Azərbaycanlılar ən çox hansı xəstəliklərdən ölürlər?

Azərbaycanlılar ən çox hansı xəstəliklərdən ölürlər?Azərbaycandan insanlar ən çox nədən ölür? IHME ölkəmizdə ölümə səbəb olan 10 başlıca xəstəlikləri dərc edib.

Azərbaycanda 1990-2017-ci illər ərzində orta ömür 3 il artıb, 5 yaşdan aşağı uşaqlar arasında isə ölüm halları iki dəfədən çox azalıb. Bu statistik məlumatlar ABŞ-ın Vaşinqton Universiteti nəzdində ümumdünya səhiyyə sahəsində tədqiqatlar aparan IHME (Sağlamlıq Göstəricisi və Qiymətləndirilməsi İnstitutu) adlı qeyri-hökumət təşkilatının hesabatında təsbit olunub.

BiG.AZ oxu.az-a istinadən xəbər verir ki, 1990-ci illərin əvvəlindən etibarən bu yöndə müsbət dəyişikliklər olsa da, 2017-ci ildə kişi və qadın orta ömrü arasında kifayət qədər yüksək fərq ( təxminən 7,5 il) göz qarşısındadır.

İHME artıq uzun müddətdir ki, müxtəlif ölkələrdə "Qlobal Xəstəlik Yükü" adlı tədqiqatı əlaqələndirir. Tədqiqat layihəsi ayrı-ayrı ölkələrdə sağlamlığın itirilməsi ilə bağlı irimiqyaslı statistik araşdırmanın aparılmasına yönəlib. Tədqiqat təşkilatı insanların sağlamlıq səviyyəsi, o cümlədən orta ömür və ölüm hallarını ilə bağlı etibarlı rəqəmlər ortaya qoyur. Təşkilatın məlumatlarına görə, Azərbaycanda ölümə səbəb olan əsas 10 xəstəlikdən səkkizi qeyri-infeksion xəstəliklərin payına düşür.

Azərbaycanlıları üçün ən bəlalı xəstəliklər əvvəlki illərdə olduğu kimi ürəyin işemik xəstəlikləridir. Statistika nə qədər üzücü olsa da, xəstəlik son 10 il ərzində daha təhlükəli temp götürüb (26,8 faiz artım qeydə alınıb). Siyahıda ikinci yerdə insult gəlir (1,8 faiz artım qeydə alınıb). Geridə qoyduğumuz 10 il ərzində sirroz və böyrəklə bağlı digər xəstəliklər beşinci yerdən üçüncü yerə yüksəlib (13,3 faiz artım qeydə alınıb). Ölümə səbəb olan xəstəliklərin onluğunda aşağı tənəffüs yollarının xəstəlikləri, Alzheymer sindromu, neonatal pozuntular, ağciyərlərin xroniki obstruktiv xəstəlikləri, ağciyər xərçəngi, şəkərli diabet və mədə xərçəngi də yer alır.

Təqdim olunmuş məlumatlara əsasən, aşağı tənəffüs yollarının xəstəlikləri (17,4 faizlik azalma qeydə alınıb; üçüncü yerdən dördüncüyə düşüb) və neonatal pozuntular (23 faizlik azalma qeydə alınıb, dördüncü yerdən altıncı yerə tənəzzül edib) əvvəlki illərlə müqayisədə daha az can alır. Ağciyərin xroniki obstruktiv xəstəlikləri altıncı yerdən, yeddinci yerə enib (21, 5 % azalma), mədə xərçəngi səkkizinci yerdən onuncu yerə düşüb (20, 6 faiz azalma). Şəkərli diabet doqquzuncu yerdə qalıb (27,5 faizlik artım qeydə alınsa belə).

Digər tərəfdən Alzheymer daha çox ölüm hallarına bais olmağa başlayıb. Son 10 il ərzində yeddinci yerdən beşinci yerə yüksəlib, 59,4 faiz artım qeydə alınıb). Eyni sözləri ağciyər xərçənginə də şamil etmək olar: 55,7 faiz artımla 10-cu yerdən səkkizinci pilləyə yüksəlib.

