYİ

Mübariz İbrahimovun şəhid olmasına baxmayaraq, ermənilər onun cəsədini 141 gün saxlamışlar. Ermənilər tutduqları əməldən zövq alırmış kimi, İbrahimovun şəkillərini internet saytlarında yayımlamışlar.

Azərbaycan Respublikasının, Ermənistan Respublikasının və Rusiya Federasiyası Prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair 27 oktyabr 2010-cu il tarixli birgə bəyanatına uyğun olaraq, eyni zamanda, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının beynəlxalq təşkilatlarla apardığı müntəzəm və səmərəli danışıqların nəticəsində, hərbçi Mübariz İbrahimovun meyidi 6 noyabr 2010-cu il tarixdə Ağdam-Bərdə yolunun üzərində, işğal altındakı Baş Qərvənd kəndi yaxınlığında qarşı tərəfdən alınmışdır. Proses əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi əməkdaşlarının iştirakı, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilmişdir.

2010-cu il noyabrın 7-də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində keçirilən vida mərasimində Azərbaycan prezidenti İlham Əliyev də qatılıb. Sonra şəhid qəhrəman İkinci Fəxri xiyabanda dəfn olunmuşdur. 2010-cu il noyabrın 11-də Təzəpir məscidində prezident İlham Əliyevin adından şəhid hərbçilər â€" Milli Qəhrəman Mübariz İbrahimov və "İgidliyə görə" medalıyla təltif olunmuş baş leytenant Fərid Əhmədovun xatirəsinə ehsan mərasimi keçirilmişdir.

Şəxsi həyatı

Boksla məşğul olmağı sevirdi. Mübarizin cəbhə yoldaşı Rəşad Həsənlinin sözlərinə görə, İbrahimov namaz qılan idi və onun ən böyük arzusu səngərdə namaz qılanların olması idi.

İrsi

Biləsuvar şəhərində lisey-məktəb kompleksi və küçə onun adını daşıyır. 2008-ci ildə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi "İstiqlal" snayper tüfəngləri ailəsindən 12.7 mm çaplı ikinci tüfəng onun şərəfinə "Mübariz" adlandırılıb.

2011-ci ildə Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu tərəfindən İbrahimova "İlin adamı" mükafatı təqdim olunmuşdur. 2011-ci il 15 iyunda Biləsuvar şəhərində Mübariz İbrahimovun heykəlinin və Əliabad kəndi ərazisində prezident İlham Əliyevin tapşırığı ilə ailəsi üçün tikilmiş yaşayış evinin açılışı olub. Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, millət vəkili Qənirə Paşayeva, ombudsman Elmira Süleymanova və digərləri çıxış etmişdir. Həmin ildə "Palmali" şirkətinin Türkiyədə hazırlardığı yük gəmisi onun şərəfinə "Mübariz İbrahimov" adlandırılıb.

2016-cı ildə Sumqayıtda küçələrdən birinə Milli Qəhrəman Mübariz İbrahimovun adı verilib.

Filmoqrafiya

2010-cu ildə rejissor Etibar Məmmədov Mübariz İbrahimova həsr edilən "Müqəddəs zirvə" adlı film çəkilmişdir.

2013-cü ildə Mübariz İbrahimovun qəhrəmanlığı TRT 1 kanalında nümayiş olunan "Sakarya Fırat" serialında geniş yer alıb. 2014-cü ildə Kanadanın Ottava şəhərində yerləşən Minto Parkında Azərbaycan icmasının təşəbbüsü ilə Mübariz İbrahimov adına xatirə lövhəsi vurulub. 2014-cü ildə onun qəhrəmanlığı TRT 1 kanalında nümayiş olunan "Qızıl Alma" serialında geniş yer alıb.

