Xırdalanda sərnişin avtobusu aşdı, 9 YARALI VAR

Xırdalanda sərnişin avtobusu aşdı, 9 YARALI VAR
Abşeron rayonunun Xırdalan şəhəri ərazisində 119 saylı marşrut avtobus aşıb.

BiG.AZ report-a istinadən bildirir ki, hadisə yerinə 12 təcili tibbi yardım briqadası cəlb olunub.

Qəza zamanı 3-ü qadın, 6-sı isə kişi olmaqla 9 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onlardan 2 nəfər Respublika Klinik Xəstəxanasına, 7-si isə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Yaralılardan 63 yaşlı qadının vəziyyəti ağırdır, digərlərinin vəziyyəti qənaətbəxşdir.

Qəzanın hansı səbəbdən baş verdiyi məlum deyil.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2069 Tarix: 07.12.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
ataxanli
ataxanli 07.12.2018
Allah köməkləri olsun
zor ))