"Rasim Balayevə şeir yazacam" - Elza

"Rasim Balayevə şeir yazacam" - Elza

Bir müddət əvvəl xalq artisti Rasim Balayev əməkdar artist Elza Seyidcahanın şeirlərini tənqid edib.

BiG.AZ-ın məlumatına görə, Seyidcahan R.Balayevin sözlərinə münasibət bildirib. İfaçı "Ən yaxşısı" verilişində Balayevə şeir yazacaq:

"Tələsməyək ki, böyüklərə cavab verək. Yaşlı sənətkarlarımız səbirsiz olur, nəsə deyir. Anam da evdə nəsə deyəndə, susuram. Nə olsun "əməmkdar artistəm", məni böyüdüb, nə desə, döysə də, susuram.

Onların dilindən söz tutub, alçaltmağa çalışırlar. Ömrünün şərəfli çağında onlara belə etməyək. Rasim Balayev bundan sonra da nə desə, ona cavab verməyəcm. Amma ona şeir yazacam".

Qeyd edək ki, R.Balayev Seyidcahanın ünvanına "Elza Seyidcahan şeir yazır. Buna bir deyən yoxdur ki, işinlə məşğul ol, sən şair deyilsən. Televiziyanın rəhbəri, verilişin rejissoru yoxdur? Niyə demir ki, bacım, qızım, gəlinim bu şeirlər efirlik deyil. Çıxım ağzıma gələni danışım? Olmaz axı, bu efirdir. Sən bu efirlə hər evə girirsən. Zövqlər korlanıb" sözlərini demişdi.



Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 383 Tarix: 07.12.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
zeynalabidin
zeynalabidin 07.12.2018
EDEBSIZ OLMA ELZA O DEYERLI INSANDI