IHME statistikasına görə Azərbaycanda ölümə səbəb olan xəstəliklərin "top" onluğunu təqdim edirik:

1. Ürəyin işemik xəstəlikləri

2. İnsult

3. Sirroz və digər xroniki böyrək xəstəlikləri

4. Aşağı tənəffüs yollarının infeksiyası

5. Alzheymer xəstəliyi

6. Neonatal pozuntular

7. Xroniki obstruktiv ağciyər xəstəlikləri

8. Ağciyər xərçəngi

9. Şəkərli diabet

10. Mədə xərçəngi

İlk altı pillədə o qədər də nəzərəçarpan dəyişiklik olmasa da, ağciyər xərçəngindən ölüm hallarının artımı narahatlıq doğurur. Belə ki, 10 il ərzində 54.7 faiz artımla onuncu pillədən yeddinci piləyə yüksəlib). Digər tərəfdən vərəm daha az can almağa başlayıb: yeddinci yerdən 12-ci yerə düşüb (30,2 faizlik geriləmə qeydə alınıb).

Mütəxəssislər qeyd edir ki, fəaliyyət qabiliyyətinin itirilməsi başlıca olaraq bel ağrıları (26,8 artım), baş ağrıları (15,7 faiz artım), şəkərli diabet (36,4 faiz artım), yıxılma (47,2 faiz artım), depressiv pozuntular (20,9 faiz artım), yaşla əlaqədar eşitmə qabiliyyətinin itirilməsi (27,5 faiz), dəmirdefisitli anemiya ( 12,3 faizlik eniş), korluq və görmə qabiliyyətinin pisləşməsi (23,8 faiz artım), boyun ağrıları (26,7 faiz artım) və neonatal pozuntularla (16,1 faiz artım) əlaqədar olub.

Tədqiqatlar göstərir ki, Azərbaycanda ölüm və fəaliyyət qabiliyyətinin itirilməsi qismən davranış faktorları o cümlədən, diyetik risklər, siqaret çəkmə, natamam qidalanma və spirtli içkilərin qəbulu ilə bağlıdır.

Bundan savayı Azərbaycanda ölüm riskini artıran digər əsas faktorlar kimi, metabolik faktorlar, o cümlədən yüksək arterial təzyiq, izafi qlükoza səviyyəsi, artıq çəki, yüksək xolesterin miqdar və böyrək funksiyalarının pozulması göstərilib.

Risk faktorlarının ilk onluğu olduğu kimi qalsa da, natamam qidalanma faktoru 2-ci yerdən 6-cı yerə enib (25 faiz azalma qeydə alınıb.)

10 il əvvəl olduğu kimi, ən təhlükəli risk faktorları diyetik risklər hesab olunur ; 14,9 faiz artım qeydə alınıb (birinci yer). Erkən ölüm və fəaliyyət qabiliyyətinin itirilməsinə təsir edən risk faktorlarının onluğuna 2017-ci ildə yüksək sistolik arterial təzyiq (17,2 faiz), yüksək qlükoza səviyyəsi (24,3 faiz), siqaret çəkmə (22,6 faiz), artıq çəki (yüksək bədən kütləsi indeksi , 40,7 faiz artım), natamam qidalanma (25 faiz azalma), yüksək xolesterin miqdarı (aşağı qalınlıqlı lipoprotein səviyyəsinin yüksək olması, 25,6 faiz artım), havanın çirklənməsi (3,1 faiz azalma), spirtli içki qəbulu (1,7 faiz azalma) və böyrək funksiyalarının pozulması (onluğu tamamlayır, 14,9 faiz artım) daxildir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 591   Tarix: 07 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Qəzzada yaralanan İsrail əsgərlərinin sayı 1584-ə çatıb

İsrail ordusu 27 oktyabrdan bəri Qəzza zolağına hücumlar davam edir. BİG.AZ xəbər verir ki, yaralanan əsgərlərin sayının 1584-ə çatdığını açıqlayıb. İsrail hərbçiləri açıqlamasında bildiriblər ki, Hizbullah gecə saatlarında İsrailin Har-Dov bölgəsinə tank əleyhinə istiqamətlənmiş raket hücumu həyat

17:05 104
.