Təltif və mükafatları

2010 - Azərbaycanın Milli Qəhrəmanı
2010 - "Qızıl Ulduz" medalı
2010 - Azərbaycanda ilin adamı mükafatı
2010 - "Vətən övladı" qızıl ordeni


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3261   Tarix: 15 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Niyamla Aynur barışıb? - VİDEO

Bir müddət küsülü olan müğənni Niyam Salami ilə duet ortağı Aynur Dadaşova barışıblar. xəbər verir ki, sənətçi Niyam Salami ATV-də yayımlanan "Günaylı Gün" verilişində telefonla canlı bağlantıya qoşularaq, Aynur Dadaşovanı salamlayıb. O yaxın günlərdə Aynurla yeniden duet oxuyacağını bildirib

25.04.2024 416
.

Fenomenlərin həbsi məktəbdə səhnələşdirildi, tənqid olundu - Video

Türkiyədə 23 aprel - Milli Suverenlik və Uşaq Bayramında məktəblərdən birində lentə alınan görüntülər müzakirələrə səbəb olub. Axşam.az xəbər verir ki, məktəbdə kiçik siniflərdə təhsil alan uşaqlarla "Enerci" mahnısı sədaları altında həbs olunan fenomenlər canlandırılıb. Belə ki, məktəblilə

10:15 79
.

Azərbaycan - Rusiya münasibətlərində milli maraqlar- Təhlil

"Azərbaycanın xarici siyasəti hər zaman praqmatikliyi ilə seçilib. Bu illər ərzində ölkəmiz regionda daim sabitləşdirici mövqedən çıxış edərək region ətrafında qlobal güclər arasında ziddiyyətlərin aradan qaldırılması üçün əlindən gələni edib. Balanslı siyasət nəticəsində sabit bölgə üçün daim vuruşa

25.04.2024 154
.

Qazaxıstanda zəlzələ olub

Qazaxıstanda zəlzələ olub. BİG.AZ xəbər verir ki,zəlzələ 4,4 maqnitudalı zəlzələ baş verib. Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Zəlzələ Almatı şəhərindən 760 km şimal-şərqdə yerləşib. Hadisə zamanı xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb

25.04.2024 163
.

Asiyanın ən varlı adamı: Yaxınlarına etdiyi hədiyyələr dodaq uçuqladır

Asiyanın ən varlı adamı Mukeş Ambani 116 milyard dollar sərvətinə malikdir və o, ailəsi ilə dəbdəbəli həyat sürür. xarici mediaya istinadən xəbər verir ki, Ambani sevdiklərinə bahalı hədiyyə verməklə ad çıxarıb. Mukeşin ailə üzvlərinə və dostlarına verdiyi bahalı hədiyyələrin siyahısını təqdim edirik

25.04.2024 526
.

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Bu barədə Ermənistan parlamentinin deputatı Qarnik Danielyan məlumat verib. Ermənistan Müdafiə Nazirliyindən bildirilib ki, hərbçi mina partlayışı nəticəsində xəsarət alıb. Onun həyatı üçün heç bir təhlükə yoxdur. Hərbçini

25.04.2024 319
.

Suren Papikyan Avropa Şurasının Yerevan ofisinin rəhbərinin başçılıq etdiyi nümayəndə heyətini qarşılayıb

Ermənistanın müdafiə naziri Suren Papikyan Avropa Şurasının Yerevan ofisinin rəhbəri Maksim Lonqanqenin başçılıq etdiyi nümayəndə heyətini qarşılayıb. xəbər verir ki, bu barədə erməni mətbuatı bildirib. Görüş zamanı AŞ-nin İrəvandakı ofisi tərəfindən "Ermənistan Silahlı Qüvvələrində insan hüquqlarını

25.04.2024 202
.

Xıdırlıda inşa edilən məktəb belə olacaq

Xəbər verdiyimiz kimi, aprelin 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, Xıdırlı kənd tam orta məktəbinin inşas

10:08 95
.

34 ildir "Simpsonlar"da görünən obraz "öldü"

"Simpsonlar" cizgi serialının yaradıcıları 34 il "Moe's" barında yer alan "Larri" personajını "öldürüblər". Axşam.az xəbər verir ki, ekran işinin son bölümündə onun öldüyü ilə bağlı səhnə yer alıb. Belə ki, bu personaj 34 ildir ki, həmişə dostu Sem ilə sözügedə

25.04.2024 482