Uşaqlarımızı öldürən təhlükə - O hər yerdədir, hətta evimizdə...

Uşaqlarımızı öldürən təhlükə - O hər yerdədir, hətta evimizdə...Övladlarımızı nə dərəcədə qoruya bilirik? Heç bu haqda düşünmüşünüz?

ABŞ-ın məşhur professorlarından olan Nikolas Kardaras son illər dünyanı narahat edən əsas problemlərdən birinə toxunub. "Parlayan uşaqlar - ekran bağlılığı uşaqlarımızı bizdən alır" adlı kitabında müəllif bir sıra sensasiyalı faktların üstünü açıb.

Professor Kardaras smartfonları rəqəmsal heroin adlandırır. Qeyd edir ki, telefonlara bağlılıq övladlarımızı psixikası pozulmuş narkomanlara çevirir.

Kitabda bir sıra valideynlərin təcrübəsi cəmlənib. "Süzanna adlı ana danışır ki, 6 yaşlı oğluma ipad aldım. Məktəbdə fantaziyasını gücləndirməsi məqsədilə bir sıra internet oyunları tövsiyə etdilər. İlk günlər oğlumun uğurlarına sevinirdim. Sonra gördüm ki, növbəti mərhələyə keçmək üçün virtual şəkildə heyvanları öldürməli, hansı yolla olursa-olsun qidalanmalıdır. Artıq iş işdən keçmişdi. Uşağım günbəgün daha çox aqressivləşirdi. İpad-i əlindən almaq istəyəndə də, ağlayıb, özünü öldürəcəyini deyirdi. Bir dəfə gecə otağına getdim. O, bu vaxtlar adətən yatırdı. Gördüyüm mənzərə məni şoka saldı. Oğlum trans vəziyyətində səssizcə ipad-in ekranına baxırdı. Onu dəfələrlə silkələyib, qışqırdım. Sonunda özünə gəldi. Hesab edirəm ki, smartfon rəqəmsal ölümdür. Övladlarımızı ondan qorumalıyıq. "

Müəllif həmçinin diqqəti texnika dahilərinin üzərinə gətirir. Nəzərinizə çatdırım ki, Stiv Cobs uşaqlarına texnikadan istifadəni qadağan eləmişdi. Quql şirkətinin yaradıcıları da övladları üçün texnikadan uzaq, Montessori təlimli məktəblər seçmişdilər. Ümumiyyətlə bu gün dünyanı cənginə alan texnika dünyasının kralları öz şahzadələrini virtual aləmdən uzaq tuturlar. Axı bizim övladlarımız da ən dəyərli meyvələrimizdir. Onları niyə heroinə qurban verək?!

Bu haqda düşünün.(publika)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1670   Tarix: 02 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329