"Aquavita" işçilərinin maaşını vermir - İDDİA

Azərbaycanda "Aquavita" suları və "Gülüstan" limonadlarının istehsalı və satışı ilə məşğul olan "Tac" MMC-nin (VÖEN – 130025841) işçilərin əməkhaqlarını vaxtında vermədiyi iddia olunur. Bu barədə -a "Aquavita"da çalışan işçilər məlumat veriblər. Qeyd edək ki, dah

17:14 194
.

"Vardanyan timsalında hamıya başa salındı ki, Azərbaycan ərazisində qanunu pozanlar cəzalarını layiqincə alacaqlar"

"Aprelin 8-də erməni biznesmen Ruben Vardanyanla bağlı qəribə informasiya yayıldı. Vardanyanın ofisindən bildirildi ki, hansısa təşəbbüs qrupu tərəfindən "Sülh təşəbbüslərinin inkişaf etdirilməsi" və Qarabağda "humanitar fəlakət"in qarşısının alınmasında xidmətlərinə görə onu

16:59 115
.

Bəstəkarın qızı: "Kim icazə almadan atamın mahnılarını oxusa, məhkəməyə üz tutacağam"

"Mən Tahir Əkbərin vərəsəsiyəm. Son günlər atamın mahnılarını icazəsiz oxuyanların sayı artıb. Kim icazə almadan atamın mahnısını oxusa, məhkəməyə üz tutacağam. Onlar özlərini məhkəmədə görəcəklər". Bunu -a açıqlamasında mərhum bəstəkar Tahir Əkbərin qızı Bəhriyyə Əkbərova deyib. O, daha sonr

16:28 343
.

"Son 3 ildə Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artıb" - Elvin Abbasov

"Beynalxalq statistika göstərir ki, son 3 ildə Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artıb". Bu sözləri -a açıqlamasında informasiya texnologiyaları üzrə ekspert Elvin Abbasov deyib. O qeyd edib ki, Azərbaycanda internetin sürətinin yaxşılaşmasının əsas səbəbi RİNN-nin həyata keçirdiy

16:22 187
.

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl

25.04.2024 344
.

Ramiz Mehdiyevin şirkətləri üz-üzə - MƏHKƏMƏ ÇƏKİŞMƏSİ

Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyevin şirkətləri arasında məhkəmə olacaq. "Qlobal East VVest" MMC "Şərq-Qərb" ASC-ni məhkəməyə verməklə əmlak tələb edir. xəbər verir ki, iddiaya Bakı Kommersiya Məhkəməsində hakim Kənan Hüseynovun sədrliyi ilə baxılacaq

15:14 226
.

"Azərbaycan üçün Türk birliyinin ayrılmaz parçası olan Qırğızıstanla əlaqələr də müstəsna əhəmiyyətə malikdir"

"Bu il fevralın 14də baş tutmuş andiçmə mərasimində Prezident İlham Əliyevin Türk dünyasının Azərbaycan xarici siyasətində prioritet olduğunu bəyan etmiş və bildirmişdi ki, "Bizim başqa ailəmiz yoxdur, bizim ailəmiz Türk dünyasıdır." Azərbaycan üçün Türk birliyinin ayrılmaz parçası ola

14:19 106
.

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Bu barədə Ermənistan parlamentinin deputatı Qarnik Danielyan məlumat verib. Ermənistan Müdafiə Nazirliyindən bildirilib ki, hərbçi mina partlayışı nəticəsində xəsarət alıb. Onun həyatı üçün heç bir təhlükə yoxdur. Hərbçini

25.04.2024 386